Ötən il “Özbəkistanın mədəniyyət elçisi” ünvanı və medalı ilə təltif edilən Milli Məclisin deputatı, Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva və Azərbaycanın Əməkdar artisti, Beynəlxalq Muğam Mərkəzinin direktoru Sahib Paşazadə Özbəkistanın Daşkənd şəhərində olublar.
“Tehsil365” xəbər verir ki, səfər çərçivəsində Günay Əfəndiyeva və Sahib Paşazadə özbək xalqının böyük şəxsiyyətləri Əlişir Nəvainin 585 illiyi və Zahirəddin Məhəmməd Baburun 543 illiyi münasibətilə təşkil olunmuş təntənəli konsert proqramında fəxri qonaq qismində iştirak ediblər.
Həmçinin Mədəniyyət elçiləri Özbəkistanın mədəniyyət nazirinin birinci müavini Bahadur Əhmədov ilə görüşüblər. Görüşdə Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələrin mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə Qarabağda həyata keçirilən bərpa və yenidənqurma prosesində Özbəkistanın göstərdiyi dəstək məmnunluqla qeyd olunub

