Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi Firəngiz Abbasmirzə qızı Şərifovanın xatirəsi ehtiramla yad olunur.
"Tehsil365" xəbər verir ki, O, 1924-cü il fevralın 6-da Bakı şəhərində anadan olub, 2014-cü il fevralın 20-də Bakıda vəfat edib.
Uzun illər səhnə və ekran fəaliyyətində çalışan Firəngiz Şərifova Azərbaycan mədəniyyətinin inkişafına mühüm töhfələr verib. O, yaratdığı obrazlarla tamaşaçıların rəğbətini qazanaraq milli teatr sənətində özünəməxsus yer tutub.
Aktrisa 1969-cu ildə “Azərbaycan SSR xalq artisti” fəxri adına layiq görülüb. Onun zəngin yaradıcılıq yolu, sənətə bağlılığı və səhnə mədəniyyəti gənc aktyor nəsli üçün nümunə hesab olunur.
Firəngiz Şərifovanın sənət irsi Azərbaycan mədəniyyət tarixində yaşayır və daim hörmətlə xatırlanır.

