1920-ci ildə Azərbaycan Kommunist Partiyası (AKP) təsis edilib.
"Tehsil365" xəbər verir ki, Partiya sovet hakimiyyətinin qurulmasından sonra respublikanın siyasi idarəetmə sistemində aparıcı qüvvə kimi formalaşıb.
AKP Sovet İttifaqı Kommunist Partiyasının tərkib hissəsi kimi fəaliyyət göstərərək onun proqram və qərarlarını Azərbaycan Sovet Sosialist Respublikası ərazisində həyata keçirib. 1952-ci ilə qədər təşkilat Azərbaycan Kommunist (bolşeviklər) Partiyası — AK(b)P adı ilə fəaliyyət göstərib.
Partiyanın yaradılması ilə ölkədə siyasi sistem tamamilə sovet modelinə uyğunlaşdırılıb, dövlət və ictimai institutların fəaliyyəti kommunist ideologiyası əsasında təşkil olunub. Azərbaycan Kommunist Partiyası 1991-ci ildə SSRİ-nin süqutuna qədər respublikanın əsas siyasi strukturu olaraq mövcudluğunu davam etdirib.

