1992-ci ildə Azərbaycan ilə Almaniya, Avstriya və Estoniya arasında rəsmi diplomatik əlaqələr qurulub.
"Tehsil365" xəbər verir ki, Müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan üçün bu addım beynəlxalq münasibətlərin genişləndirilməsi və Avropa ölkələri ilə siyasi-iqtisadi əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət daşıyıb. Qurulan diplomatik münasibətlər çərçivəsində tərəflər arasında səfirliklərin açılması, qarşılıqlı səfərlər və müxtəlif sahələrdə əməkdaşlıq mexanizmlərinin yaradılması istiqamətində işlərə başlanılıb.
Həmin dövrdə Azərbaycan beynəlxalq aləmdə mövqeyini möhkəmləndirmək, regional və qlobal təşkilatlarla əlaqələrini genişləndirmək istiqamətində ardıcıl addımlar atırdı. 1992-ci ildə qurulan bu diplomatik münasibətlər ölkənin Avropa ilə inteqrasiyasında mühüm mərhələlərdən biri kimi qiymətləndirilir.

