Azərbaycanın teatr və kino aktyoru, Xalq Artisti Ramiz Novruz 25 may 1955-ci ildə Səmədabad, Puşkin rayonuda anadan olub və 21 fevral 2023-cü ildə Bakıda vəfat edib.
"Tehsil365" xəbər verir ki, Ramiz Novruz uzun illər Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası kimi fəaliyyət göstərərək Azərbaycan teatr sənətinə misilsiz töhfələr verib. Onun yaratdığı obrazlar tamaşaçıların yaddaşında əbədi iz qoyub və milli səhnə mədəniyyətini zənginləşdirib.
1998-ci ildə Azərbaycan Respublikasının Xalq Artisti fəxri adına layiq görülən sənətkar, 2018-ci ildən Prezident təqaüdçüsü statusunu daşıyıb. Ramiz Novruz həm teatr, həm də kino sahəsindəki fəaliyyəti ilə gənc aktyor nəsli üçün örnək olaraq qalır və onun irsi Azərbaycan mədəniyyət tarixində xüsusi yer tutur.

