Təhsil 365 - Logo Mobile

Əhməd Ağaoğlu haqqında monoqrafiyanın yeni nəşri işıq üzü görüb

8120.02.2026 - 09:09
Əhməd Ağaoğlu haqqında monoqrafiyanın yeni nəşri işıq üzü görüb

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Erkən realizm və Yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi filologiya elmləri doktoru Şahbaz Şamıoğlunun “Əhməd Ağaoğlu: həyatı, mühiti, nəsri və epistolyar irsi” monoqrafiyasının yeni nəşri işıq üzü görüb. Ədəbiyyat İnstitutu Elmi şurasının 5 dekabr 2023-cü il tarixli 6 saylı qərarı ilə çap olunan monoqrafiyanın elmi redaktoru filologiya elmləri doktoru Nikpur Cabbarlı, rəyçiləri filologiya elmləri doktoru Abid Tahirli və filologiya üzrə fəlsəfə doktoru Güldəniz Qocayevadır.

İnstitutdan ”Tehsil365”ə bildirilib ki, monoqrafiyanın “Giriş” hissəsində Əhməd Ağaoğlu XX əsr Azərbaycan ictimai-siyasi, ədəbi-mədəni fikir tarixinin bənzərsiz nümayəndəsi, cəmiyyətin müasirləşməsi haqqında görüşlərinə görə M.F.Axundzadənin layiqli davamçısı olaraq təqdim edilir. Müəllifin fikrincə, M.F.Axundzadənin maarifçilik konsepsiyasında fəal xalq məsələsi öndə dayandığı kimi, Ə.Ağaoğlunun düşüncəsində yetkin millət anlayışı xüsusi önəm kəsb edir.

Monoqrafiyanın birinci fəslində Ə.Ağaoğlunun bioqrafiyası zəngin faktlar əsasında təqdim olunur, yazıçının həyatının Şuşa, Tiflis, Paris, Bakı, Ankara və İstanbul dövrü araşdırılır, müasirləri ilə əlaqələrinə ətraflı nəzər salınır. İkinci fəsildə Ə.Ağaoğlunun bədii-fəlsəfi nəsri “Sərbəst insanlar ölkəsində”, “Mən kiməm”, “Tanrı dağında” və “Könülsüz olmaz” əsərləri əsasında tədqiq olunur. Həmin əsərlərdə Ə.Ağaoğlunun türkçülük görüşləri öz əksini tapır. Monoqrafiyanın üçüncü fəslində ədibin Maltada sürgünlükdə qələmə aldığı xatirələri, “Sərbəst firqə xatirələri” və “Altmış yeddi il sonra” memuarları araşdırılır. Müəllifin fikrincə, memuarlar Ə.Ağaoğlunun gerçək obrazının qavranılmasında müstəsna əhəmiyyətə malikdir. Sonuncu fəsildə Ə.Ağaoğlunun epistolyar irsi tədqiq olunur. Onun Maltadan ailə üzvlərinə, habelə Nəriman Nərimanova və müxtəlif illərdə Əli bəy Hüseynzadəyə göndərdiyi məktubların təhlilindən belə nəticə hasil olur ki, yazıçının epistolyar irsi onun xarakterini, zövqünü, baş verən ən mürəkkəb tarixi hadisələrə baxışlarını, siyasi dünyagörüşünü müəyyənləşdirməyə imkan verir. Monoqrafiya Azərbaycan, türk və rus dillərində olan zəngin zəruri bədii və elmi mənbələr əsasında hazırlanıb. Monoqrafiyanın ikinci nəşri Ə.Ağaoğlunun həyatı və yaradıcılıq irsinə böyük maraqla bağlıdır.

Zeynəb Quluyeva

Xəbər Lenti

“Xaqani Şirvani 900 - Sələflər və xələflər” mövzusunda respublika elmi konfransı keçiriləcək20.02.2026 - 12:24
Sənətşünas Elçin Şamillinin yaradıcılığı ilə bağlı mühazirə təşkil olunub - FOTOLAR20.02.2026 - 12:13
Milli Kitabxanada “21 Fevral – Beynəlxalq Ana Dili Günü” adlı sərgilər açılıb20.02.2026 - 12:03
Akademik Rafael Hüseynov Dəyirmanlı kənd tam orta məktəbinin şagirdləri ilə görüşüb - FOTO20.02.2026 - 11:51
Naxçıvan məzunları ölkənin ən nüfuzlu universitetlərinə qəbul olunub20.02.2026 - 11:40
Sabah hava necə olacaq? 20.02.2026 - 11:30
Milli Məclisdə uşaqların rəqəmsal mühitdə qorunması gündəmə gətirildi20.02.2026 - 11:19
Beynəlxalq Ana Dili Günü və Azərbaycan dilinin qlobal dil siyasətində rolu20.02.2026 - 11:08
Naxçıvan Dövlət Universitetində təcrübələrin başlanğıc konfransı keçirilib - FOTO20.02.2026 - 10:57
UNEC-də PBL metodu: tələbələr nəzəriyyəni real həyat həllərinə çevirirlər - FOTOLAR20.02.2026 - 10:45
ADNSU-da "Abituriyent Məsləhət Mərkəzi" yaradılıb20.02.2026 - 10:32
Dövlət İmtahan Mərkəzi bu vəzifələrə vakansiya elan edir20.02.2026 - 10:21
Beynəlxalq Ana Dili Günü qeyd olunub20.02.2026 - 10:10
Repetitorluğun yayılması təhsildə boşluqların göstəricisidir — Təhsil eksperti Elçin Əfəndi20.02.2026 - 09:55
BDU-da yaşıl təhsilin inteqrasiyası və gənclərin dayanıqlılıq təşəbbüsləri beynəlxalq platformada təqdim olunub20.02.2026 - 09:45
Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Mehriban Qarayeva dəfn olunub20.02.2026 - 09:34
Güney Azərbaycan folklorunun Türkiyədə tədqiqinə dair elmi məruzə dinlənilib20.02.2026 - 09:23
Yeni süni intellekt dil modeli: Gündəlik 60 milyondan çox sorğuya cavab verə biləcək20.02.2026 - 09:14
Elm Gününə həsr olunmuş ustad dərsi: ruh və məntiqin sintezi20.02.2026 - 09:00
Kimlər oruc tutmamalıdır?20.02.2026 - 08:52
Prezident İlham Əliyev Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edib20.02.2026 - 08:41
Gülzar Şərifovanın “Şeirlər toplusu” kitabı nəşr olunub20.02.2026 - 08:33
Hərbi Liseydə fövqəladə hallar üzrə təlim keçirilib - VİDEO20.02.2026 - 08:24
“Apple” yeni AI cihazlarını təqdim edəcək20.02.2026 - 08:16
Altsheymer xəstəliyinin gizli səbəbi20.02.2026 - 08:05
Görmə zəifliyi uşaqların dərs göstəricilərini aşağı salır20.02.2026 - 07:58
Fevralın 20-si Ümumdünya Sosial Ədalət Günüdür20.02.2026 - 07:49
Xalq şairi Nəriman Həsənzadə yubileyi münasibətilə evində ziyarət olunub20.02.2026 - 07:40
UNEC Dizayn Məktəbində II hesabat-sərgisi keçirilib20.02.2026 - 07:28
Ağlaya bilməmək ciddi xəstəliyin əlaməti imiş20.02.2026 - 07:28
Məleykə Abbaszadə “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb20.02.2026 - 07:17
D vitamini çatışmazlığı qrip və COVID-19-u ağırlaşdırır20.02.2026 - 07:10
Bu günün hava PROQNOZU20.02.2026 - 07:00
İngiltərədə xüsusi qayğıya ehtiyacı olan şagirdlərin dəstəyi yenidən nəzərdən keçirilir20.02.2026 - 06:36
Northampton Universiteti tələbələrin gecə təhlükəsizliyi məsələsini nəzərdən keçirir20.02.2026 - 06:18
Ramiz Novruz teatr və kino sənətində dərin iz qoyub20.02.2026 - 06:00
1996-cı ildə Azərbaycan ilə Sloveniya arasında diplomatik əlaqələr quruldu20.02.2026 - 05:42
1992-ci ildə Azərbaycan bir sıra Avropa ölkələri ilə diplomatik əlaqələr qurdu20.02.2026 - 05:18
1988-ci ildə Birinci Qarabağ müharibəsi başladı20.02.2026 - 05:06
1920-ci ildə Azərbaycan Kommunist Partiyası təsis olundu20.02.2026 - 04:54
Firəngiz Şərifova sənətsevərlərin yaddaşında yaşayır20.02.2026 - 04:36
Leyla Vəkilova sənət dünyasında dərin iz qoyub20.02.2026 - 04:18
Fikrət Əmirov vəfatının ildönümündə anıldı20.02.2026 - 04:00
İngiltərədə məktəblər xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün birbaşa dəstək verəcək19.02.2026 - 20:00
İlk dəfə iki azərbaycanlı Böyük Britaniyanın fəxri mükafatı ilə təltif olunub19.02.2026 - 19:30
Məktəblərdə psixoloji dəstək mexanizmləri yetərlidirmi? – Mütəxəssis açıqladı19.02.2026 - 19:20
Polis orqanları və daxili qoşunlarda xidmət etmək istəyən gənclərin növbəti sıra baxışı olub19.02.2026 - 19:15