Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzinin fəaliyyət istiqamətləri ilə bağlı imtahan iştirakçılarına kömək etmək məqsədilə Bakı şəhəri üzrə Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes, Odlar Yurdu, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Milli Konservatoriyasında, Sumqayıt şəhəri üzrə Sumqayıt Dövlət Universitetində, Gəncə şəhəri üzrə Azərbaycan Dövlət Aqrar Universitetində və DİM-in regional bölmələrində ödənişsiz əsaslarla “Abituriyent Məsləhət Mərkəzlər”i fəaliyyət göstərirlər.
“Tehsil365" xəbər verir ki, Dövlət İmtahan Mərkəzi tərəfindən növbəti "Abituriyent Məsləhət Mərkəzi" Azərbaycan Neft və Sənaye Universitetində (Azadlıq prospekti 34, Əsas korpus) yaradılıb.
Məsləhət mərkəzində xüsusi treninq keçmiş əməkdaşlar abituriyentlərə tələbə qəbulu qaydaları, ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu, “Abituriyentin elektron ərizəsi”nin doldurulma və təsdiq edilməsi qaydası və bu zaman qarşıya çıxa biləcək texniki məsələlərin həlli, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan məsələlər və s. haqqında ödənişsiz kömək göstərirlər.
Abituriyentlər onları maraqlandıran suallarla bağlı həftə içi saat 10:00-dan 17:00-dək “Abituriyent Məsləhət Mərkəzləri”nə müraciət edə bilərlər.

