Təhsil 365 - Logo Mobile

UNEC-də PBL metodu: tələbələr nəzəriyyəni real həyat həllərinə çevirirlər - FOTOLAR

5220.02.2026 - 10:45
UNEC-də PBL metodu: tələbələr nəzəriyyəni real həyat həllərinə çevirirlər - FOTOLAR

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Dizayn Məktəbində layihə əsaslı tədris (PBL) metodu üzrə təhsil alan tələbələrin II hesabat-sərgisi təşkil olunub.

Bu barədə “Tehsil365"ə universitetdən məlumat verilib. Tədbirdə Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Qırğız Milli Universitetinin rektoru Dogdurbek Çontoyev və digər qonaqlar iştirak ediblər. İştirakçılar əvvəlcə tələbələrin əl işlərindən ibarət zəngin sərgi ilə tanış olublar. Sərgidə ahıllar və əlliliyi olan şəxsləri əhatə edən sosial layihələr, qrafik dizayn işləri, rebrendinq və geyim nümunələri, ətraf mühitin qorunması, həmçinin Qarabağın bərpası üçün hazırlanmış sosialyönümlü layihələr nümayiş olunub. Tələbələrin Qarabağın bərpası məqsədilə hazırladıqları ahıllar evi modeli, inklüziv ev, innovasiya kitabxanası və digər layihələr xüsusi maraqla qarşılanıb.

Tədbirin açılışında çıxış edən Dizayn Məktəbinin direktoru dosent Lalə Məmmədova layihə əsaslı tədrisin tələbələrə qazandırdığı bacarıqlardan danışıb. O, PBL-in tələbələrin tənqidi düşünmə, yaradıcılıq və komanda şəklində işləmə bacarıqlarını inkişaf etdirdiyini, həmçinin real həyat problemlərini həll etməyə hazırladığını vurğulayıb.

UNEC-in rektoru professor Ədalət Muradov dizayn ixtisası üzrə təhsil alan tələbələrin tədrisində tətbiq olunan PBL metodundan və əldə olunan müsbət nəticələrdən söz açıb. O vurğulayıb ki, universitetin əsas məqsədi yalnız nəzəri bilik deyil, həm də praktik bacarıqlara sahib, fərqli düşünməyi bacaran və cəmiyyətin problemlərinin həllində fəal iştirak edən gənclər yetişdirməkdir.

Rektor qeyd edib ki, layihə əsaslı tədris metodu gözləniləndən daha yüksək nəticələr verib. O, sərgidə nümayiş olunan layihələrin tələbələrin dərs prosesi zamanı icra etdikləri real işlər olduğunu vurğulayıb.

Ə.Muradov tələbələrin layihələrdə ahıl və əlilliyi olan şəxslər, eləcə də Qarabağın bərpası kimi aktual məsələlərə toxunduqlarını yüksək qiymətləndirib: “Tələbələrimiz cəmiyyətdə mövcud olan problemləri anlayırlar və onu həll etməyə çalışırlar, bu da onların fərqini, dəyərini göstərir. PBL metodu tələbələrimizin daha güclü və məsuliyyətli vətəndaş kimi formalaşmasına xidmət edir. Mən çox məmnunam ki, biz tələbələrimizə potensiallarını reallaşdırmaq üçün əlverişli mühit yarada bilmişik”, - deyə rektor bildirib.

Qarabağın bərpası mövzusunda irəli sürülən təşəbbüslərə xüsusi diqqət ayıran Ə.Muradov bildirib ki, universitet tərəfindən tələbələrin layihələrinin reallaşdırılmasına hərtərəfli dəstək göstəriləcək. Sərginin Qarabağda da təşkil olunması təklifini verən rektor bu təşəbbüsün gənclərin sosial məsuliyyətini daha geniş auditoriyaya çatdırmaq baxımından əhəmiyyətini vurğulayıb.

Sonra UNEC-in Təhsil və təlim mükəmməlliyi şöbəsinin müdiri, PBL layihəsinin koordinatoru, metodist Sənubər Səfiyeva çıxış edərək PBL metodunun üstünlüklərindən danışıb: “Sosial layihələrdə biz cəmiyyətimiz üçün faydalı tədbirlər həyata keçiririk. Bu layihələr gənclərimizə cəmiyyətin real problemləri ilə birbaşa üzləşmək, empatiya bacarıqlarını inkişaf etdirmək və cəmiyyətin bir hissəsi kimi özlərini hiss etmək imkanı verir”.

Tədbir tələbələrin sosial faydalı qrafik dizayn layihələrinin təqdimatları ilə davam edib.

Aydan Ələkbərova

Xəbər Lenti

“Xaqani Şirvani 900 - Sələflər və xələflər” mövzusunda respublika elmi konfransı keçiriləcək20.02.2026 - 12:24
Sənətşünas Elçin Şamillinin yaradıcılığı ilə bağlı mühazirə təşkil olunub - FOTOLAR20.02.2026 - 12:13
Milli Kitabxanada “21 Fevral – Beynəlxalq Ana Dili Günü” adlı sərgilər açılıb20.02.2026 - 12:03
Akademik Rafael Hüseynov Dəyirmanlı kənd tam orta məktəbinin şagirdləri ilə görüşüb - FOTO20.02.2026 - 11:51
Naxçıvan məzunları ölkənin ən nüfuzlu universitetlərinə qəbul olunub20.02.2026 - 11:40
Sabah hava necə olacaq? 20.02.2026 - 11:30
Milli Məclisdə uşaqların rəqəmsal mühitdə qorunması gündəmə gətirildi20.02.2026 - 11:19
Beynəlxalq Ana Dili Günü və Azərbaycan dilinin qlobal dil siyasətində rolu20.02.2026 - 11:08
Naxçıvan Dövlət Universitetində təcrübələrin başlanğıc konfransı keçirilib - FOTO20.02.2026 - 10:57
ADNSU-da "Abituriyent Məsləhət Mərkəzi" yaradılıb20.02.2026 - 10:32
Dövlət İmtahan Mərkəzi bu vəzifələrə vakansiya elan edir20.02.2026 - 10:21
Beynəlxalq Ana Dili Günü qeyd olunub20.02.2026 - 10:10
Repetitorluğun yayılması təhsildə boşluqların göstəricisidir — Təhsil eksperti Elçin Əfəndi20.02.2026 - 09:55
BDU-da yaşıl təhsilin inteqrasiyası və gənclərin dayanıqlılıq təşəbbüsləri beynəlxalq platformada təqdim olunub20.02.2026 - 09:45
Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Mehriban Qarayeva dəfn olunub20.02.2026 - 09:34
Güney Azərbaycan folklorunun Türkiyədə tədqiqinə dair elmi məruzə dinlənilib20.02.2026 - 09:23
Yeni süni intellekt dil modeli: Gündəlik 60 milyondan çox sorğuya cavab verə biləcək20.02.2026 - 09:14
Əhməd Ağaoğlu haqqında monoqrafiyanın yeni nəşri işıq üzü görüb20.02.2026 - 09:09
Elm Gününə həsr olunmuş ustad dərsi: ruh və məntiqin sintezi20.02.2026 - 09:00
Kimlər oruc tutmamalıdır?20.02.2026 - 08:52
Prezident İlham Əliyev Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edib20.02.2026 - 08:41
Gülzar Şərifovanın “Şeirlər toplusu” kitabı nəşr olunub20.02.2026 - 08:33
Hərbi Liseydə fövqəladə hallar üzrə təlim keçirilib - VİDEO20.02.2026 - 08:24
“Apple” yeni AI cihazlarını təqdim edəcək20.02.2026 - 08:16
Altsheymer xəstəliyinin gizli səbəbi20.02.2026 - 08:05
Görmə zəifliyi uşaqların dərs göstəricilərini aşağı salır20.02.2026 - 07:58
Fevralın 20-si Ümumdünya Sosial Ədalət Günüdür20.02.2026 - 07:49
Xalq şairi Nəriman Həsənzadə yubileyi münasibətilə evində ziyarət olunub20.02.2026 - 07:40
UNEC Dizayn Məktəbində II hesabat-sərgisi keçirilib20.02.2026 - 07:28
Ağlaya bilməmək ciddi xəstəliyin əlaməti imiş20.02.2026 - 07:28
Məleykə Abbaszadə “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb20.02.2026 - 07:17
D vitamini çatışmazlığı qrip və COVID-19-u ağırlaşdırır20.02.2026 - 07:10
Bu günün hava PROQNOZU20.02.2026 - 07:00
İngiltərədə xüsusi qayğıya ehtiyacı olan şagirdlərin dəstəyi yenidən nəzərdən keçirilir20.02.2026 - 06:36
Northampton Universiteti tələbələrin gecə təhlükəsizliyi məsələsini nəzərdən keçirir20.02.2026 - 06:18
Ramiz Novruz teatr və kino sənətində dərin iz qoyub20.02.2026 - 06:00
1996-cı ildə Azərbaycan ilə Sloveniya arasında diplomatik əlaqələr quruldu20.02.2026 - 05:42
1992-ci ildə Azərbaycan bir sıra Avropa ölkələri ilə diplomatik əlaqələr qurdu20.02.2026 - 05:18
1988-ci ildə Birinci Qarabağ müharibəsi başladı20.02.2026 - 05:06
1920-ci ildə Azərbaycan Kommunist Partiyası təsis olundu20.02.2026 - 04:54
Firəngiz Şərifova sənətsevərlərin yaddaşında yaşayır20.02.2026 - 04:36
Leyla Vəkilova sənət dünyasında dərin iz qoyub20.02.2026 - 04:18
Fikrət Əmirov vəfatının ildönümündə anıldı20.02.2026 - 04:00
İngiltərədə məktəblər xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün birbaşa dəstək verəcək19.02.2026 - 20:00
İlk dəfə iki azərbaycanlı Böyük Britaniyanın fəxri mükafatı ilə təltif olunub19.02.2026 - 19:30
Məktəblərdə psixoloji dəstək mexanizmləri yetərlidirmi? – Mütəxəssis açıqladı19.02.2026 - 19:20
Polis orqanları və daxili qoşunlarda xidmət etmək istəyən gənclərin növbəti sıra baxışı olub19.02.2026 - 19:15