Təhsil 365 - Logo Mobile

Naxçıvan Dövlət Universitetində təcrübələrin başlanğıc konfransı keçirilib - FOTO

8920.02.2026 - 10:57
Naxçıvan Dövlət Universitetində təcrübələrin başlanğıc konfransı keçirilib - FOTO

Naxçıvan Dövlət Universitetində 2025/2026-cı tədris ilinin II yarısında təşkil olunacaq təcrübələrin başlanğıc konfransı keçirilib. Tədbirdə təcrübə keçiriləcək müxtəlif müəssisələrin nümayəndələri, universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Bu barədə "Tehsil365"ə Naxçıvan Dövlət Universitetindən məlumat verilib. Bildirilib ki,

Universitetin rektoru Elbrus İsayev konfransı giriş sözü ilə açaraq pedaqoji və istehsalat təcrübəsinin, eləcə də universitet-sənaye əməkdaşlığının peşəkar kadr hazırlığında mühüm rol oynadığını vurğulayıb. Rektor bildirib ki, NDU regionun əmək bazarının tələblərinə uyğun ixtisaslı mütəxəssislər hazırlamaq potensialına malikdir. Əcnəbi professorların dəvət olunması, tələbələrin xaricdə staj keçməsi və sifariş əsasında seçmə fənlərin tədrisi peşəkar hazırlığa əhəmiyyətli töhfə verir. O, təcrübəyə başlayacaq tələbələrə uğurlar arzulayıb və bu mərhələni səmərəli keçirmələri ilə bağlı tövsiyələr verib.

Tədrisin təşkili şöbəsinin müdiri Aynurə Seyidova çıxışında təcrübələrin təşkilinə dair tələblər və qarşıda duran vəzifələr barədə məlumat verib. Qeyd olunub ki, 2025-2026-cı tədris ilinin ikinci yarısında universitetin 1708 nəfər buraxılış kurs tələbəsi təcrübədə iştirak edəcək. 68 ixtisas üzrə 1311 tələbə istehsalat təcrübəsinə cəlb olunacaq. Onlardan 1080-i əyani, 164-ü qiyabi, 67-si isə əlavə ali təhsil üzrə təhsil alır. Təcrübələrin müddəti 1, 4, 5, 14 və 20 həftə olacaq. 38 müəssisədə keçiriləcək istehsalat təcrübəsinə 130 müəllim rəhbərlik edəcək.

Bildirilib ki, 20 ixtisas üzrə 397 tələbə pedaqoji təcrübədə iştirak edəcək və bu prosesə 43 müəllim rəhbərlik edəcək. Təcrübə bazası kimi universitetin nəzdində Gimnaziya, Naxçıvan şəhərindəki 12 ümumtəhsil məktəbi və Babək rayonunun Şıxmahmud kənd tam orta məktəbi seçilib. Təcrübələrin təşkili məqsədilə universitetlə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi arasında müqavilə imzalanıb.

Tibb fakültəsinin “Əczaçılıq və biokimya” kafedrasının müdiri Surə Rəhimova nəzəri biliklərin praktik tətbiqinin peşə bacarıqlarının formalaşması və iş mühitinə adaptasiya baxımından əhəmiyyətini qeyd edib. Heydər Əliyev adına tam orta məktəbin müəllimi Aysel Əsgərova isə pedaqoji təcrübənin tələbləri və müəllimlik peşəsinin əsasları barədə danışıb.

Konfrans təcrübə prosesinin məqsəd və vəzifələrinin aydın şəkildə müəyyənləşdirilməsi, tələbələrin peşə fəaliyyətinə daha hazırlıqlı başlaması baxımından əhəmiyyətli olub.


Aydan Ələkbərova

Xəbər Lenti

“Xaqani Şirvani 900 - Sələflər və xələflər” mövzusunda respublika elmi konfransı keçiriləcək20.02.2026 - 12:24
Sənətşünas Elçin Şamillinin yaradıcılığı ilə bağlı mühazirə təşkil olunub - FOTOLAR20.02.2026 - 12:13
Milli Kitabxanada “21 Fevral – Beynəlxalq Ana Dili Günü” adlı sərgilər açılıb20.02.2026 - 12:03
Akademik Rafael Hüseynov Dəyirmanlı kənd tam orta məktəbinin şagirdləri ilə görüşüb - FOTO20.02.2026 - 11:51
Naxçıvan məzunları ölkənin ən nüfuzlu universitetlərinə qəbul olunub20.02.2026 - 11:40
Sabah hava necə olacaq? 20.02.2026 - 11:30
Milli Məclisdə uşaqların rəqəmsal mühitdə qorunması gündəmə gətirildi20.02.2026 - 11:19
Beynəlxalq Ana Dili Günü və Azərbaycan dilinin qlobal dil siyasətində rolu20.02.2026 - 11:08
UNEC-də PBL metodu: tələbələr nəzəriyyəni real həyat həllərinə çevirirlər - FOTOLAR20.02.2026 - 10:45
ADNSU-da "Abituriyent Məsləhət Mərkəzi" yaradılıb20.02.2026 - 10:32
Dövlət İmtahan Mərkəzi bu vəzifələrə vakansiya elan edir20.02.2026 - 10:21
Beynəlxalq Ana Dili Günü qeyd olunub20.02.2026 - 10:10
Repetitorluğun yayılması təhsildə boşluqların göstəricisidir — Təhsil eksperti Elçin Əfəndi20.02.2026 - 09:55
BDU-da yaşıl təhsilin inteqrasiyası və gənclərin dayanıqlılıq təşəbbüsləri beynəlxalq platformada təqdim olunub20.02.2026 - 09:45
Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Mehriban Qarayeva dəfn olunub20.02.2026 - 09:34
Güney Azərbaycan folklorunun Türkiyədə tədqiqinə dair elmi məruzə dinlənilib20.02.2026 - 09:23
Yeni süni intellekt dil modeli: Gündəlik 60 milyondan çox sorğuya cavab verə biləcək20.02.2026 - 09:14
Əhməd Ağaoğlu haqqında monoqrafiyanın yeni nəşri işıq üzü görüb20.02.2026 - 09:09
Elm Gününə həsr olunmuş ustad dərsi: ruh və məntiqin sintezi20.02.2026 - 09:00
Kimlər oruc tutmamalıdır?20.02.2026 - 08:52
Prezident İlham Əliyev Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edib20.02.2026 - 08:41
Gülzar Şərifovanın “Şeirlər toplusu” kitabı nəşr olunub20.02.2026 - 08:33
Hərbi Liseydə fövqəladə hallar üzrə təlim keçirilib - VİDEO20.02.2026 - 08:24
“Apple” yeni AI cihazlarını təqdim edəcək20.02.2026 - 08:16
Altsheymer xəstəliyinin gizli səbəbi20.02.2026 - 08:05
Görmə zəifliyi uşaqların dərs göstəricilərini aşağı salır20.02.2026 - 07:58
Fevralın 20-si Ümumdünya Sosial Ədalət Günüdür20.02.2026 - 07:49
Xalq şairi Nəriman Həsənzadə yubileyi münasibətilə evində ziyarət olunub20.02.2026 - 07:40
Ağlaya bilməmək ciddi xəstəliyin əlaməti imiş20.02.2026 - 07:28
UNEC Dizayn Məktəbində II hesabat-sərgisi keçirilib20.02.2026 - 07:28
Məleykə Abbaszadə “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb20.02.2026 - 07:17
D vitamini çatışmazlığı qrip və COVID-19-u ağırlaşdırır20.02.2026 - 07:10
Bu günün hava PROQNOZU20.02.2026 - 07:00
İngiltərədə xüsusi qayğıya ehtiyacı olan şagirdlərin dəstəyi yenidən nəzərdən keçirilir20.02.2026 - 06:36
Northampton Universiteti tələbələrin gecə təhlükəsizliyi məsələsini nəzərdən keçirir20.02.2026 - 06:18
Ramiz Novruz teatr və kino sənətində dərin iz qoyub20.02.2026 - 06:00
1996-cı ildə Azərbaycan ilə Sloveniya arasında diplomatik əlaqələr quruldu20.02.2026 - 05:42
1992-ci ildə Azərbaycan bir sıra Avropa ölkələri ilə diplomatik əlaqələr qurdu20.02.2026 - 05:18
1988-ci ildə Birinci Qarabağ müharibəsi başladı20.02.2026 - 05:06
1920-ci ildə Azərbaycan Kommunist Partiyası təsis olundu20.02.2026 - 04:54
Firəngiz Şərifova sənətsevərlərin yaddaşında yaşayır20.02.2026 - 04:36
Leyla Vəkilova sənət dünyasında dərin iz qoyub20.02.2026 - 04:18
Fikrət Əmirov vəfatının ildönümündə anıldı20.02.2026 - 04:00
İngiltərədə məktəblər xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün birbaşa dəstək verəcək19.02.2026 - 20:00
İlk dəfə iki azərbaycanlı Böyük Britaniyanın fəxri mükafatı ilə təltif olunub19.02.2026 - 19:30
Məktəblərdə psixoloji dəstək mexanizmləri yetərlidirmi? – Mütəxəssis açıqladı19.02.2026 - 19:20
Polis orqanları və daxili qoşunlarda xidmət etmək istəyən gənclərin növbəti sıra baxışı olub19.02.2026 - 19:15