Təhsil 365 - Logo Mobile

DİM-in könüllülərinə sertifikat təqdim olunub

3520.02.2026 - 14:24
DİM-in könüllülərinə sertifikat təqdim olunub

20 fevral 2026-cı il tarixində Dövlət İmtahan Mərkəzində fəaliyyətini başa çatdıran bir qrup könüllüyə sertifikat təqdim olunub.

“Tehsil365” AzEdu.az-a istinadən xəbər verir ki, görüş zamanı Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə könüllülük proqramını uğurla başa vuran gəncləri səmimi qəlbdən təbrik edib, onların təşəbbüskarlığını və məsuliyyətini yüksək qiymətləndirdiyini bildirib. O, könüllülərin fəaliyyət dövründə qazandıqları təcrübənin gələcək karyera yollarında mühüm rol oynayacağını vurğulayıb.

Sədr çıxışında real iş mühitində əldə olunan praktiki bilik və bacarıqların əhəmiyyətindən danışaraq, gənclərə daim öz üzərində işləməyi, düzgün planlaşdırma aparmağı tövsiyə edib.

Daha sonra könüllülər çıxış edərək proqram çərçivəsində onlar üçün yaradılmış əlverişli şəraitə görə təşəkkürlərini ifadə ediblər. Onlar qeyd ediblər ki, fəaliyyət müddətində qazandıqları praktiki bilik və bacarıqlar, komanda ilə işləmək təcrübəsi və real iş prosesində iştirak imkanları onların peşəkar formalaşmasında mühüm rol oynayır.

Tədbirin sonunda 180 könüllüyə müvafiq sertifikatlar təqdim olunub.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi könüllülər layihəsinə 2024-cü il noyabr ayından start verib.

Müəyyən seçim mərhələlərini uğurla başa vuran könüllülər Dövlət İmtahan Mərkəzinin fəaliyyət istiqamətlərinə və öz istəklərinə uyğun İmtahanların təşkili və idarəedilməsi, Statistik araşdırmalar, elmi layihələşdirmə və innovasiyalar, E-imtahanlar və müsahibələrin təşkili, Hüquqi təminat, dövlət qulluğu məsələləri və dövlət strategiyaları ilə iş, İctimaiyyətlə əlaqələr və kargüzarlıq departamentlərində, həmçinin İnsan resurslarının idarə edilməsi şöbəsində müxtəlif proseslərə cəlb edilirlər.

Bu layihənin əsas məqsədi gənclərin peşəkar vərdişlərinin formalaşmasına dəstək vermək, onları Dövlət İmtahan Mərkəzinin fəaliyyəti ilə yaxından tanış etmək və gələcəkdə karyera planlamasına təkan verməkdir.

Qeyd edək ki, fevral ayının sonundan etibarən müraciət etmiş yeni könüllülər fəaliyyətə başlayacaqlar.

Zəhra Ağayeva

Xəbər Lenti

Yaradıcı müəllimlər təltif olunub21.02.2026 - 13:21
Sosial şəbəkələr yazı mədəniyyətini dəyişdirir? - “Ana dilimiz risk altındadır”21.02.2026 - 13:12
Məşq beynimizi necə qoruyur? -  Alimlər mexanizmi açıqladı21.02.2026 - 13:00
Süni intellekt 3 peşəni əvəz edə bilməyəcək21.02.2026 - 12:48
BMU ilə UNICON.UZ arasında əməkdaşlıq müzakirə olunub21.02.2026 - 12:24
Məktəblilər beynəlxalq müsabiqədə 6 medal qazanıblar21.02.2026 - 12:12
İbtidai təhsil yalnız Azərbaycan dilində olsun - təklif21.02.2026 - 12:00
Yeni Orfoqrafiya lüğətində əvvəllər apostrofla işlənən sözlərin ayrıca siyahısı veriləcək21.02.2026 - 12:00
Şagirdlərin elektron yerdəyişməsi başlayır21.02.2026 - 11:47
Azərbaycanda təbiət hadisəsi baş verib21.02.2026 - 11:32
Səhiyyə Nazirliyi üzərlik bitkisi ilə bağlı məlumat yaydı21.02.2026 - 11:15
Semestr imtahanları: Azərbaycan Universitetində ən yüksək nəticə göstərənlər21.02.2026 - 10:57
Tarix açıqlandı: 100 milyon kiloqramlıq qalıq Yer kürəsinə düşəcək21.02.2026 - 10:40
Çoxumuzun tərəvəz hesab etdiyi bitki ən sağlam meyvə seçildi21.02.2026 - 10:26
Azərbaycan Universitetinin MBA məzununun uğuru 21.02.2026 - 10:11
Şagirdlərdə motivasiya problemi müvəqqəti çətinlikdir — Pedaqoq Lamiyə Quliyeva 21.02.2026 - 09:55
Bəzi qidalar uşaqların İQ səviyyəsini azaldır 21.02.2026 - 09:50
BMU ilə UNICON.UZ arasında əməkdaşlıq müzakirə olunub 21.02.2026 - 09:46
100 milyon kiloluq cisim kosmosdan başımıza düşə bilər — Tarix açıqlandı21.02.2026 - 09:40
Ana dili xalqımızın, müstəqil Azərbaycanın ən böyük milli sərvətidir21.02.2026 - 09:29
Xalq artistinin oğlu rəis müavini təyin edildi21.02.2026 - 09:21
Dondurma və soyuq içkilər təhlükəli deyilmiş: Rusiyalı mütəxəssis izah etdi21.02.2026 - 09:14
Gənclər Kitabxanasında 21 Fevral - Beynəlxalq Ana Dili Günü münasibətilə tədbir keçirilib21.02.2026 - 09:07
Təhlükəli xəstəliklərdən qoruyan ucuz çay21.02.2026 - 09:00
Daim üşümək təhlükəli xəstəlik əlaməti ola bilər21.02.2026 - 08:51
MEK-də Beynəlxalq Ana Dili Günü ilə bağlı virtual sərgi hazırlanıb21.02.2026 - 08:44
AMEA Folklor İnstitutu və 2 nömrəli liseydə Beynəlxalq Ana Dili Günü qeyd olunub21.02.2026 - 08:32
İlhamə Quliyevanın bacısı qızı həbsdən buraxıldı21.02.2026 - 08:24
Qidalanma zamanı edilən 4 səhv şəkər olmaq riski yaradır21.02.2026 - 08:12
Xəzər Universiteti ilə Panamerikana Universiteti arasında anlaşma memorandumu imzalanıb21.02.2026 - 08:02
Süni intellekt 3 peşəni əvəz edə bilməyəcək 21.02.2026 - 07:53
Məşq beynimizi necə qoruyur? - Alimlər mexanizmi açıqladı21.02.2026 - 07:45
NASA martda Aya astronavt göndərməyi planlaşdırır21.02.2026 - 07:35
LDU-da Beynəlxalq Ana Dili Günü ilə bağlı tədbir 21.02.2026 - 07:28
Yaradıcı müəllimlər təltif olunub21.02.2026 - 07:20
Bu gün hava necə olacaq? - PROQNOZ 21.02.2026 - 07:11
Bu gün Beynəlxalq Ana Dili Günüdür21.02.2026 - 07:00
Məktəbəqədər yaşlı uşaqlar arasında ekran vərdişləri kitab oxuma bacarıqlarına təsir edir21.02.2026 - 06:54
ABŞ-ın qurucu idealları yenidən müzakirə mövzusudur21.02.2026 - 06:36
Akademik Ziya Bünyadov – görkəmli alim və qəhrəman ömür yolu21.02.2026 - 06:18
Azərbaycan Fransa və Polşa ilə diplomatik əlaqələr qurub21.02.2026 - 06:00
“Neftçi” 1993-cü ildə Azərbaycan Superkubokunu qazanıb21.02.2026 - 05:42
Akademik Ziya Bünyadovun qətli Azərbaycan elmi üçün ağır itki olub21.02.2026 - 05:18
Azərbaycan Dövlət Mülki Aviasiya Agentliyi yaradılıb21.02.2026 - 05:06
Zaur Tağızadə – Azərbaycan futbolunun yadda qalan yarımmüdafiəçilərindən biri21.02.2026 - 04:54
Xalq artisti Rasi Abdullayev vəfat edib21.02.2026 - 04:36
Xalq rəssamı Oqtay Sadıqzadənin xatirəsi yad olunur21.02.2026 - 04:18
Xalq rəssamı Böyükağa Mirzəzadənin xatirəsi yad edilir21.02.2026 - 04:00