Təhsil 365 - Logo Mobile

STM MEDİA-ya birləşdirilir, BMTM yenidən təşkil olunur

7820.02.2026 - 15:31
STM MEDİA-ya birləşdirilir, BMTM yenidən təşkil olunur

Prezident İlham Əliyev Medianın İnkişafı Agentliyi və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi publik hüquqi şəxslərin yenidən təşkili haqqında Fərman imzalayıb.

“Tehsil365“ APA-ya istinadən xəbər verir ki, Fərmana əsasən, Medianın İnkişafı Agentliyi publik hüquqi şəxs Sosial Tədqiqatlar Mərkəzi publik hüquqi şəxsin ona qoşulması yolu ilə və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi publik hüquqi şəxs Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ona qoşulması yolu ilə Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi publik hüquqi şəxs qismində yenidən təşkil edilir.

Müəyyən edilib ki, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs (Agentlik) medianın inkişafının dəstəklənməsi, media sahəsində mütəxəssislər hazırlanması və onların əlavə təhsilinin təşkili, audiovizual, çap, onlayn media subyektlərinin və informasiya agentliklərinin, habelə jurnalistlərin və digər media işçilərinin fəaliyyətinin, eləcə də media sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması istiqamətində fəaliyyət göstərən, habelə ictimai münasibətlərin inkişaf dinamikasını sistemli təhlil edən, bu sahədə mövcud tendensiyaları müəyyənləşdirən və dəyişiklikləri proqnozlaşdıran, həmin dəyişikliklərin cəmiyyətə mümkün təsirlərini araşdıran, müasir informasiya texnologiyaları və elmi yanaşmalar tətbiq edilməklə ictimai fikrin öyrənilməsini və sosial tədqiqatlar aparılmasını təmin edən, həyata keçirdiyi elmi-analitik təhlilin nəticələrini dövlət orqanlarına (qurumlarına) təqdim edən publik hüquqi şəxsdir. “Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi” publik hüquqi şəxs (bundan sonra – Mərkəz) dünyada və regionda baş verən proseslərin təhlili, beynəlxalq münasibətlər və təhlükəsizlik məsələləri ilə bağlı fundamental araşdırmalar aparılması, bu məsələlərə dair ölkəmizin mövqeyinin beynəlxalq ictimai, siyasi və akademik dairələrə çatdırılması, Azərbaycan Respublikası dövlət orqanlarının (qurumlarının) elmi-təhlili materiallarla təmin edilməsi sahəsində fəaliyyət göstərən, habelə azərbaycançılıq məfkurəsinə uyğun olaraq tolerantlığın və mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasını təmin edən, Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıdan və mövcud multikultural modelləri tədqiq və təşviq edən publik hüquqi şəxsdir.

“Sosial Tədqiqatlar Mərkəzi” publik hüquqi şəxsin və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin hüquqları və öhdəlikləri, habelə əmlakı müvafiq olaraq Agentliyə və Mərkəzə keçir.

Agentliyin təsisçisi səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilib:

Azərbaycan Respublikasının Prezidentinə:

- Agentliyin nizamnaməsinin təsdiqi və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi;

- Agentliyin idarəetmə orqanlarının yaradılması, idarəetmə orqanlarının rəhbərlərinin (üzvlərinin) vəzifəyə təyin və vəzifədən azad edilməsi;

- Agentliyin ləğvi və yenidən təşkili;

- nizamnaməsində nəzərdə tutulmayan məqsədlər üçün Agentliyin mənfəətinin dövlət büdcəsinə köçürülməsi barədə qərar qəbul edilməsi;

- Agentliyin təsərrüfat cəmiyyətlərinin yaradılmasına və ya onlarda iştirak etməyə, idarə, filial və nümayəndəliklərinin yaradılmasına razılıq verilməsi;

Agentliyə:

- Yuxarıda qeyd edilənlər nəzərə alınmaqla, Agentliyin strukturunun, əməyin ödənişi fondunun, işçilərinin say həddinin və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğlərinin Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq edilməsi;

- publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

Mərkəzin təsisçisi səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

Azərbaycan Respublikasının Prezidentinə:

- Mərkəzin nizamnaməsinin təsdiqi və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi;

- Mərkəzin idarəetmə orqanlarının yaradılması, idarəetmə orqanlarının rəhbərlərinin (üzvlərinin) vəzifəyə təyin və vəzifədən azad edilməsi;

- Mərkəzin ləğvi və yenidən təşkili;

- nizamnaməsində nəzərdə tutulmayan məqsədlər üçün Mərkəzin mənfəətinin dövlət büdcəsinə köçürülməsi barədə qərar qəbul edilməsi;

Nazirlər Kabinetinə:

- Mərkəzin illik maliyyə hesabatlarının təsdiq edilməsi;

- Mərkəzin təsərrüfat cəmiyyətlərinin yaradılmasına və ya onlarda iştirak etməyə, idarə, filial və nümayəndəliklərinin yaradılmasına razılıq verilməsi;

- Mərkəzin xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanılmasına razılıq verilməsi;

Mərkəzə:

- inkişaf istiqamətlərinin Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyənləşdirilməsi;

- Mərkəzin strukturunun, əməyin ödənişi fondunun, işçilərinin say həddinin və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğlərinin Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq edilməsi.

Nazirlər Kabineti normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, Agentliyin və Mərkəzin yeni nizamnaməsinin layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Mehriban İbadova

Xəbər Lenti

Vəkilliyin nəzəri və praktiki əsaslarını əks etdirən yeni dərslik nəşr edilib20.02.2026 - 17:20
Azərbaycan qadını elmdə: nailiyyətlər və yeni çağırışlar” mövzusunda elmi konfrans keçiriləcək20.02.2026 - 17:13
İstanbulda Qara Qarayev haqqında nəşr edilən kitabın təqdimatı olub20.02.2026 - 17:09
AMEA-nın İctimai Elmlər Bölməsinin növbəti iclası keçirilib20.02.2026 - 17:04
Turan İrfan: “İbadətlər qorxu ilə deyil, anlayışla izah olunmalıdır”20.02.2026 - 17:00
Yaponiyada anonim sponsor su kəmərlərinin bərpası üçün şəhərə qızıl külçələr hədiyyə edib20.02.2026 - 17:00
Baş Prokurorluqda media nümayəndələri üçün “Açıq qapı” günü təşkil olunub20.02.2026 - 16:52
Akademik: Fəaliyyət planının prioritetləri enerji, data və süni intellektdir20.02.2026 - 16:42
İbrahim Taşel: “Final” təhsil şəbəkəsi Azərbaycan üçün peşəkar kadrların hazırlanmasına töhfə verməyə çalışır20.02.2026 - 16:33
Növbəti ildən peşə təhsilində tədrisi dayandırılacaq ixtisas varmı?20.02.2026 - 16:25
Sosial müdafiəyə xüsusi ehtiyacı olanların təhsil haqqını dövlətin ödəyəcəyi hallar müəyyənləşib20.02.2026 - 16:24
BDU və “Grand-Agro İnvitro” MMC arasında anlaşma memorandumu imzalanıb20.02.2026 - 16:17
Naxçıvanda fəxri ada layiq görülən müəllimlərin SAYI Müəllimlər və elm adamları20.02.2026 - 16:12
Peşə təhsilində tələbələrin işlə təmin olunması istiqamətində hansı işlər görülür?20.02.2026 - 16:09
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində "Abituriyent Məsləhət Mərkəzi" yaradılıb20.02.2026 - 16:00
“Azərbaycan qadını elmdə: nailiyyətlər və yeni çağırışlar” mövzusunda elmi konfrans keçiriləcək20.02.2026 - 15:54
Yaponiyadan tarixi qərar - Aerokosmik Özünümüdafiə Qüvvələri yaradılır20.02.2026 - 15:49
“Azərbaycan dili - Açıq dərslər” layihəsi çərçivəsində ilk görüş keçirilib20.02.2026 - 15:48
“mygov”la bağlı təqdim edilən videoçarx izlənmə rekordu qırdı20.02.2026 - 15:40
“Əmək qanunvericiliyində son dəyişikliklərin nəzəri və praktiki izahı” mövzusunda təlim20.02.2026 - 15:24
Sosial müdafiəyə xüsusi ehtiyacı olanların təhsil haqqını dövlətin ödəyəcəyi hallar müəyyənləşib20.02.2026 - 15:22
Vəkilliyin nəzəri və praktiki əsaslarını əks etdirən yeni dərslik nəşr edilib20.02.2026 - 15:12
“Balaca pianoçu” dərs vəsaitinin təqdimatı keçirildi 20.02.2026 - 15:11
Alimlərdən xəbərdarlıq: Bu vitaminin azlığı virus riskini artırır20.02.2026 - 15:00
BDU tələbələri arxeobotanika və rəqəmsal arxeologiyaya dair təqdimat ediblər20.02.2026 - 15:00
Ana dilinin saflığının qorunması: qloballaşma dövründə milli kimlik və dil - elmi sessiya20.02.2026 - 14:48
Bəxtiyar Aslanbəyli: BP-nin Azərbaycandakı fəaliyyət istiqamətlərindən biri təhsilə töhfə verməkdir20.02.2026 - 14:36
DİM-in könüllülərinə sertifikat təqdim olunub20.02.2026 - 14:24
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır20.02.2026 - 14:12
ADNSU-da TEKNOFEST 2026-ya həsr olunmuş infosessiya keçirilib - FOTOLAR20.02.2026 - 14:00
“Qıfıl” bədii filminin beynəlxalq yayımına maliyyə dəstəyi ayrılıb - FOTO20.02.2026 - 13:56
Qloballaşma dövründə ana dili: çağırışlar və perspektivlər - konfrans - FOTO20.02.2026 - 13:53
“Özbəkistan-Azərbaycan” birgə beynəlxalq elmi müsabiqə ilə bağlı tədqiqat qrupu formalaşdırılıb20.02.2026 - 13:49
MEK-in “İraq-türkman kitabxanası” guşəsinə yeni kitablar hədiyyə edilib - FOTO20.02.2026 - 13:44
BDU-da Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüş - FOTO20.02.2026 - 13:39
Azərbaycanlı mütəxəssislər Türkiyənin bərpa və konservasiya təcrübəsini öyrəniblər - FOTOLAR20.02.2026 - 13:30
BMU-da Ana dili mövzusuna həsr olunan elmi seminar - FOTO20.02.2026 - 13:24
DİM-də elmi-metodik seminarlar keçirilib20.02.2026 - 13:17
Azərbaycan Universitetinin tələbəsi Rəvan İdrisli İtaliya ilə İkili Diplom Proqramının ilk məzunu oldu20.02.2026 - 13:10
Taksi minik avtomobil sürücüləri üçün imtahan keçiriləcək20.02.2026 - 12:59
Bu il yaz fəsli Azərbaycana martın 20-də daxil olacaq - FOTO20.02.2026 - 12:47
AMEA məktəblilər arasında Azərbaycan dili üzrə olimpiada təşkil edib - FOTO20.02.2026 - 12:35
“Xaqani Şirvani 900 - Sələflər və xələflər” mövzusunda respublika elmi konfransı keçiriləcək20.02.2026 - 12:24
Sənətşünas Elçin Şamillinin yaradıcılığı ilə bağlı mühazirə təşkil olunub - FOTOLAR20.02.2026 - 12:13
Milli Kitabxanada “21 Fevral – Beynəlxalq Ana Dili Günü” adlı sərgilər açılıb20.02.2026 - 12:03
Akademik Rafael Hüseynov Dəyirmanlı kənd tam orta məktəbinin şagirdləri ilə görüşüb - FOTO20.02.2026 - 11:51
Naxçıvan məzunları ölkənin ən nüfuzlu universitetlərinə qəbul olunub20.02.2026 - 11:40