Yaponiyanın Baş naziri Sanae Takaiçi Hərbi Hava Özünümüdafiə Qüvvələrinin adının dəyişdiriləcəyini açıqlayıb.
“Tehsil365“ Oxu.az-a istinadən xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Hökumət başçısı bildirib ki, qurumun yeni adı Aerokosmik Özünümüdafiə Qüvvələri olacaq. Eyni zamanda onun tərkibində yeni kosmik əməliyyatlar bölməsi yaradılacaq.

