Hazırda Peşə Təhsili üzrə Dövlət Agentliyi dual proqramlar və digər əməkdaşlıq formatları çərçivəsində tələbələrin məşğulluğunun artırılması və istehsalat təcrübəsinin təşkili məqsədilə 200-dən çox işəgötürənlə əməkdaşlıq edir.
“Tehsil365“ AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Agentlikdən məlumat verilib. Bildirilib ki, qurum bu istiqamətdə “AzerGold” QSC , “Prime Cotton” MMC, “AzərSilah Holdinq” QSC, “Holcim Azərbaycan”, “Green Tech” MMC, “Code Academy”, “CASA” və “İMZA GROUP” MMC ilə əməkdaşlıq edir.
Agentlik yerli şirkətlərlə yanaşı, Pakistan və Türkiyə müəssisələri ilə də əməkdaşlıq memorandumları imzalayıb.
Bundan əlavə, bu istiqamətdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, SOCAR, Dövlət Ehtiyatları Agentliyi, “AzGreen” MMC, “Azərkimya” İstehsalat Birliyi, “Qaz emalı Zavodu”, SOCAR Nəqliyyat idarəsi, SOCAR Karbamid zavodu, “Azəriqaz” İstehsalat Birliyi, “Azərişıq” İstehsalat Birliyi, “Kartaş Kimya” MMC, “Azərtexnolayn” MMC, “Lavada Dessert”, “Araz” supermarketlər şəbəkəsi, “Azersun Holding”, “Soliton”, “Sirab” MMC, “Metak” MMC, “Fab Omid”, STP Şirkətlər Qrupu, bp Azərbaycan, “Evrascon” , “AS Motors” MMC və “Aras Qrup” MMC ilə dəyirmi masalar təşkil olunub.

