Növbəti tədris ilindən etibarən əmək bazarının tələbinə uyğun olmadığı üçün hər hansı bir ixtisasın tədrisinin dayandırılması nəzərdə tutulmur.
“Tehsil365“ AZƏRTAC-a istinadən xəbər verir ki,bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.
Məlumatda qeyd olunub ki, əmək bazarındakı dəyişikliklər nəzərə alınaraq ixtisasların inkişaf etdirilməsi planlaşdırılır.

