Təhsil 365 - Logo Mobile

Turan İrfan: “İbadətlər qorxu ilə deyil, anlayışla izah olunmalıdır”

7720.02.2026 - 17:00
Turan İrfan: “İbadətlər qorxu ilə deyil, anlayışla izah olunmalıdır”

Azərbaycanda bəzi gənclər arasında ibadətlərin, xüsusilə də orucun çətin olması ilə bağlı fikirlər səsləndirilir. Məsələ ilə bağlı ilahiyyatçı Turan İrfan “Tehsil365”-ə açıqlama verib.

O bildirib ki, Qurani-Kərimdə dində çətinlik olmadığı açıq şəkildə qeyd olunur və Allah heç bir bəndəsini gücü çatdığından artıq yükləmir. Onun sözlərinə görə, ibadətlərin çətin kimi təqdim olunması sonradan formalaşmış yanaşmadır:

“Qurani-Kərimdə ayələr var ki, dində çətinlik yoxdur. Allah heç bir bəndəsini gücü çatandan artıq dərəcədə yükləməyibdir. Müəyyən məsələləri insanlar özləri çətinləşdiriblər. İbadətlərdə isə qətiyyən çətinlik insana zərər vuran bir amil ola bilməz. Ola bilər, müxtəlif insanlar tənbəllikdənmi və yaxud da onlara yanlış anladıldığına görəmi bəzi ibadətlərin, xüsusən orucun çətin olduğu düşüncəsindədirlər. Amma orijinal mənbələrə baxdıqda Qurani-Kərimdə ibadətlərin və həmçinin orucun heç də çətinlik yaratmadığı görsənir.”

İlahiyyatçı qeyd edib ki, hətta orucu çətin hesab edən şəxslər belə ibadəti yerinə yetirdikdən sonra özlərini daha rahat və mənəvi baxımdan yüngül hiss etdiklərini bildirirlər.

Turan İrfan əlavə edib ki, gənclərin ibadətləri çətin saymasında müəyyən qədər haqlılıq payı da var. Onun fikrincə, bunun əsas səbəbi cəmiyyətdə mötədil islamın düzgün şəkildə anladılmamasıdır:

“Bu bir qədər Sovet hakimiyyətinin payına düşür. Yetmiş il biz öz dinimizdən, ənənələrimizdən uzaq saxlanılmışıq. Sovet hakimiyyətinin dağılmasından sonra isə keçid dövründə boşluqlar yaranıb. Bəzi xarici ölkələr humanitar yardım adı altında gəlib ölkəmizdə din təbliğatı aparıblar. Məzhəbcilik, xurafat və siyasiləşmiş islam cərəyanları yayılıbdır.”

Onun sözlərinə görə, müxtəlif ölkələrin dini modellərinin Azərbaycana uyğunlaşdırılmadan tətbiqi nəticəsində din pərakəndə və ağır formada təqdim olunub:

“Həmin ölkələrdə bəzilərində teokratik rejim, bəzilərində radikal islamçılar, digərlərində isə xurafat və ya məzhəbçilik mövcuddur. Bu modellər olduğu kimi qəbul edilib və nəticədə ibadətlər çətinləşdirilib. İbadət etməyənlər ağır cəzalarla qorxudulub.”

İlahiyyatçı bildirib ki, bəzi din xadimlərinin xaricdə təhsil alması və xarici dini mərkəzlərə təqlid etməsi də bu prosesə təsir göstərib. Onun sözlərinə görə, müxtəlif fətvalar vasitəsilə islamın daha sərt və ağır forması təbliğ olunub.

Turan İrfan hesab edir ki, bu yanaşma gənclərin dindən uzaqlaşmasına, hətta ateizm və deizmə meyllənməsinə səbəb olur. O, həmçinin mühafizəkar dairələrin islamda reform və islahatların qarşısını almasının da mənfi rol oynadığını vurğulayıb.

Sonda ilahiyyatçı bildirib ki, hazırda ölkədə milli dini kadrların yetişməsi gələcəkdə daha balanslı və elmi əsaslara söykənən dini maarifləndirməyə şərait yaradacaq:

“Hazırda İlahiyyat Universiteti fəaliyyət göstərir və milli kadrlarımız yetişir. Ağlı elmi dinə uyğunlaşdıran yeni kadrlarımız olacaqdır. Onların təbliğatı nəticəsində bu məsələlər yoluna düşəcək. İslamın özündə əslində heç bir çətinlik yoxdur. İnsanlara ibadətlərdə heç bir çətinlik yaradılmayıbdır.”

Zəhra Ağayeva

Xəbər Lenti

BSU-da Beynəlxalq Türkoloji Tədqiqatlar Konfransı keçirilib 09.04.2026 - 09:46
15 000 illik sirr açıldı: Qədim insanların ticarət izləri tapıldı09.04.2026 - 09:40
Allergiyanın müalicəsində yeni standartlar09.04.2026 - 09:32
BDU-da Xəzər dənizinin səviyyə tərəddüdlərinin yaşayış məntəqələrinə təsirinə dair ustad dərsi09.04.2026 - 09:25
ADU-da Memarlar İttifaqının sədri Elbay Qasımzadənin iştirakı ilə elmi seminar keçirilib09.04.2026 - 09:16
Mədə problemlərinin gizli səbəbləri məlum oldu09.04.2026 - 09:08
“WhatsApp”a yeni funksiya əlavə olunacaq09.04.2026 - 09:00
“Yeni Üfüq” layihəsinin iştirakçıları BMU ilə tanış olub09.04.2026 - 08:50
Qarabağ Universiteti “Study in Azerbaijan” beynəlxalq təhsil sərgisində təmsil olunub09.04.2026 - 08:40
Azərbaycan mədəniyyəti Belçikada təbliğ olunur09.04.2026 - 08:29
BDU-nun Tələbə Gənclər Təşkilatı “5 Days Urban Weeks” layihəsinə başlayıb09.04.2026 - 08:19
BDU tələbələri ADA Universitetində praktik dərsdə09.04.2026 - 08:08
ADNSU-da qadın sahibkarlığı və innovasiyalar üzrə təlim keçirilib09.04.2026 - 08:00
BDU rektoru Almatıda Satbayev Universitetində keçirilən görüşlərdə iştirak edib09.04.2026 - 07:51
ADU-da akademik Muxtar İmanov tərəfindən ustad dərsi keçirilib09.04.2026 - 07:40
ADU-da TələbəPlus kartı ilə bağlı infosessiya keçirilib09.04.2026 - 07:31
ADU və Astana Beynəlxalq Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb09.04.2026 - 07:20
Bu günün hava proqnozu 09.04.2026 - 07:11
Böyük Britaniyada xarici tələbələr üçün həyatın çətin reallığı09.04.2026 - 07:00
İngiltərədə məktəblərdə bıçaq cinayətlərinə qarşı yeni hədəfli proqram tətbiq olunacaq09.04.2026 - 06:36
Böyük Britaniyada tələbə kreditləri üzrə faiz dərəcəsi azaldılıb09.04.2026 - 06:18
PragerU gənclər arasında təsirini genişləndirir09.04.2026 - 06:00
“Çitra” baletinin premyerası səhnəyə qoyuldu09.04.2026 - 05:42
Zirəddin Tağıyev – səhnə sənətinə ömrünü həsr edən aktyor09.04.2026 - 05:18
Teymur Bünyadov – Azərbaycan hərb tarixində iz qoyan general09.04.2026 - 05:06
Məmmədəli Mehdiyev – Azərbaycan cüdosunun güclü təmsilçisi09.04.2026 - 04:54
Ceyhun Mirzəyev – Azərbaycan kinosunun yadda qalan siması09.04.2026 - 04:36
Cəfər Rəmzi – Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi09.04.2026 - 04:18
Sidqi Ruhulla – Azərbaycan teatr sənətinin unudulmaz siması09.04.2026 - 04:00
Polis təhsil müəssisələrində maarifləndirmə tədbirləri keçirib08.04.2026 - 19:58
Sənaye sahəsində 300-dən çox vakansiya məzunları gözləyir08.04.2026 - 19:54
"Müasir metodist" müsabiqəsinin müsahibə mərhələsi başlayır08.04.2026 - 19:48
Bakıda tələbələr üçün əmək yarmarkası keçirilib08.04.2026 - 19:44
Bazar günü 52 mindən çox şagird imtahan verəcək08.04.2026 - 19:38
BMU tələbəsi təqaüd proqramının qalibi olub08.04.2026 - 19:32
DSX Xüsusi Məktəbinin V sinfinə imtahanın nəticələri AÇIQLANDI08.04.2026 - 19:24
Lirid meteor yağışı olacaq08.04.2026 - 19:18
Uşaqların uşaqlığını “əlindən almaq” hansı hallarda baş verir? – Ekspert danışdı08.04.2026 - 19:12
“Ağıllı uşaq” anlayışı nə dərəcədə doğrudur? – Məktəbəqədər ekspert açıqladı08.04.2026 - 19:05
Şagird geyimi ilə mədəniyyət: dünyadan fərqli məktəb FORMALARI08.04.2026 - 18:54
Şimşək, dolu, qar... - XƏBƏRDARLIQ08.04.2026 - 18:46
ADNSU Çinin Pekin Kimya Texnologiyası Universiteti ilə əməkdaşlıq edəcək08.04.2026 - 18:45
Yeni təyin olunan müdir müavinlərini TANIYAQ08.04.2026 - 18:38
Bu universitetdən tədbirlərin təşkili üçün 27 min manatlıq MÜQAVİLƏ08.04.2026 - 18:34
Biləsuvarda iki kənd məktəbi birləşdirilir? – Rəsmi AÇIQLAMA08.04.2026 - 18:30
Bir ailədən iki böyük UĞUR: Dünyanın ən nüfuzlu universitetlərinə QƏBUL OLDULAR08.04.2026 - 18:26
Rektor: 2030-cu ilədək tədrisin 80%-nin elektronlaşdırılması planlaşdırılır08.04.2026 - 18:20
Prezident Təlim Mərkəzinin açılışında iştirak edib08.04.2026 - 18:18