Azərbaycan futbolunun tanınmış simalarından olan Zaur Qubad oğlu Tağızadə milli futbol tarixində özünəməxsus iz qoymuş oyunçulardandır.
"Tehsil365" xəbər verir ki, 21 fevral 1979-cu ildə anadan olan yarımmüdafiəçi karyerası ərzində həm ölkə daxilində, həm də xaricdə çıxış edib. O, İslandiyanın Akranes, Estoniyanın Lelle SK və FC Flora, eləcə də Azərbaycanın Kür-Nur Mingəçevir, Şəfa FK, MOİK Bakı və Neftçi PFK klublarının formasını geyinib.
Zaur Tağızadə həmçinin Azərbaycan milli futbol komandasının heyətində də çıxış edib. Milli komandada 40 oyuna çıxan futbolçu 6 qola imza ataraq komandanın uğurlarında pay sahibi olub.
Texnikası, oyun quruculuğu bacarığı və meydandakı fəallığı ilə seçilən yarımmüdafiəçi Azərbaycan futbolunun 2000-ci illər dövrünün yadda qalan oyunçularından biri kimi xatırlanır.

