1997-ci ildə görkəmli Azərbaycan şərqşünası, tarixçi alim Ziya Bünyadov Bakıda yaşadığı binanın blokunda naməlum cinayətkar qrup tərəfindən qətlə yetirilib.
"Tehsil365" xəbər verir ki,Hadisə ölkə ictimaiyyətində böyük rezonans doğurmuş, Azərbaycan elmi və ziyalı camiəsi üçün ağır itki kimi qiymətləndirilmişdir. Akademik Ziya Bünyadov Azərbaycan tarixşünaslığı və şərqşünaslıq elminin inkişafında mühüm rol oynamış, çoxsaylı elmi əsərlərin müəllifi olmuşdur.
Onun elmi fəaliyyəti əsasən orta əsrlər tarixi, mənbəşünaslıq və Şərq xalqlarının tarixi ilə bağlı tədqiqatları əhatə edirdi. Alimin ölümü ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar aparılmışdır.
Ziya Bünyadovun zəngin elmi irsi bu gün də Azərbaycan tarix elminin mühüm qaynaqlarından biri hesab olunur və onun xatirəsi elmi ictimaiyyət tərəfindən ehtiramla yad edilir.

