2024-2025-ci tədris ilində Muxtar Respublikanın ümumtəhsil müəssisələrini bitirən məzunlar Naxçıvanda fəaliyyət göstərən ali təhsil müəssisələri ilə yanaşı, ölkənin nüfuzlu universitetlərinə də qəbul olunublar.
“Tehsil365"ə bu barədə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, tələbə adını qazanan 1861 məzundan 591-i pedaqoji profilli ixtisasları seçib. Onlardan 88 məzun 500-700 bal intervalında nəticə göstərib.

