Təhsil 365 - Logo Mobile

Avstriyada Beynəlxaq Yozef Haydn Fondu ilə əməkdaşlıq imkanları müzakirə olunub

7220.02.2026 - 19:36
Avstriyada Beynəlxaq Yozef Haydn Fondu ilə əməkdaşlıq imkanları müzakirə olunub

Mədəniyyət nazirinin müavini, Xalq artisti Murad Hüseynov Avstriyaya səfəri çərçivəsində Vyana, Ayzenştadt, Zalsburq və İnnsbruk şəhərlərində beynəlxalq musiqi fondları, ali təhsil müəssisələri, musiqi məktəbləri, orkestr və musiqi menecmenti agentliyi, dizayn və memarlıq büroları rəhbərləri ilə görüş keçirib.

“Tehsil365" xəbər verir ki, M.Hüseynov Ayzenştadt şəhərində Beynəlxaq Yozef Haydn Fondunun direktoru Valter Rayxer ilə görüşüb.

Dahi Avstriya bəstəkarı Yozef Haydnın ev-muzeyində baş tutan görüşdən əvvəl muzeydə ekskursiya təşkil olunub, Yozef Haydnın yaradıcılığı və ömrünün ən məhsuldar dövrünü keçirdiyi bu evin tarixi barədə məlumat verilib. Bildirilib ki, bu evdə Y.Haydn bir çox məşhur əsərlərini bəstələyib və burada bəstəkarın şəxsi əşyaları, not əlyazmaları və onun həyatına dair tarixi materiallar nümayiş olunur.

Y.Haydnın ən məşhur əsərlərini bəstələdiyi və muzeyin əsas eksponatları sırasında yer alan şəxsi fortepianosu istisna hal olaraq Azərbaycan nümayəndə heyəti üçün açılıb və M.Hüseynov həmin fortepianoda ifa edib.

Məlumat verilib ki, klassik dövrün məşhur bəstəkarlarından olan Yozef Haydn simfoniya və simli kvartetin inkişafında böyük rol oynadığı üçün “Simfoniyanın atası” adlandırılır. Onun yaradıcılığı nizamlı forma, nikbin ruh və aydınlıqla seçilir.

Görüşdə Murad Hüseynov ölkələrimiz arasındakı mədəni əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini vurğulayıb. Nazir müavini Üzeyir Hacıbəyli və Yozef Haydn kimi dahi bəstəkarların təkcə öz xalqlarının deyil, eyni zamanda, bütün bəşəriyyətin mədəni irsinə töhfə verdiklərini və mədəniyyətin inkişafında böyük rol oynadıqlarını qeyd edib.

Tərəflər görüşdə, həmçinin klassik musiqi sahəsi, eləcə də mədəniyyət menecmenti və mədəniyyət sahəsində kadrların yetişdirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Avstriyadakı Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Leyla Qasımova iki ölkə arasında mədəni əlaqələrin möhkəmlənməsində mərkəzin fəaliyyəti barədə məlumat verib, Avstriyanın ən tanınmış fondlarından olan Haydn Fondu ilə əməkdaşlıq perspektivlərindən bəhs edib.

Tərəflər gələcəkdə həm Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı, həm də Yozef Haydn Beynəlxalq Festivalı çərçivəsində musiqiçilərin qarşılıqlı iştirakı, simpoziumlara qatılmaq, həmçinin mədəniyyət sahəsində çalışan rəhbər və peşəkar şəxslər üçün təlim və məruzələrin təşkili barədə danışıblar.

V.Rayxer ilk dəfə Azərbaycandan nümayəndə heyətinin Haydnın ev-muzeyi və fondla tanışlığını təqdir edib, bir çox istiqamətlər üzrə əməkdaşlıq imkanlarının mövcudluğunu vurğulayıb.

Dünyanın aparıcı fortepiano istehsalçıları arasında yer alan Avstriyanın Bösendorfer manufakturasının Azərbaycan üzrə regional direktoru Olqa Huberin də qatıldığı görüş dahi bəstəkar Y.Haydnın məzarının ziyarəti ilə başa çatıb.

Nərmin Mustafayeva

Xəbər Lenti

Qıfıl” bədii filminin beynəlxalq yayımına maliyyə dəstəyi ayrılıb20.02.2026 - 19:54
“Əmək qanunvericiliyində son dəyişikliklərin nəzəri və praktiki izahı” mövzusunda təlim20.02.2026 - 19:48
Qafqaz Müsəlmanları İdarəsi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb20.02.2026 - 19:43
Valideynlərin rolu və evdə dəstəyi məktəbəqədər təhsildə nə qədər önəmlidir? – Ekspert açıqladı20.02.2026 - 19:30
Balaca pianoçu” dərs vəsaitinin təqdimatı olub20.02.2026 - 19:25
“Veech X Veech” memarlıq bürosunun rəhbərliyi ilə innovativ yanaşmalar barədə fikir mübadiləsi aparılıb20.02.2026 - 19:20
Bakı ilə Vyana arasında musiqi və incəsənət körpüsü - ali təhsil ocaqları arasında əməkdaşlıq imkanları müzakirə edilib20.02.2026 - 19:14
Azərbaycan klassik musiqisinin Avropada səsləndirilməsi imkanları müzakirə olunub20.02.2026 - 19:08
Zabul Segah” və “Bayatı-Kürd” muğamları orkestrin müşayiəti ilə səslənib20.02.2026 - 19:02
ADNSU-da "Abituriyent Məsləhət Mərkəzi" yaradılıb20.02.2026 - 18:50
Şahmat üzrə Azərbaycan çempionatında final partiyaları oynanılıb20.02.2026 - 18:45
Sabah Bakıda 18 dərəcə isti olacaq20.02.2026 - 18:40
88 abituriyent 500-700 bal aralığında nəticə göstərib20.02.2026 - 18:33
Azərbaycan Universitetinin MBA məzununun uğuru20.02.2026 - 18:30
UNEC Dizayn Məktəbində II hesabat-sərgisi keçirilib20.02.2026 - 18:20
ADNSU-da TEKNOFEST 2026-ya həsr olunmuş infosessiya keçirilib20.02.2026 - 18:15
Dövlət İmtahan Mərkəzi bu vəzifələrə vakansiya elan edir20.02.2026 - 18:05
DİM-də elmi-metodik seminarlar keçirilib20.02.2026 - 17:56
DİM-in könüllülərinə sertifikat təqdim olunub20.02.2026 - 17:52
Ekspert: Abituriyentlərin ixtisas seçimi zamanı ən böyük səhv keçid ballarına kor-koranə güvənməkdir20.02.2026 - 17:49
FHN Akademiyasına qəbul qaydaları - ixtisaslar, sənədlər, yaş məhdudiyyəti20.02.2026 - 17:44
Uşaqların sağlamlığı üçün bu analizləri verin20.02.2026 - 17:39
Şəhərsalma hüquq, ictimai idarəetmə və kommunikasiya ilə ayrılmaz şəkildə bağlıdır20.02.2026 - 17:36
Gündə 1 qaşıq bal yeməyin faydaları20.02.2026 - 17:33
Aşqabadda keçirilən beynəlxalq sərgidə WUF13 barədə məlumat verilib20.02.2026 - 17:30
Kollegiya sədri: İnsan taleyini həll edən qərarların süni intellektə həvalə edilməsi böyük təhlükə ilə nəticələnə bilər20.02.2026 - 17:27
Vəkilliyin nəzəri və praktiki əsaslarını əks etdirən yeni dərslik nəşr edilib20.02.2026 - 17:20
Azərbaycan qadını elmdə: nailiyyətlər və yeni çağırışlar” mövzusunda elmi konfrans keçiriləcək20.02.2026 - 17:13
İstanbulda Qara Qarayev haqqında nəşr edilən kitabın təqdimatı olub20.02.2026 - 17:09
AMEA-nın İctimai Elmlər Bölməsinin növbəti iclası keçirilib20.02.2026 - 17:04
Yaponiyada anonim sponsor su kəmərlərinin bərpası üçün şəhərə qızıl külçələr hədiyyə edib20.02.2026 - 17:00
Turan İrfan: “İbadətlər qorxu ilə deyil, anlayışla izah olunmalıdır”20.02.2026 - 17:00
Baş Prokurorluqda media nümayəndələri üçün “Açıq qapı” günü təşkil olunub20.02.2026 - 16:52
Akademik: Fəaliyyət planının prioritetləri enerji, data və süni intellektdir20.02.2026 - 16:42
İbrahim Taşel: “Final” təhsil şəbəkəsi Azərbaycan üçün peşəkar kadrların hazırlanmasına töhfə verməyə çalışır20.02.2026 - 16:33
Növbəti ildən peşə təhsilində tədrisi dayandırılacaq ixtisas varmı?20.02.2026 - 16:25
Sosial müdafiəyə xüsusi ehtiyacı olanların təhsil haqqını dövlətin ödəyəcəyi hallar müəyyənləşib20.02.2026 - 16:24
BDU və “Grand-Agro İnvitro” MMC arasında anlaşma memorandumu imzalanıb20.02.2026 - 16:17
Naxçıvanda fəxri ada layiq görülən müəllimlərin SAYI Müəllimlər və elm adamları20.02.2026 - 16:12
Peşə təhsilində tələbələrin işlə təmin olunması istiqamətində hansı işlər görülür?20.02.2026 - 16:09
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində "Abituriyent Məsləhət Mərkəzi" yaradılıb20.02.2026 - 16:00
“Azərbaycan qadını elmdə: nailiyyətlər və yeni çağırışlar” mövzusunda elmi konfrans keçiriləcək20.02.2026 - 15:54
Yaponiyadan tarixi qərar - Aerokosmik Özünümüdafiə Qüvvələri yaradılır20.02.2026 - 15:49
“Azərbaycan dili - Açıq dərslər” layihəsi çərçivəsində ilk görüş keçirilib20.02.2026 - 15:48
“mygov”la bağlı təqdim edilən videoçarx izlənmə rekordu qırdı20.02.2026 - 15:40
STM MEDİA-ya birləşdirilir, BMTM yenidən təşkil olunur20.02.2026 - 15:31
“Əmək qanunvericiliyində son dəyişikliklərin nəzəri və praktiki izahı” mövzusunda təlim20.02.2026 - 15:24