Təhsil 365 - Logo Mobile

LDU-da Beynəlxalq Ana Dili Günü ilə bağlı tədbir

6221.02.2026 - 07:28
LDU-da Beynəlxalq Ana Dili Günü ilə bağlı tədbir

Lənkəran Dövlət Universitetinin (LDU) Filologiya və ibtidai təhsil fakültəsində 21 fevral- Beynəlxalq Ana Dili Günü ilə bağlı “Dilimiz tariximizdir” mövzusunda tədbir keçirilib.

“Tehsil365” xəbər verir ki, LDU-nun Azərbaycan dili və ədəbiyyat kafedrasının professoru Yədulla Ağazadə “Azərbaycan dilinin inkişaf tarixi” mövzusunda məruzə edib. Məruzəçi bu günün keçirilməsinin tarixi barədə danışaraq bildirib ki, dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm, ən güclü vasitədir və insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır.

Məruzədə qeyd edilib ki, dilin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda, dilinin zənginliyinin sübutudur. Bu mənada dilin dövlət dili statusu qazanması həqiqətən qürur gətirən tarixi hadisədir. Ölkəmizdə ana dilinin hərtərəfli inkişafı, beynəlxalq münasibətlər sisteminə yol tapması ulu öndər Heydər Əliyevin dilimizin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir və prezident İlham Əliyev bu gün həmin siyasəti uğurla davam etdirir.

Mövzu ətrafında Azərbaycan dili və ədəbiyyat kafedrasının dosenti Könül Dənziyevanın ”Ümummmili lider Heydər Əliyev və Ana dilimiz” mövzusunda çıxışı dinlənilib. Çıxışda ana dilinin inkişaf mərhələlərindən bəhs edilib, müxtəlif dövrlərdə bu dildə yaradılan bədii irs barədə ətraflı danışılıb. Qeyd edilib ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin müdrikcəsinə dediyi kimi, "xalqı xalq edən, milləti millət edən onun ana dilidir". İbtidai təhsil və məktəbəqədər təlim kafedrasının dosenti Arif İsmayılov ana dilinin ali təhsil ocaqlarında tədrisinin keyfiyyətcə yüksəldilməsinin vacibliyindən və qarşıda duran vəzifələrdən danışıb.

Tədbir fakültə tələbələrinin “Ana dili” mövzusunda hazırladıqları bədii kompoziya və video çarxla yekunlaşıb.

Filologiya və ibtidai təhsil fakültəsinin dekanı, dos. Elman Mirzəyev yekun çıxışında 21 fevral- Beynəlxalq Ana Dili Günü ilə bağlı fikirlərini bölüşüb, ölkə prezidenti İlham Əliyevin ana dilinin inkişafına göstərdiyi qayğıdan danışıb, tədbir iştirakçılarına minnətdarlıq bildirib.


Zeynəb Quluyeva

Xəbər Lenti

Bəzi qidalar uşaqların İQ səviyyəsini azaldır 21.02.2026 - 09:50
BMU ilə UNICON.UZ arasında əməkdaşlıq müzakirə olunub 21.02.2026 - 09:46
100 milyon kiloluq cisim kosmosdan başımıza düşə bilər — Tarix açıqlandı21.02.2026 - 09:40
Ana dili xalqımızın, müstəqil Azərbaycanın ən böyük milli sərvətidir21.02.2026 - 09:29
Xalq artistinin oğlu rəis müavini təyin edildi21.02.2026 - 09:21
Dondurma və soyuq içkilər təhlükəli deyilmiş: Rusiyalı mütəxəssis izah etdi21.02.2026 - 09:14
Gənclər Kitabxanasında 21 Fevral - Beynəlxalq Ana Dili Günü münasibətilə tədbir keçirilib21.02.2026 - 09:07
Təhlükəli xəstəliklərdən qoruyan ucuz çay21.02.2026 - 09:00
Daim üşümək təhlükəli xəstəlik əlaməti ola bilər21.02.2026 - 08:51
MEK-də Beynəlxalq Ana Dili Günü ilə bağlı virtual sərgi hazırlanıb21.02.2026 - 08:44
AMEA Folklor İnstitutu və 2 nömrəli liseydə Beynəlxalq Ana Dili Günü qeyd olunub21.02.2026 - 08:32
İlhamə Quliyevanın bacısı qızı həbsdən buraxıldı21.02.2026 - 08:24
Qidalanma zamanı edilən 4 səhv şəkər olmaq riski yaradır21.02.2026 - 08:12
Xəzər Universiteti ilə Panamerikana Universiteti arasında anlaşma memorandumu imzalanıb21.02.2026 - 08:02
Süni intellekt 3 peşəni əvəz edə bilməyəcək 21.02.2026 - 07:53
Məşq beynimizi necə qoruyur? - Alimlər mexanizmi açıqladı21.02.2026 - 07:45
NASA martda Aya astronavt göndərməyi planlaşdırır21.02.2026 - 07:35
Yaradıcı müəllimlər təltif olunub21.02.2026 - 07:20
Bu gün hava necə olacaq? - PROQNOZ 21.02.2026 - 07:11
Bu gün Beynəlxalq Ana Dili Günüdür21.02.2026 - 07:00
Məktəbəqədər yaşlı uşaqlar arasında ekran vərdişləri kitab oxuma bacarıqlarına təsir edir21.02.2026 - 06:54
ABŞ-ın qurucu idealları yenidən müzakirə mövzusudur21.02.2026 - 06:36
Akademik Ziya Bünyadov – görkəmli alim və qəhrəman ömür yolu21.02.2026 - 06:18
Azərbaycan Fransa və Polşa ilə diplomatik əlaqələr qurub21.02.2026 - 06:00
“Neftçi” 1993-cü ildə Azərbaycan Superkubokunu qazanıb21.02.2026 - 05:42
Akademik Ziya Bünyadovun qətli Azərbaycan elmi üçün ağır itki olub21.02.2026 - 05:18
Azərbaycan Dövlət Mülki Aviasiya Agentliyi yaradılıb21.02.2026 - 05:06
Zaur Tağızadə – Azərbaycan futbolunun yadda qalan yarımmüdafiəçilərindən biri21.02.2026 - 04:54
Xalq artisti Rasi Abdullayev vəfat edib21.02.2026 - 04:36
Xalq rəssamı Oqtay Sadıqzadənin xatirəsi yad olunur21.02.2026 - 04:18
Xalq rəssamı Böyükağa Mirzəzadənin xatirəsi yad edilir21.02.2026 - 04:00
Qıfıl” bədii filminin beynəlxalq yayımına maliyyə dəstəyi ayrılıb20.02.2026 - 19:54
“Əmək qanunvericiliyində son dəyişikliklərin nəzəri və praktiki izahı” mövzusunda təlim20.02.2026 - 19:48
Qafqaz Müsəlmanları İdarəsi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb20.02.2026 - 19:43
Avstriyada Beynəlxaq Yozef Haydn Fondu ilə əməkdaşlıq imkanları müzakirə olunub20.02.2026 - 19:36
Valideynlərin rolu və evdə dəstəyi məktəbəqədər təhsildə nə qədər önəmlidir? – Ekspert açıqladı20.02.2026 - 19:30
Balaca pianoçu” dərs vəsaitinin təqdimatı olub20.02.2026 - 19:25
“Veech X Veech” memarlıq bürosunun rəhbərliyi ilə innovativ yanaşmalar barədə fikir mübadiləsi aparılıb20.02.2026 - 19:20
Bakı ilə Vyana arasında musiqi və incəsənət körpüsü - ali təhsil ocaqları arasında əməkdaşlıq imkanları müzakirə edilib20.02.2026 - 19:14
Azərbaycan klassik musiqisinin Avropada səsləndirilməsi imkanları müzakirə olunub20.02.2026 - 19:08
Zabul Segah” və “Bayatı-Kürd” muğamları orkestrin müşayiəti ilə səslənib20.02.2026 - 19:02
ADNSU-da "Abituriyent Məsləhət Mərkəzi" yaradılıb20.02.2026 - 18:50
Şahmat üzrə Azərbaycan çempionatında final partiyaları oynanılıb20.02.2026 - 18:45
Sabah Bakıda 18 dərəcə isti olacaq20.02.2026 - 18:40
88 abituriyent 500-700 bal aralığında nəticə göstərib20.02.2026 - 18:33
Azərbaycan Universitetinin MBA məzununun uğuru20.02.2026 - 18:30
UNEC Dizayn Məktəbində II hesabat-sərgisi keçirilib20.02.2026 - 18:20