Təhsil 365 - Logo Mobile

Sosial şəbəkələr yazı mədəniyyətini dəyişdirir? - “Ana dilimiz risk altındadır”

4021.02.2026 - 13:12
Sosial şəbəkələr yazı mədəniyyətini dəyişdirir? - “Ana dilimiz risk altındadır”

Son zamanlarda Azərbaycan dili ilə bağlı müzakirələr, təklif və iradlar tez-tez gündəmə gəlir.

Bəs hazırda Azərbaycan dilinin üzləşdiyi əsas təhlükələr nələrdir? Sosial şəbəkələrdə formalaşan ünsiyyət tərzi ədəbi dil normalarına nə dərəcədə təsir göstərir? Ümumiyyətlə, rəqəmsal mühitdə dilimizin qorunması və inkişafı üçün hansı addımlar daha effektiv ola bilər?

“Tehsil365” AzEdu.az-a istinadən bildirir ki, mövzu ilə bağlı Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzinin sədri, dilçi Vasif Sadıqlı ilə həmsöhbət olub.

Müsahibimiz qeyd edib ki, orta məktəblərdə dövlət dilinin tədrisi səviyyəsinin qənaətbəxş olmadığını düşünür:

“Son onilliklərdə qloballaşma ilə bağlı təhdidlər durmadan artmaqdadır. Hazırda böyük güclərin, xüsusən texnologiya, biznes və populyar mədəniyyət vasitəsilə milli mədəniyyət və dillərə təsiri artır. Bu, bir çox dillərin sıradan çıxması və yalnız məişət səviyyəsində işlənilməsi ilə nəticələnə bilər. Hazırda dilimizin məhv olmaq təhlükəsi ilə üz-üzə olduğunu deyə bilmərik. Amma Azərbaycan dili tam təhlükəsiz zonada da deyil: indiki vəziyyəti daha çox “təzyiq altında inkişaf” adlandırmaq olar.

Azərbaycan dili tarixən siyasi, inzibati və mədəni təzyiqlərlə üzləşib: ərəb elmi mühitinin təsiri, saraylarda, diplomatiyada fars dilinin nüfuzu ciddi amillər idi. Bundan başqa, nəzm - əruz vəznində poeziyanın dəbdə olması ərəb və fars sözlərinin bədii üsluba axın etməsi ilə nəticələnirdi. İndi təhdidlər daha çox Qərb istiqamətindən gəlir və onlar yetərincə ciddidir. Əgər müvafiq tədbirlər görülməsə, dilimiz funksional daralma təhlükəsi ilə üz-üzə qala bilər. Elmi-texniki tərəqqi ilə bağlı hər il minlərlə (orta hesabla 6 minə yaxın) yeni termin yaranır. Əgər onları transliterasiya etməklə kifayətlənsək və vaxtında onların qarşılığını tapıb işləkliyini təmin etməsək, elm və texnologiya sahəsində, xüsusən İT, biznes və marketinq mühitində çox vaxt qarışıq dil formasının çiçəklənməsi faktı ilə barışmalı olacağıq".

Dil üçün ən böyük təhlükə əcnəbi dillərdən söz alınması deyil, dilin öz sözünü yaratmaq refleksinin itirilməsidir:

“Hazırda yeni terminlərin qarşılığının tapılıb ictimaiyyətə təqdim edilməsi və işləkliyinin təmin edilməsi prosesi ləng gedir. Səbəb isə, həmişə vurğuladığımız kimi, ölkədə ədəbi dilin zənginləşməsi prosesinin bu sahədə ictimai əsaslarla işləyən şəxslərin ümidinə buraxılmasıdır. Bu işi tənzimləyən ayrıca bir quruma ehtiyac var. Təbii ki, milli dil resurslarından istifadə etməklə bütün terminlərin öz dilimizdə qarşılığını yarada bilmərik. Amma nəyəsə nail ola bilərik. Dil üçün ən böyük təhlükə əcnəbi dillərdən söz alınması deyil, dilin öz sözünü yaratmaq refleksinin itirilməsidir.

Orta məktəblərdə dövlət dilinin tədrisi səviyyəsinin qənaətbəxş olmadığını düşünürəm. Yazı işlərinə ayrılan vaxt azaldılır, nəticədə yazılı nitq vərdişləri ciddi şəkildə pisləşir. Şifahi nitq qabiliyyətinin inkişafı isə “əzbərçiliklə mübarizə” adlı siyasətin qurbanı olub. Ümumi şəkildə götürsək, bunlar vahid bir siyasətin ayrı-ayrı struktur vahidləri kimi görünür".

Məktəb milli məfkurəyə, mədəniyyətə bağlı, ana dilini sevən vətəndaşlar yetişdirməlidir:

“Amma təhsil sektoruna əmək bazarı üçün kadr yetişdirən müəssisə kimi baxılarsa, bunun çox böyük fəsadları olacaq. Çünki dil təkcə ünsiyyət vasitəsi deyil, məşhur etnoloq, filosof Klod Levi-Strosun çox sərrast ifadə etdiyi kimi, o, “…həm mədəniyyətin məhsulu, həm onun vacib tərkib hissəsi, həm də mədəniyyətin mövcudluğunun şərtidir. Dil hətta mədəniyyətin yaşamasının spesifik üsulu, mədəni kodların formalaşması faktorudur”.

Əgər dil internetdə güclüdürsə, onun gələcəyinə nikbin yanaşmaq olar. Əgər zəifdirsə, zaman keçdikcə funksiyalarını itirə bilər. Buna görə də dilimizi rəqəmsal mühitdə aktiv və rəqabətqabiliyyətli etmək əsas məqsəd olmalıdır. Əgər insan istədiyi məlumatı öz dilində tapa bilirsə, başqa dilə keçmək məcburiyyətində qalmır. Bu, dilin qorunmasının ən təbii və effektiv yoludur".

Zəhra Ağayeva

Xəbər Lenti

Polis təhsil müəssisələrində maarifləndirmə tədbirləri keçirib08.04.2026 - 19:58
Sənaye sahəsində 300-dən çox vakansiya məzunları gözləyir08.04.2026 - 19:54
"Müasir metodist" müsabiqəsinin müsahibə mərhələsi başlayır08.04.2026 - 19:48
Bakıda tələbələr üçün əmək yarmarkası keçirilib08.04.2026 - 19:44
Bazar günü 52 mindən çox şagird imtahan verəcək08.04.2026 - 19:38
BMU tələbəsi təqaüd proqramının qalibi olub08.04.2026 - 19:32
DSX Xüsusi Məktəbinin V sinfinə imtahanın nəticələri AÇIQLANDI08.04.2026 - 19:24
Lirid meteor yağışı olacaq08.04.2026 - 19:18
Uşaqların uşaqlığını “əlindən almaq” hansı hallarda baş verir? – Ekspert danışdı08.04.2026 - 19:12
“Ağıllı uşaq” anlayışı nə dərəcədə doğrudur? – Məktəbəqədər ekspert açıqladı08.04.2026 - 19:05
Şagird geyimi ilə mədəniyyət: dünyadan fərqli məktəb FORMALARI08.04.2026 - 18:54
Şimşək, dolu, qar... - XƏBƏRDARLIQ08.04.2026 - 18:46
ADNSU Çinin Pekin Kimya Texnologiyası Universiteti ilə əməkdaşlıq edəcək08.04.2026 - 18:45
Yeni təyin olunan müdir müavinlərini TANIYAQ08.04.2026 - 18:38
Bu universitetdən tədbirlərin təşkili üçün 27 min manatlıq MÜQAVİLƏ08.04.2026 - 18:34
Biləsuvarda iki kənd məktəbi birləşdirilir? – Rəsmi AÇIQLAMA08.04.2026 - 18:30
Bir ailədən iki böyük UĞUR: Dünyanın ən nüfuzlu universitetlərinə QƏBUL OLDULAR08.04.2026 - 18:26
Rektor: 2030-cu ilədək tədrisin 80%-nin elektronlaşdırılması planlaşdırılır08.04.2026 - 18:20
Prezident Təlim Mərkəzinin açılışında iştirak edib08.04.2026 - 18:18
ETİHİ ilk həmkarlar ittifaqı sədrləri üçün istirahət təşkil edib08.04.2026 - 18:15
Naxçıvan Dövlət Universiteti Qazaxıstanın bir sıra ali təhsil müəssisələri ilə əməkdaşlığa başlayıb08.04.2026 - 18:14
BSU-da Beynəlxalq Türkoloji Tədqiqatlar Konfransı keçirilib08.04.2026 - 18:10
Balakəndə təşkil edilən intellektual yarışın qalibləri mükafatlandırılıblar08.04.2026 - 18:08
NDU nəzdində Gimnaziyanın 33 şagirdi fənn müsabiqələrində uğur qazanıb08.04.2026 - 18:02
Müasir şəhərsalma prosesi müzakirə olunub08.04.2026 - 18:00
Azərbaycan təhsilində gələcəyə hesablanmış addım: Qazaxıstana səfərin strateji əhəmiyyəti08.04.2026 - 18:00
Təhsil eksperti Elçin Süleymanov: “Peşə təhsili əmək bazarına daha operativ çıxış imkanı verir”08.04.2026 - 17:55
Aprelin 12-də 53 min şagird buraxılış imtahanı verəcək08.04.2026 - 17:55
Tələbələr sel risklərinə qarşı operativ hazırlıq barədə maarifləndirilib08.04.2026 - 17:52
ABŞ-nin texnologiya nəhəngləri Çin rəqiblərinə qarşı əməkdaşlığa başlayıblar08.04.2026 - 17:45
DSX-nin Xüsusi Məktəbinə qəbul imtahanının nəticələri AÇIQLANDI08.04.2026 - 17:45
“Ustad dərsləri” – qabaqcıl müəllimlər təcrübələrini paylaşır08.04.2026 - 17:44
Milli Qəhrəman Murad Mirzəyevin xatirəsi yad edilib08.04.2026 - 17:36
BDU-nun Astrofizika kafedrası: Aprelin 16-25-də Lirid meteor yağışı olacaq08.04.2026 - 17:36
Regionlarda məktəbdaxili metodik xidmətin monitorinqi aparılır08.04.2026 - 17:35
Gündəlik BSU-da Türkoloji tədqiqatların gələcəyi müzakirə olundu08.04.2026 - 17:30
“Azərbaycan florasının konspekti” kitabı hazırlanır08.04.2026 - 17:26
İlon Mask "ChatGPT" yaradıcısını məhkəməyə verir08.04.2026 - 17:25
Rayonlarda yağıntı intensivləşəcək - XƏBƏRDARLIQ08.04.2026 - 17:20
Azərbaycan və Tacikistan arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq genişlənir08.04.2026 - 17:18
ADNSU Çinin Pekin Kimya Texnologiyası Universiteti ilə əməkdaşlıq edəcək08.04.2026 - 17:15
İlahi həqiqətin elmi abidəsi: Nəsimi sözünün ensiklopedik təqdimatı08.04.2026 - 17:12
Həkim açıqladı: Melatonin nə vaxt faydalı, nə vaxt təhlükəlidir08.04.2026 - 17:10
Memarlığın fizikası: bərpa və dayanıqlılıq08.04.2026 - 17:06
Milli Qəhrəman məktəblilərlə görüşəcək08.04.2026 - 17:05
Ramin Nurəliyev – Təhsilin qısalması yox, uzadılması Azərbaycan üçün daha doğru seçimdir08.04.2026 - 17:00
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən peşəyönümü fəaliyyətlər davam etdirilir08.04.2026 - 17:00
ADU-da "TələbəPlus" kartı ilə bağlı infosessiya keçirilib08.04.2026 - 16:55