Təhsil 365 - Logo Mobile

Sosial şəbəkələr yazı mədəniyyətini dəyişdirir? - “Ana dilimiz risk altındadır”

5021.02.2026 - 13:12
Sosial şəbəkələr yazı mədəniyyətini dəyişdirir? - “Ana dilimiz risk altındadır”

Son zamanlarda Azərbaycan dili ilə bağlı müzakirələr, təklif və iradlar tez-tez gündəmə gəlir.

Bəs hazırda Azərbaycan dilinin üzləşdiyi əsas təhlükələr nələrdir? Sosial şəbəkələrdə formalaşan ünsiyyət tərzi ədəbi dil normalarına nə dərəcədə təsir göstərir? Ümumiyyətlə, rəqəmsal mühitdə dilimizin qorunması və inkişafı üçün hansı addımlar daha effektiv ola bilər?

“Tehsil365” AzEdu.az-a istinadən bildirir ki, mövzu ilə bağlı Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzinin sədri, dilçi Vasif Sadıqlı ilə həmsöhbət olub.

Müsahibimiz qeyd edib ki, orta məktəblərdə dövlət dilinin tədrisi səviyyəsinin qənaətbəxş olmadığını düşünür:

“Son onilliklərdə qloballaşma ilə bağlı təhdidlər durmadan artmaqdadır. Hazırda böyük güclərin, xüsusən texnologiya, biznes və populyar mədəniyyət vasitəsilə milli mədəniyyət və dillərə təsiri artır. Bu, bir çox dillərin sıradan çıxması və yalnız məişət səviyyəsində işlənilməsi ilə nəticələnə bilər. Hazırda dilimizin məhv olmaq təhlükəsi ilə üz-üzə olduğunu deyə bilmərik. Amma Azərbaycan dili tam təhlükəsiz zonada da deyil: indiki vəziyyəti daha çox “təzyiq altında inkişaf” adlandırmaq olar.

Azərbaycan dili tarixən siyasi, inzibati və mədəni təzyiqlərlə üzləşib: ərəb elmi mühitinin təsiri, saraylarda, diplomatiyada fars dilinin nüfuzu ciddi amillər idi. Bundan başqa, nəzm - əruz vəznində poeziyanın dəbdə olması ərəb və fars sözlərinin bədii üsluba axın etməsi ilə nəticələnirdi. İndi təhdidlər daha çox Qərb istiqamətindən gəlir və onlar yetərincə ciddidir. Əgər müvafiq tədbirlər görülməsə, dilimiz funksional daralma təhlükəsi ilə üz-üzə qala bilər. Elmi-texniki tərəqqi ilə bağlı hər il minlərlə (orta hesabla 6 minə yaxın) yeni termin yaranır. Əgər onları transliterasiya etməklə kifayətlənsək və vaxtında onların qarşılığını tapıb işləkliyini təmin etməsək, elm və texnologiya sahəsində, xüsusən İT, biznes və marketinq mühitində çox vaxt qarışıq dil formasının çiçəklənməsi faktı ilə barışmalı olacağıq".

Dil üçün ən böyük təhlükə əcnəbi dillərdən söz alınması deyil, dilin öz sözünü yaratmaq refleksinin itirilməsidir:

“Hazırda yeni terminlərin qarşılığının tapılıb ictimaiyyətə təqdim edilməsi və işləkliyinin təmin edilməsi prosesi ləng gedir. Səbəb isə, həmişə vurğuladığımız kimi, ölkədə ədəbi dilin zənginləşməsi prosesinin bu sahədə ictimai əsaslarla işləyən şəxslərin ümidinə buraxılmasıdır. Bu işi tənzimləyən ayrıca bir quruma ehtiyac var. Təbii ki, milli dil resurslarından istifadə etməklə bütün terminlərin öz dilimizdə qarşılığını yarada bilmərik. Amma nəyəsə nail ola bilərik. Dil üçün ən böyük təhlükə əcnəbi dillərdən söz alınması deyil, dilin öz sözünü yaratmaq refleksinin itirilməsidir.

Orta məktəblərdə dövlət dilinin tədrisi səviyyəsinin qənaətbəxş olmadığını düşünürəm. Yazı işlərinə ayrılan vaxt azaldılır, nəticədə yazılı nitq vərdişləri ciddi şəkildə pisləşir. Şifahi nitq qabiliyyətinin inkişafı isə “əzbərçiliklə mübarizə” adlı siyasətin qurbanı olub. Ümumi şəkildə götürsək, bunlar vahid bir siyasətin ayrı-ayrı struktur vahidləri kimi görünür".

Məktəb milli məfkurəyə, mədəniyyətə bağlı, ana dilini sevən vətəndaşlar yetişdirməlidir:

“Amma təhsil sektoruna əmək bazarı üçün kadr yetişdirən müəssisə kimi baxılarsa, bunun çox böyük fəsadları olacaq. Çünki dil təkcə ünsiyyət vasitəsi deyil, məşhur etnoloq, filosof Klod Levi-Strosun çox sərrast ifadə etdiyi kimi, o, “…həm mədəniyyətin məhsulu, həm onun vacib tərkib hissəsi, həm də mədəniyyətin mövcudluğunun şərtidir. Dil hətta mədəniyyətin yaşamasının spesifik üsulu, mədəni kodların formalaşması faktorudur”.

Əgər dil internetdə güclüdürsə, onun gələcəyinə nikbin yanaşmaq olar. Əgər zəifdirsə, zaman keçdikcə funksiyalarını itirə bilər. Buna görə də dilimizi rəqəmsal mühitdə aktiv və rəqabətqabiliyyətli etmək əsas məqsəd olmalıdır. Əgər insan istədiyi məlumatı öz dilində tapa bilirsə, başqa dilə keçmək məcburiyyətində qalmır. Bu, dilin qorunmasının ən təbii və effektiv yoludur".

Zəhra Ağayeva

Xəbər Lenti

“Firidun bəy Köçərli” mükafatı İlahə Həmidovaya təqdim edilib13.07.2026 - 17:56
Peşə təhsilində yeni kodlaşdırma sistemi tətbiq olunacaq13.07.2026 - 17:51
BBC: "Meta"nın söhbət robotu "Instagram" hesablarını ələ keçirir13.07.2026 - 17:41
Trampın İranla bağlı bəyanatlarından sonra neftin qiyməti 4 %-dən çox artıb13.07.2026 - 17:29
AIDA ilə IBSA arasında Anlaşma Memorandumu imzalanıb13.07.2026 - 17:25
Məktəbəhazırlıq qruplarına qəbul BAŞLAYIR13.07.2026 - 17:17
250-yə yaxın yeni ixtisas yaradılıb -13.07.2026 - 17:11
Pərviz Qasımov: "Elmi bilik mütəxəssis yetişdirir, maarifləndirmə isə cəmiyyəti formalaşdırır"13.07.2026 - 16:46
Mərkəzləşdirilmiş imtahanla şagird qəbul edən lisey və gimnaziyalara müraciət tarixi 1 gün uzadıldı13.07.2026 - 16:31
Sertifikatlaşdırmada ən uğurlu fənn müəllimləri məlum oldu13.07.2026 - 16:28
Tələbələrin yerdəyişməsi prosesinə başlanılır13.07.2026 - 16:04
Azərbaycan məktəbliləri Beynəlxalq Fizika Olimpiadasında son 20 ilin ən yüksək nəticəsini əldə ediblər13.07.2026 - 15:36
Diplom işimin mövzusu bu idi, 30 səhifəlik təhlil yazmışdım - İlham Əliyev13.07.2026 - 15:27
“Firidun bəy Köçərli” mükafatı İlahə Həmidovaya təqdim edilib13.07.2026 - 15:17
“Peşə təhsili üzrə ixtisasların Təsnifatı”nın yenilənməsi ilə bağlı görüş keçirilib13.07.2026 - 15:03
UNEC Zaqatala filialında ixtisaslar, keçid balları və təhsil haqları açıqlanıb13.07.2026 - 14:29
BDU-nun müəllimi "Fulbright" Proqramı çərçivəsində ABŞ-də tədqiqatlar aparacaq13.07.2026 - 14:05
BMU tələbələri Çində keçirilən beynəlxalq yay məktəbinin mədəni proqramına qatılıblar - FOTOLAR13.07.2026 - 13:55
Lisey və gimnaziyalara qəbul üçün müraciət müddəti uzadıldı13.07.2026 - 13:50
11 yaşlı azərbaycanlı məktəbli STEM Olimpiadasında dünya çempionu olub - FOTOLAR13.07.2026 - 13:42
UNEC-də Universitet Daxili İki Diplom proqramına sənəd qəbulu başlayıb13.07.2026 - 13:36
Peşə ixtisaslarının təsnifatında 5 ixtisas qrupunun müəyyənləşdirilməsi təklif olunur13.07.2026 - 13:32
ADAU əməkdaşının elmi məqaləsi Q1 kateqoriyalı jurnalda dərc olunub13.07.2026 - 13:27
AzMİU komandası AIRO Hackathon 2026-da kibertəhlükəsizlik kateqoriyasını təşkil edib - FOTOLAR13.07.2026 - 13:24
SDU magistraturaya qəbul aparılan ixtisaslaşmalarla bağlı paylaşım edib13.07.2026 - 13:18
Tam ştatlı müəllim modeli tətbiq oluna bilər13.07.2026 - 13:14
Peşə ixtisaslarının 30-40 faizi üzrə tələbə qəbulu aparılmır13.07.2026 - 13:08
Peşə təhsilində yenilik: 45 yeni ixtisas təsdiqlənib13.07.2026 - 13:03
“Motosiklet qəzalarının səbəbi sürücülərin məsuliyyətsizliyidir” - Nəqliyyat Eksperti Aqil Rəhimov13.07.2026 - 11:09
Prezident: Diplom işim üçün 30 səhifəlik təhlil hazırlamışdım13.07.2026 - 10:53
Bakı Ali Neft Məktəbinin 10-cu Məzun Günü keçirilib13.07.2026 - 10:48
Azərbaycanda bu il 335 nəfərə alimlik dərəcəsi verilib13.07.2026 - 10:40
Türk dillərinin funksional sintaksisinə həsr olunan yeni kitab nəşr edilib13.07.2026 - 10:36
Azərbaycan Universiteti beynəlxalq əlaqələrini genişləndirir13.07.2026 - 10:32
Azərbaycanda son 20 ildə elm üçün 9 yeni göbələk növü aşkar edilib13.07.2026 - 10:20
“5 Təməl sütun: təsəvvürdə və reallıqda” kitabı işıq üzü görüb13.07.2026 - 10:15
AMEA Çinlə əməkdaşlığı genişləndirir: yeni memorandum imzalanıb13.07.2026 - 10:10
Təsviri sənət üzrə apellyasiya qeydiyyatına start verilir13.07.2026 - 10:06
BDU-da magistratura üzrə yeni ixtisas açılır13.07.2026 - 10:01
Sertifikatlaşdırmada keçid balını toplaya bilməyən müəllimlərin sayı açıqlandı13.07.2026 - 09:56
Müəllimlərin sertifikatlaşdırılması: Fənlər üzrə uğur göstəriciləri açıqlandı13.07.2026 - 09:52
Təkrar sertifikatlaşdırmada 2002 müəllim iştirak edib13.07.2026 - 09:48
Həftənin təhsil gündəmi: MİQ, lisey seçimi və qəbul imtahanları13.07.2026 - 09:35
Ən yüksək nəticə göstərən Şirvan-Salyan şagirdləri bəlli oldu13.07.2026 - 09:28
Abituriyentlərin nəzərinə: DİM test izahlarını və cavabları açıqladı13.07.2026 - 09:22
Mil-Muğanda ən yüksək nəticə göstərən məktəblər açıqlandı13.07.2026 - 09:16
Azərbaycanlı məktəblilər fizika olimpiadasında tarixi uğura imza atıblar13.07.2026 - 09:12
Sabahın havası: Bakıda 36 dərəcə isti gözlənilir13.07.2026 - 09:07