ADY və Parlaq İmzalar Nəşriyyatının qiraət sevgisini səfərlərə daşıyan layihəsini - kitab hədiyyəsi ənənəsini davam etdirir.
“Tehsil365” Axar.az-a istinadən bildirir ki, bu barədə Azərbaycan Dəmir Yolları QSC-dən məlumat verilib.
“Bakı-Qazax, Bakı-Ağstafa və Bakı-Ağdam marşrutları üzrə hərəkət edən qatarlarda şənbə günləri sərnişinlərə kitablar təqdim olunur. Bir kitab bəzən ən gözəl yol yoldaşıdır. Biz də bu dəyəri paylaşmağa davam edirik” - məlumatda bildirilib

