Təhsil 365 - Logo Mobile

Professor Qafar Cəbiyev: “Tarixi abidələri qorumaq hər bir vətəndaşın borcudur”

8221.02.2026 - 15:08
Professor Qafar Cəbiyev: “Tarixi abidələri qorumaq hər bir vətəndaşın borcudur”

“Torpaq bizdən daha yaxşı bu dəyərləri qoruyur. Bizim vəzifəmiz onları vaxtında aşkara çıxarmaq, müasir texnologiyalarla tədqiq etmək və elm aləminə təqdim etməkdir,” – deyə professor vurğulayıb.

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru, professor Qafar Cəbiyev “Təhsil365-ə” açıqlamasında bildirib ki, Azərbaycanın bütün bölgələrində arxeoloji tədqiqatların aparılmasına ciddi ehtiyac var. Onun sözlərinə görə, torpağın altında hələ aşkar edilməmiş saysız-hesabsız tarixi abidələr mövcuddur.

Qarabağ – ən həssas bölgə Qafar Cəbiyev qeyd edib ki, Qarabağ regionu bu baxımdan xüsusi diqqət tələb edir. Sovet dövründə bölgədə arxeoloji tədqiqatlara laqeyd yanaşılması nəticəsində ermənilər tarixi abidələri saxtalaşdıraraq özününküləşdirməyə çalışıblar. “Bu gün Qarabağda aparılacaq tədqiqatlar həm miqyaslı, həm də müasir texnologiyalarla həyata keçirilməlidir. Abidələr dövlət qeydiyyatına alınmalı, qorunmalı və mühafizə olunmalıdır,” – deyə o bildirib.

Sərhədyanı bölgələr ikiqat diqqət tələb edir Professorun sözlərinə görə, Qarabağdan başqa Azərbaycanın sərhəd bölgələri də ciddi tədqiqata ehtiyac duyur:

- Cənub bölgəsi – çox zəif öyrənilib, İran tərəfindən mədəniyyət abidələrinə iddialar mövcuddur.

- Şimal-qərb bölgəsi (Balakən, Zaqatala, Qax) – gürcü millətçi dairələri tərəfindən abidələrin “gürcüləşdirilməsi” cəhdləri müşahidə olunur.

- Şimal bölgəsi – sərhəd yaxınlığında yerləşən abidələr antropogen təsirlər və iddialar səbəbindən risk altındadır. “Sərhədyanı bölgələr bizim ən həssas nöqtələrimizdir. Bu abidələr ikiqat diqqət tələb edir – həm qeydiyyat, həm mühafizə, həm də tədqiqat baxımından,” – deyə Cəbiyev vurğulayıb.

Qafar Cəbiyev bildirib ki, tikinti və abadlıq işləri adı altında tarixi abidələrin dağıdılması halları artmaqdadır. Qızıl axtaranlar tərəfindən abidələrin sökülməsi faktları aşkarlanıb. Son vaxtlar Daxili İşlər Nazirliyi, Respublika Prokurorluğu və Dövlət Təhlükəsizlik Xidməti tərəfindən bir sıra cinayətkar dəstələr ifşa olunub, məsuliyyətə cəlb edilib. Hazırda bu işlərlə bağlı məhkəmə prosesləri davam edir. “Bu hadisələr bir növ şəbəkə halını alıb. Tarixi abidələrin dağıdılması və qara bazara çıxarılması halları ciddi şəkildə qarşısı alınmalıdır” – deyə professor qeyd edib.

Professor Cəbiyev vurğulayıb ki, tarixi abidələrin qorunması yalnız dövlət qurumlarının işi deyil: Azərbaycan Konstitusiyasına görə, tarixi abidələri qorumaq hər bir vətəndaşın borcudur. Yerli icra hakimiyyətləri, məktəblər, ziyalılar və ictimaiyyət bu məsələdə daha fəal olmalıdır. Əhali yaşadığı bölgədəki abidələrin tarixi və əhəmiyyəti barədə məlumatlandırılmalıdır. “Tarixi abidələri qorumaq hər bir azərbaycanlı üçün vətəndaşlıq borcudur. Bu işdə ziyalı da, məktəbli də, məmur da məsuliyyət daşıyır,” – deyə professor Qafar Cəbiyev qeyd edib.

Qafar Cəbiyevin fikrincə, Azərbaycanın mədəni irsinin qorunması üçün yalnız dövlət səviyyəsində deyil, ictimaiyyətin də fəal iştirakı vacibdir. Tarixi abidələrin qeydiyyatı, mühafizəsi və müasir tədqiqatlarla dünyaya təqdim olunması ölkənin mədəni kimliyinin qorunması baxımından həyati əhəmiyyət daşıyır.

Mehriban İbadova

Xəbər Lenti

Qədim vulkanın altından 1,5 trilyon dollarlıq sərvət çıxdı21.02.2026 - 19:55
"Nitqin gözəlliyi, orfoqrafiya qaydaları və ifadə-üslub xətaları" mövzusunda təlim keçirilib21.02.2026 - 19:45
WUF13-də üç xüsusi "Sakit otaq" fəaliyyət göstərəcək21.02.2026 - 19:26
Məhəmməd Muradlı şahmat üzrə Azərbaycan çempionu olub21.02.2026 - 19:20
Şahmat üzrə Azərbaycan çempionatının bürünc medalçısı bəlli olub21.02.2026 - 19:13
"Tez-tez xəstələnirsinizsə, səbəb diş fırçanız ola bilər"21.02.2026 - 19:06
Özəl və dövlət bağçaları arasında keyfiyyət fərqi böyükdürmü? – Ekspert açıqladı21.02.2026 - 19:03
Vyetnamda dünyanın ən böyük stadionu tikilir21.02.2026 - 18:54
İsveçdə milli süni intellekt dil modeli yaradılacaq21.02.2026 - 18:47
LDU-da Beynəlxalq Ana Dili Günü ilə bağlı tədbir21.02.2026 - 18:35
BMU ilə UNICON.UZ arasında əməkdaşlıq müzakirə olunub21.02.2026 - 18:27
Məktəblilər beynəlxalq müsabiqədə 6 medal qazanıblar21.02.2026 - 18:17
NASA martda Aya astronavt göndərməyi planlaşdırır21.02.2026 - 18:10
Yaradıcı müəllimlər təltif olunub21.02.2026 - 18:03
Ekspert: Bakı Türk dünyasının elmi mərkəzi kimi tarixi missiyasını yenidən yerinə yetirir21.02.2026 - 18:00
Türkiyə parlamentində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçiriləcək21.02.2026 - 17:54
Sabahın hava proqnozu açıqlanıb21.02.2026 - 17:50
Həkimlər niyə saat 23:00-dək yatmağı tövsiyə edirlər?21.02.2026 - 17:42
Yeni nəhəng dinozavr növü kəşf edildi21.02.2026 - 17:40
Uşağı elektron cihazlardan necə uzaqlaşdırmaq olar?21.02.2026 - 17:30
Azərbaycan və Avstriya arasında klassik musiqi sahəsində əməkdaşlıq imkanları müzakirə olunub21.02.2026 - 17:30
Milli Dram Teatrında Xalq artisti Əliabbas Qədirovun 80 illiyi qeyd olunub21.02.2026 - 17:20
Tailandda ölümcül virus: 72 pələng öldü21.02.2026 - 17:18
Xəzər Universiteti ilə Panamerikana Universiteti arasında anlaşma memorandumu imzalanıb21.02.2026 - 17:12
Orucluqda yeməklə yanaşı buna da diqqət edin21.02.2026 - 17:09
“Uşaq ədəbiyyatında ana dili məsələsi”21.02.2026 - 17:05
AMEA Folklor İnstitutu və 2 nömrəli liseydə Beynəlxalq Ana Dili Günü qeyd olunub21.02.2026 - 17:04
İKT“WhatsApp” “Telegram”ın daha bir funksiyasını oğurlayır21.02.2026 - 17:00
Günəşdəki partlayışlarla zəlzələ arasında əlaqə varmı? - Araşdırma21.02.2026 - 16:51
Arif Babayevin muzeyi tikiləcək21.02.2026 - 16:42
Moldova Azərbaycanlıları Konqresinin “Bazar günü məktəbi”nin şagirdləri Xalq artisti Emin Ağalarovla görüşüblər21.02.2026 - 16:36
Ekspert: Dövlət məlumatlarının “Hökumət buludu”nda saxlanılması Azərbaycanın rəqəmsal suverenliyini gücləndirir21.02.2026 - 16:30
“Mən həmişə gəncəm” bilik yarışının qalibləri müəyyənləşib21.02.2026 - 16:23
Həkim Adil Qeybulla – “Müalicə və diaqnostika yalnız həkimə məxsusdur”21.02.2026 - 16:17
Azərbaycan və Avstriya arasında klassik musiqi sahəsində əməkdaşlıq imkanları müzakirə olunub21.02.2026 - 16:09
Şamaxıda memarlıqda milli üslub müzakirə edilib21.02.2026 - 16:00
Milli Dram Teatrında Xalq artisti Əliabbas Qədirovun 80 illiyi qeyd olunub21.02.2026 - 15:53
Balakənli gənclər Ulu Öndərin dil siyasəti və milli dəyərlər ətrafında bir araya gəliblər21.02.2026 - 15:48
Füzulidə Beynəlxalq Ana Dili Gününə həsr olunan maarifləndirici tədbir keçirilib21.02.2026 - 15:41
Azərbaycanda yanvarda istehsal edilən noutbuk və kompüterlərin sayı açıqlanıb21.02.2026 - 15:34
“OpenAI” ağıllı cihazlar bazarına girir21.02.2026 - 15:27
Nazir müavini: Məqsədimiz süni intellekti real dəyər yaradan alətə çevirməkdir - MÜSAHİBƏ21.02.2026 - 15:21
“Nitqin gözəlliyi, orfoqrafiya qaydaları və ifadə-üslub xətaları” mövzusunda təlim keçirilib21.02.2026 - 15:15
Psixoloq Nabat Mirzəyeva: “Qorxu insanın emosional balansını və potensialını məhv edir”21.02.2026 - 15:00
Xalq artistinin oğlu rəis müavini təyin edildi21.02.2026 - 14:56
Dünyada ən zəngin dil hansıdır? Bir milyondan çox söz var21.02.2026 - 14:42
Qədim vulkanın altından 1,5 trilyon dollarlıq sərvət çıxdı21.02.2026 - 14:27