Təhsil 365 - Logo Mobile

Şamaxıda memarlıqda milli üslub müzakirə edilib

7821.02.2026 - 16:00
Şamaxıda memarlıqda milli üslub müzakirə edilib

Şamaxı Heydər Əliyev Mərkəzi tərəfindən rayonda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Heydər Əliyev və memarlıqda milli üslub” mövzusunda konfrans keçirilib.

“Tehsil365“ AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra mövzu ilə bağlı videoçarx nümayiş etdirilib.

Şamaxı Rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Eyvazova çıxış edərək Prezidentin Sərəncamı ilə 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan olunmasının əhəmiyyətindən danışıb. Bildirib ki, ilk arzusu memarlıq sənətinin incəliklərinə yiyələnmək olan Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanda memarlıq və şəhərsalma sahəsində mühüm işlər görülüb, şəhərlərin siması dəyişib, ictimai və yaşayış binaları, parklar, memarlıq ansamblları meydana gəlib.

Sonra AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun şöbə müdiri, Şamaxı–Ağsu Arxeoloji Ekspedisiyasının rəisi, tarix üzrə fəlsəfə doktoru Akif Quliyev çıxış edərək Şamaxı rayonunda mövcud olan tarixi və arxeoloji abidələrin yaranma tarixindən, qədim məskənlərdən, tarixi binalardan, arxeoloji qazıntılar zamanı tapılan memarlıq strukturlarından geniş məlumat verib, onların tədqiqi və təbliğinin vacibliyini vurğulayıb.

Daha sonra Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Şamaxı sektorunun müdiri Şahmar Hüseynov çıxış edərək bildirib ki, milli memarlığa Heydər Əliyevin fenomenal qayğı ənənəsini bu gün Prezident İlham Əliyev layiqincə davam etdirir. İllər uzunu erməni işğalı altında olan torpaqlarımıza Böyük Qayıdış konsepsiyasının tətbiqi, dağıdılan şəhər və kəndlərimizin yenidən qurulması, tarixi-memarlıq irsimizin bərpası ölkəmizdə memarlıq və inşaat fəaliyyətinin daha da genişlənməsinə rəvac verib. Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması çağdaş tələblər səviyyəsində, yeni texnologiyaların, şəhərsalma standartlarının və memarlıq formalarının tətbiqi ilə gerçəkləşir.

Mehriban İbadova

Xəbər Lenti

Qədim vulkanın altından 1,5 trilyon dollarlıq sərvət çıxdı21.02.2026 - 19:55
"Nitqin gözəlliyi, orfoqrafiya qaydaları və ifadə-üslub xətaları" mövzusunda təlim keçirilib21.02.2026 - 19:45
WUF13-də üç xüsusi "Sakit otaq" fəaliyyət göstərəcək21.02.2026 - 19:26
Məhəmməd Muradlı şahmat üzrə Azərbaycan çempionu olub21.02.2026 - 19:20
Şahmat üzrə Azərbaycan çempionatının bürünc medalçısı bəlli olub21.02.2026 - 19:13
"Tez-tez xəstələnirsinizsə, səbəb diş fırçanız ola bilər"21.02.2026 - 19:06
Özəl və dövlət bağçaları arasında keyfiyyət fərqi böyükdürmü? – Ekspert açıqladı21.02.2026 - 19:03
Vyetnamda dünyanın ən böyük stadionu tikilir21.02.2026 - 18:54
İsveçdə milli süni intellekt dil modeli yaradılacaq21.02.2026 - 18:47
LDU-da Beynəlxalq Ana Dili Günü ilə bağlı tədbir21.02.2026 - 18:35
BMU ilə UNICON.UZ arasında əməkdaşlıq müzakirə olunub21.02.2026 - 18:27
Məktəblilər beynəlxalq müsabiqədə 6 medal qazanıblar21.02.2026 - 18:17
NASA martda Aya astronavt göndərməyi planlaşdırır21.02.2026 - 18:10
Yaradıcı müəllimlər təltif olunub21.02.2026 - 18:03
Ekspert: Bakı Türk dünyasının elmi mərkəzi kimi tarixi missiyasını yenidən yerinə yetirir21.02.2026 - 18:00
Türkiyə parlamentində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçiriləcək21.02.2026 - 17:54
Sabahın hava proqnozu açıqlanıb21.02.2026 - 17:50
Həkimlər niyə saat 23:00-dək yatmağı tövsiyə edirlər?21.02.2026 - 17:42
Yeni nəhəng dinozavr növü kəşf edildi21.02.2026 - 17:40
Uşağı elektron cihazlardan necə uzaqlaşdırmaq olar?21.02.2026 - 17:30
Azərbaycan və Avstriya arasında klassik musiqi sahəsində əməkdaşlıq imkanları müzakirə olunub21.02.2026 - 17:30
Milli Dram Teatrında Xalq artisti Əliabbas Qədirovun 80 illiyi qeyd olunub21.02.2026 - 17:20
Tailandda ölümcül virus: 72 pələng öldü21.02.2026 - 17:18
Xəzər Universiteti ilə Panamerikana Universiteti arasında anlaşma memorandumu imzalanıb21.02.2026 - 17:12
Orucluqda yeməklə yanaşı buna da diqqət edin21.02.2026 - 17:09
“Uşaq ədəbiyyatında ana dili məsələsi”21.02.2026 - 17:05
AMEA Folklor İnstitutu və 2 nömrəli liseydə Beynəlxalq Ana Dili Günü qeyd olunub21.02.2026 - 17:04
İKT“WhatsApp” “Telegram”ın daha bir funksiyasını oğurlayır21.02.2026 - 17:00
Günəşdəki partlayışlarla zəlzələ arasında əlaqə varmı? - Araşdırma21.02.2026 - 16:51
Arif Babayevin muzeyi tikiləcək21.02.2026 - 16:42
Moldova Azərbaycanlıları Konqresinin “Bazar günü məktəbi”nin şagirdləri Xalq artisti Emin Ağalarovla görüşüblər21.02.2026 - 16:36
Ekspert: Dövlət məlumatlarının “Hökumət buludu”nda saxlanılması Azərbaycanın rəqəmsal suverenliyini gücləndirir21.02.2026 - 16:30
“Mən həmişə gəncəm” bilik yarışının qalibləri müəyyənləşib21.02.2026 - 16:23
Həkim Adil Qeybulla – “Müalicə və diaqnostika yalnız həkimə məxsusdur”21.02.2026 - 16:17
Azərbaycan və Avstriya arasında klassik musiqi sahəsində əməkdaşlıq imkanları müzakirə olunub21.02.2026 - 16:09
Milli Dram Teatrında Xalq artisti Əliabbas Qədirovun 80 illiyi qeyd olunub21.02.2026 - 15:53
Balakənli gənclər Ulu Öndərin dil siyasəti və milli dəyərlər ətrafında bir araya gəliblər21.02.2026 - 15:48
Füzulidə Beynəlxalq Ana Dili Gününə həsr olunan maarifləndirici tədbir keçirilib21.02.2026 - 15:41
Azərbaycanda yanvarda istehsal edilən noutbuk və kompüterlərin sayı açıqlanıb21.02.2026 - 15:34
“OpenAI” ağıllı cihazlar bazarına girir21.02.2026 - 15:27
Nazir müavini: Məqsədimiz süni intellekti real dəyər yaradan alətə çevirməkdir - MÜSAHİBƏ21.02.2026 - 15:21
“Nitqin gözəlliyi, orfoqrafiya qaydaları və ifadə-üslub xətaları” mövzusunda təlim keçirilib21.02.2026 - 15:15
Professor Qafar Cəbiyev: “Tarixi abidələri qorumaq hər bir vətəndaşın borcudur”21.02.2026 - 15:08
Psixoloq Nabat Mirzəyeva: “Qorxu insanın emosional balansını və potensialını məhv edir”21.02.2026 - 15:00
Xalq artistinin oğlu rəis müavini təyin edildi21.02.2026 - 14:56
Dünyada ən zəngin dil hansıdır? Bir milyondan çox söz var21.02.2026 - 14:42
Qədim vulkanın altından 1,5 trilyon dollarlıq sərvət çıxdı21.02.2026 - 14:27