Təhsil 365 - Logo Mobile

“Uşaq ədəbiyyatında ana dili məsələsi”

8321.02.2026 - 17:05
“Uşaq ədəbiyyatında ana dili məsələsi”

Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimovanın təşkilatçılığı ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda 21 fevral - Beynəlxalq Ana Dili Günü münasibətilə “Uşaq ədəbiyyatında ana dili məsələsi” mövzusunda tədbir keçirilib.

“Tehsil365" xəbər verir ki, tədbiri açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli ana dilinin qorunması ilə uşaq ədəbiyyatının yeni nəslin milli ruhda tərbiyəsində mühüm rolunu vurğulayıb. O bildirib ki, Azərbaycan uşaq ədəbiyyatı XX əsrin əvvəllərində qızıl dövrünü yaşayıb və Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Abdulla Şaiq, Rəşid bəy Əfəndiyev kimi müəlliflərin irsi bu gün də örnəkdir. Sovet dövründə isə Hikmət Ziya, İlyas Tapdıq, Xanımana Əlibəyli, Zahid Xəlil, Ənvər Əlibəyli kimi simalar seçilib.

Ölkəmiz müstəqillik əldə etdikdən sonra bu sahədə çətinliklər olsa da, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu uşaq ədəbiyyatının elmi şəkildə inkişafına töhfə verən əsas mərkəzlərdən biri kimi göstərilib.

“Bu gün məsuliyyətlə deyə bilərəm ki, filologiya elmləri doktoru, millət vəkili Elnarə Akimovanın rəhbərlik etdiyi Ədəbiyyat İnstitutunun Uşaq ədəbiyyatı şöbəsi ölkəmizdə bu sahəyə mühüm töhfə verir və bu sahəni elmi cəhətdən koordinasiya edən bir mərkəzə çevrilib. Bu gün Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu uşaq ədəbiyyatı ilə bağlı məsələlərin elmi tərəflərini öz üzərinə götürmək gücünə malikdir və bu baxımdan, tədbirin məhz Beynəlxalq Ana Dili Günü ərəfəsində keçirilməsi təsadüfi deyildir”, - deyə akademik İsa Həbibbəyli qeyd edib.

Ana dilinin qorunması, uşaq ədəbiyyatının inkişafı və yeni texnoloji dövrün çağırışları fonunda milli dil şüurunun formalaşdırılması məsələlərinin geniş müzakirə olunduğu tədbirdə vurğulanıb ki, uşaqları müasir terminoloji təfəkkürə hazırlamaq zəruridir və rəqəmsal texnologiyalar, internet və süni intellektlə bağlı mövzular uşaq ədəbiyyatında öz əksini tapmalıdır. Bununla yanaşı, dilin yad terminlərin təsirindən qorunması, ana dilinin ifadə imkanlarının zənginləşdirilməsi əsas prinsip kimi diqqətə çatdırılıb. Qeyd edilib ki, ana dili ədəbiyyatda millilik və dövlətçilik düşüncəsinin əsas dayağıdır və xalqın böyük ədəbiyyatı məhz ana dilində formalaşır.

Tədbirdə çıxış edən Elnarə Akimova Beynəlxalq Ana Dili Gününün AMEA-da hər il qeyd olunmasının artıq ənənəyə çevrildiyini bildirib. O vurğulayıb ki, ana dilinin qorunması və inkişaf etdirilməsi istiqamətində dövlət səviyyəsində aparılan siyasət, eləcə də alimlərin və yazıçıların fəaliyyəti milli kimliyin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Deputat qeyd edib ki, etno-mədəni sistemin yaşadılması üçün ana dili və uşaq ədəbiyyatı aparıcı rol oynayır, bu sahədə uşaqların düzgün istiqamətə yönləndirilməsi isə cəmiyyət qarşısında aktual vəzifədir.

Tanınmış uşaq yazıçısı, professor Zahid Xəlil, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı, dosent İlhamə Ağazadə, dosent Gülnar Qəmbərli, müəllim Nigar Vəliyeva və digər iştirakçılar ana dili və uşaq ədəbiyyatının inkişaf istiqamətləri barədə məruzələrlə çıxış ediblər.

Qonaq kimi tədbirə qatılan dəyərli uşaq yazarlarımız Rafiq Yusifoğlu, Qəşəm İsabəyli, Sevinc Nuruqızı, Reyhan Yusifqızı, İbrahim Yusifoğlu, Mina Rəşid və Sevinc Elsevər də uşaq ədəbiyyatının çağdaş problemləri ilə bağlı maraqlı fikirlər səsləndiriblər.

Çıxışlarda uşaq ədəbiyyatının gənc nəslin dil və düşüncə tərzinin formalaşmasında mühüm rol oynadığı xüsusi vurğulan

Nərmin Mustafayeva

Xəbər Lenti

Qədim vulkanın altından 1,5 trilyon dollarlıq sərvət çıxdı21.02.2026 - 19:55
"Nitqin gözəlliyi, orfoqrafiya qaydaları və ifadə-üslub xətaları" mövzusunda təlim keçirilib21.02.2026 - 19:45
WUF13-də üç xüsusi "Sakit otaq" fəaliyyət göstərəcək21.02.2026 - 19:26
Məhəmməd Muradlı şahmat üzrə Azərbaycan çempionu olub21.02.2026 - 19:20
Şahmat üzrə Azərbaycan çempionatının bürünc medalçısı bəlli olub21.02.2026 - 19:13
"Tez-tez xəstələnirsinizsə, səbəb diş fırçanız ola bilər"21.02.2026 - 19:06
Özəl və dövlət bağçaları arasında keyfiyyət fərqi böyükdürmü? – Ekspert açıqladı21.02.2026 - 19:03
Vyetnamda dünyanın ən böyük stadionu tikilir21.02.2026 - 18:54
İsveçdə milli süni intellekt dil modeli yaradılacaq21.02.2026 - 18:47
LDU-da Beynəlxalq Ana Dili Günü ilə bağlı tədbir21.02.2026 - 18:35
BMU ilə UNICON.UZ arasında əməkdaşlıq müzakirə olunub21.02.2026 - 18:27
Məktəblilər beynəlxalq müsabiqədə 6 medal qazanıblar21.02.2026 - 18:17
NASA martda Aya astronavt göndərməyi planlaşdırır21.02.2026 - 18:10
Yaradıcı müəllimlər təltif olunub21.02.2026 - 18:03
Ekspert: Bakı Türk dünyasının elmi mərkəzi kimi tarixi missiyasını yenidən yerinə yetirir21.02.2026 - 18:00
Türkiyə parlamentində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçiriləcək21.02.2026 - 17:54
Sabahın hava proqnozu açıqlanıb21.02.2026 - 17:50
Həkimlər niyə saat 23:00-dək yatmağı tövsiyə edirlər?21.02.2026 - 17:42
Yeni nəhəng dinozavr növü kəşf edildi21.02.2026 - 17:40
Uşağı elektron cihazlardan necə uzaqlaşdırmaq olar?21.02.2026 - 17:30
Azərbaycan və Avstriya arasında klassik musiqi sahəsində əməkdaşlıq imkanları müzakirə olunub21.02.2026 - 17:30
Milli Dram Teatrında Xalq artisti Əliabbas Qədirovun 80 illiyi qeyd olunub21.02.2026 - 17:20
Tailandda ölümcül virus: 72 pələng öldü21.02.2026 - 17:18
Xəzər Universiteti ilə Panamerikana Universiteti arasında anlaşma memorandumu imzalanıb21.02.2026 - 17:12
Orucluqda yeməklə yanaşı buna da diqqət edin21.02.2026 - 17:09
AMEA Folklor İnstitutu və 2 nömrəli liseydə Beynəlxalq Ana Dili Günü qeyd olunub21.02.2026 - 17:04
İKT“WhatsApp” “Telegram”ın daha bir funksiyasını oğurlayır21.02.2026 - 17:00
Günəşdəki partlayışlarla zəlzələ arasında əlaqə varmı? - Araşdırma21.02.2026 - 16:51
Arif Babayevin muzeyi tikiləcək21.02.2026 - 16:42
Moldova Azərbaycanlıları Konqresinin “Bazar günü məktəbi”nin şagirdləri Xalq artisti Emin Ağalarovla görüşüblər21.02.2026 - 16:36
Ekspert: Dövlət məlumatlarının “Hökumət buludu”nda saxlanılması Azərbaycanın rəqəmsal suverenliyini gücləndirir21.02.2026 - 16:30
“Mən həmişə gəncəm” bilik yarışının qalibləri müəyyənləşib21.02.2026 - 16:23
Həkim Adil Qeybulla – “Müalicə və diaqnostika yalnız həkimə məxsusdur”21.02.2026 - 16:17
Azərbaycan və Avstriya arasında klassik musiqi sahəsində əməkdaşlıq imkanları müzakirə olunub21.02.2026 - 16:09
Şamaxıda memarlıqda milli üslub müzakirə edilib21.02.2026 - 16:00
Milli Dram Teatrında Xalq artisti Əliabbas Qədirovun 80 illiyi qeyd olunub21.02.2026 - 15:53
Balakənli gənclər Ulu Öndərin dil siyasəti və milli dəyərlər ətrafında bir araya gəliblər21.02.2026 - 15:48
Füzulidə Beynəlxalq Ana Dili Gününə həsr olunan maarifləndirici tədbir keçirilib21.02.2026 - 15:41
Azərbaycanda yanvarda istehsal edilən noutbuk və kompüterlərin sayı açıqlanıb21.02.2026 - 15:34
“OpenAI” ağıllı cihazlar bazarına girir21.02.2026 - 15:27
Nazir müavini: Məqsədimiz süni intellekti real dəyər yaradan alətə çevirməkdir - MÜSAHİBƏ21.02.2026 - 15:21
“Nitqin gözəlliyi, orfoqrafiya qaydaları və ifadə-üslub xətaları” mövzusunda təlim keçirilib21.02.2026 - 15:15
Professor Qafar Cəbiyev: “Tarixi abidələri qorumaq hər bir vətəndaşın borcudur”21.02.2026 - 15:08
Psixoloq Nabat Mirzəyeva: “Qorxu insanın emosional balansını və potensialını məhv edir”21.02.2026 - 15:00
Xalq artistinin oğlu rəis müavini təyin edildi21.02.2026 - 14:56
Dünyada ən zəngin dil hansıdır? Bir milyondan çox söz var21.02.2026 - 14:42
Qədim vulkanın altından 1,5 trilyon dollarlıq sərvət çıxdı21.02.2026 - 14:27