1922-ci ildə Azərbaycanda mətbuat tarixində əlamətdar hadisələrdən biri baş verib — Lək-lək jurnalı ilk dəfə işıq üzü görüb.
“Tehsil365” xəbər verir ki, Satirik ruhda nəşr olunan jurnal dövrün ictimai-siyasi və sosial məsələlərini yumor və tənqid prizmasından oxuculara təqdim edib.
“Lək-lək” qısa müddət ərzində geniş oxucu auditoriyası qazanaraq, cəmiyyətin müxtəlif təbəqələri arasında maraqla qarşılanıb. Nəşrdə dövrün aktual problemləri, məişət mövzuları və ictimai qüsurlar satirik yazılar, felyetonlar və karikaturalar vasitəsilə işıqlandırılıb.
Jurnal Azərbaycan mətbuatının inkişafında və satirik ənənələrin formalaşmasında mühüm rol oynayıb. “Lək-lək”in nəşri milli mətbuat tarixində əhəmiyyətli mərhələ kimi qiymətləndirilir.

