Təhsil 365 - Logo Mobile

"Nitqin gözəlliyi, orfoqrafiya qaydaları və ifadə-üslub xətaları" mövzusunda təlim keçirilib

8221.02.2026 - 19:45
"Nitqin gözəlliyi, orfoqrafiya qaydaları və ifadə-üslub xətaları" mövzusunda təlim keçirilib

"Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasında "Mediada Azərbaycan dili" mövzusunda təlimlərin növbəti mərhələsi təşkil olunub.

"Tehsil365" xəbər verir ki, təlimin yeddinci günündə ustad dərslərini Xalq artisti Roza Tağıyeva, ədəbiyyatşünas və redaktor Seyfəddin Hüseynli, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Quliyeva keçiblər.

Bu dəfə təlim "Nitqin gözəlliyi, orfoqrafiya qaydaları və ifadə-üslub xətaları" mövzusuna həsr olunub.

Xalq artisti Roza Tağıyeva "Nitqin gözəlliyi" mövzusunda danışıb. O, efirdə düzgün danışığın vacibliyini vurğulayıb və iştirakçılara son dönəmlərdə "söylədim ki, söyləyim" ifadələrindən çox istifadə edildiyini və bunun yerinə "dedim" sözündən daha çox istifadə etmək lazım olduğunu bildirib.

R.Tağıyeva, həmçinin xarici adların və rus sözlərinin düzgün tələffüz edilməsinin, "dan-dən" şəkilçilərindəki səslərə diqqət göstərilməsinin vacib olduğunu qeyd edib. O bildirib ki, efirdə loru danışıq yolverilməzdir, amma təbiilik və məntiqi vurğu qorunmalıdır.

Xalq artisti təcrübəsindən danışaraq onu da qeyd edib ki, əvvəllər yalnız hazır mətnlər gəlirdi və aparıcılar başqa heç nə deyə bilmirdilər. Bayramlarda və şənliklərdə isə əlavə söz deməyə icazə verilirdi.

O, təlimdə əvvəllər televiziyaya marağın böyük olduğunu, indi isə insanların əksəriyyətinin sosial şəbəkələrdə vaxt keçirdiyini də diqqətə çatdırıb.

Ş.Quliyeva çıxışında media orqanlarında orfoqrafiya qaydalarına riayət olunmasının vacibliyini, redaktə və korrektə prosesinin zəifləməsinin ciddi problemlər yaratdığını qeyd edib.

O, mediaya xas əsas orfoqrafik səhvlərdən də bəhs edib. Çıxışında alınma sözlərin və mürəkkəb sözlərin yanlış yazılışı, böyük və kiçik hərflərin düzgün işlədilməməsi, durğu işarələrinin səhv tətbiqi, xüsusilə mürəkkəb cümlələrdə nöqtə və vergülün buraxılmasını da vurğulayıb.

Seyfəddin Hüseynli qrammatik qaydaların pozulması, dilə xarici təsirlər və yad sözlərin artması kimi problemlərdən danışıb. O qeyd edib ki, sosial şəbəkələrdən sonra dilə ən çox təsir göstərən sahələrdən biri seriallardır. Xüsusilə Türkiyə türkcəsinin təsiri məsələsi birmənalı qarşılanmır və bu mövzuda aparılan müzakirələr bəzən yanlış anlaşılır.

Bildirilib ki, bəzi sözlər tarixi zərurət nəticəsində dilə daxil olub və artıq işlək formaya çevrilib. Məsələn, "ruçka" sözü gündəlik danışıqda geniş istifadə olunsa da, yazıda "qələm" variantına üstünlük verilir.

Təlim zamanı təhsil sistemində test imtahanlarının üstünlük təşkil etməsinin düşüncə və ifadə bacarıqlarına təsiri məsələsinə də toxunulub. Qeyd olunub ki, biliklərin praktik tətbiqi zəiflədikdə nitq mədəniyyəti də zərər görür.

S.Hüseynli orfoepiya lüğətinin olmaması və orfoqrafiya lüğətindəki problemlərdən də danışıb. Bundan əlavə, mediada üslub qarışıqlığının, ifadə və terminoloji qeyri-dəqiqliklərin də dil problemləri sırasında olmasını vurğulayıb.

Qeyd edək ki, təlimlərin keçirilməsinin əsas məqsədi media mühitində Azərbaycan dilinin düzgün, səlis və ədəbi norma çərçivəsində istifadəsinin təşviq edilməsidir

Nərmin Mustafayeva

Xəbər Lenti

“Zəkaların mübarizəsi” olimpiadasının regional mərhələsi keçiriləcək15.04.2026 - 13:34
Türkiyədən gəlmiş şagirdlər BMU-nun tədrisvə tədqiqat infrastrukturu ilə tanış olublar15.04.2026 - 13:21
Elmi konfrans: “Milli ruhun təntənəsi - Məhəmmədhüseyn Şəhriyar”15.04.2026 - 13:03
“Azərbaycanın gənc aqroliderləri” təqaüd proqramının qalibləri müəyyənləşib15.04.2026 - 12:46
Sinifdə ünsiyyət problemi uşağın dərs uğuruna necə təsir edir? - Aytən Ələkbərova15.04.2026 - 12:43
“Heydər Əliyev Ensiklopediyası” üzərində işlər tamamlanıb15.04.2026 - 12:38
Azərbaycan fəlsəfəsində yeni mərhələ: “Sufi fenomenologiya” dünya oxucusuna təqdim edilib15.04.2026 - 12:26
Aprelin 19-da 37 mindən çox şagird imtahan verəcək15.04.2026 - 12:10
Valideyn-məktəb əməkdaşlığı şagirdin inkişafında əsas rol oynayır - Pedaqoqdan açıqlama 15.04.2026 - 09:55
Tələbə beynəlxalq robot yarışmasında birinci oldu15.04.2026 - 09:50
BDU-da Zəngəzurun etno-mədəni irsi araşdırılır15.04.2026 - 09:40
Nazir müavini Qubada pedaqoji heyətlə görüşüb15.04.2026 - 09:31
ADU-da professor Nurəddin Kazımovun 100 illik yubileyinə həsr olunan beynəlxalq konfrans keçirilib 15.04.2026 - 09:20
İnfarktın qarşısını almaq üçün yeni tövsiyələr15.04.2026 - 09:10
Qazaxıstanın Abay Universitetinin magistrantları BDU-nun Fizika fakültəsində təcrübə keçiblər15.04.2026 - 09:00
ADU-da WUF13-ə həsr olunmuş tədbir keçirilib15.04.2026 - 08:50
“Rəqəmsal hüquqlar və təhlükəsiz internet” mövzusunda maarifləndirici görüş15.04.2026 - 08:41
Atırau Dövlət Universitetinin nümayəndə heyəti LDU-dadır15.04.2026 - 08:30
Qədim insanların kosmosla əlaqə qurduğuna dair dəlillər tapılıb15.04.2026 - 08:21
Bu gün hava necə olacaq? - PROQNOZ15.04.2026 - 08:12
Şəkidə Respublika fənn olimpiadalarının finalına vəsiqə qazanan şagirdlərlə görüş olub15.04.2026 - 08:00
Artemida-2” missiyası kosmonavtikada yeni mərhələnin əsasını qoyub15.04.2026 - 07:52
Xəzər dənizində zəlzələ olub15.04.2026 - 07:41
ADU-da Frankofoniya Gününə həsr olunmuş müsabiqə keçirilib15.04.2026 - 07:30
ADU-da Macar Mərkəzi tərəfindən Pasxa ənənələrinə həsr olunmuş tədbir keçirilib15.04.2026 - 07:21
Magistraturaya qeydiyyat başa çatdı: bu qədər bakalavrın ərizəsi təsdiqləndi15.04.2026 - 07:10
Nur paylayan alim: Zərifə Əliyevanın həyat yolu və mənəvi dünyası15.04.2026 - 06:11
Mingəçevirdə trolleybus sistemi yaradıldı15.04.2026 - 05:42
Azərbaycan və Fələstin arasında diplomatik münasibətlərin əsası qoyuldu15.04.2026 - 05:18
Bakıda Gənclik Mall ticarət mərkəzi istifadəyə verildi15.04.2026 - 05:06
Telman Adıgözəlov – səhnə və ekranın sevilən siması15.04.2026 - 04:54
Vəli Qədimov – klarnet sənətinin ustadı kimi yadda qaldı15.04.2026 - 04:36
Zərifə Əliyeva – Azərbaycan tibb elminin görkəmli nümayəndəsi15.04.2026 - 04:18
Sadıq Dadaşov – Azərbaycan memarlığının görkəmli simalarından biri15.04.2026 - 04:00
Sabaha yenə yağış gözlənilir14.04.2026 - 19:56
Alimlərdən yeni açıqlama: Kainatın sonu daha tez gələ bilər14.04.2026 - 19:48
DİM məktəblərə 105 mindən çox tədris vəsaiti göndərib14.04.2026 - 19:42
Azərbaycan Özbəkistanda keçirilən təhsil sərgisində təmsil olunur14.04.2026 - 19:35
Təhsilin İnkişafı Fondu 332 nəfərin IELTS xərcini qarşıladı14.04.2026 - 19:26
Titanikdən 114 il keçir: bir gecənin dəyişdirdiyi minlərlə həyat14.04.2026 - 19:21
Məktəb menyularında sağlamlıq islahatı: qızardılmış yeməklər çıxarılır14.04.2026 - 19:16
Azərbaycan alimi beynəlxalq elmi müsabiqənin qalibi olub14.04.2026 - 19:10
PIRLS 2026 ilə bağlı maarifləndirici görüşlər keçirilir14.04.2026 - 19:06
Bağçalarda erkən akademik yük nə dərəcədə doğrudur? – Məktəbəqədər təhsil eksperti açıqladı14.04.2026 - 19:02
Balakəndə “Oyunla oxuyaq” layihəsi: Süni intellekt və erkən inkişaf bir arada14.04.2026 - 19:00
BMU-da gənclərin fövqəladə hallarda roluna həsr olunan tədbir keçirilib14.04.2026 - 18:54
Evdə təhsil alan şagirdlərə dəstək layihəsinin icrasına başlanılıb14.04.2026 - 18:50
Silahlı hücum baş verən liseydə dərslər 4 gün dayandırıldı14.04.2026 - 18:46