Təhsil 365 - Logo Mobile

"Adsız qəhrəman" filminin təqdimatı olub

9722.02.2026 - 15:37
"Adsız qəhrəman" filminin təqdimatı olub

Xocalı şəhidinin döyüş yolundan bəhs edən "Adsız qəhrəman" filminin təqdimatı olub.

“Tehsil365“ Report-a istinadən xəbər verir ki, Bakı Avrasiya Mətbuat Fondunun (BAMF) "Avrasiya Media Şəbəkəsi"nin hazırladığı film 1992-ci ilin 26 fevralında Xocalı soyqırımı zamanı qəhrəmancasına şəhid olan polis Məzahir Əbilovun həyat və döyüş yolundan bəhs edir. Ekran əsərinin rejissoru Roman Yaşar, ssenari müəllifi isə Rey Kərimoğludur.

Tədbirdə Milli Qəhrəman, şəhid ailələri, Vətən Müharibəsi qəhrəmanı, millət vəkilləri, şəhidin döyüş yoldaşları, yaxınları, həmkəndliləri iştirak ediblər.

Qarabağ qazisi Rey Kərimoğlu filmin təqdimatında deyib ki, Məzahir Əbilov soyqırımı gecəsi Xocalıda olub və sonadək döyüşüb: "O, əhalini Xocalıdan çıxaranda ayağından yaralanıb və çox güman ki, əsir düşərək şəhid olub. Bir Xocalı sakini isə deyir ki, fevralın 27-si gecə saatlarında Məzahir Əbilov hələ həyatda idi və onun qızını ermənilərdən xilas edib. Ümumiyyətlə, Məzahir onlarla Xocalı sakininin həyatını qurtarıb".

Qeyd edək ki, Əbilov Məzahir Yaqub oğlu 1969-cu il, yanvarın 29-da (sənəddə martın 29-u qeyd edilib) Ağdam rayonunun Muğanlı kəndində doğulub. Orta məktəbi bitirdikdən sonra 1987-89-cu illərdə sovetlər birliyi dövründə hərbi xidmətdə olub. 1990-ci ildə vətənə olan sevgisi, dinc sakinlərin həyatından narahatlığı onu Xocalıya aparıb. Xocalıda milis işçisi kimi xidmətə başlayıb. Silahdaşları ilə birgə "Bozdağ", "Həsənabad", "Daşbulaq", "Mehdikənd" və digər əməliyyatlarda iştirak edib. O, 1992-ci ildə ermənilərin Xocalıda törətdikləri vəhşilik zamanı soydaşlarımızı xilas edərkən itkin düşüb.

Mehriban İbadova

Xəbər Lenti

Fireland Azərbaycanlılar Birliyi Belçikada beynəlxalq şahmat turniri təşkil edib22.02.2026 - 19:35
Hyustonda Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş beynəlxalq konfrans keçirilib22.02.2026 - 19:25
Məktəbəqədər təhsil uşağın gələcək akademik və sosial inkişafına nə qədər təsir göstərir? – Ekspert açıqladı22.02.2026 - 19:20
Şahmat üzrə Azərbaycan çempionatının bağlanış mərasimi keçirilib22.02.2026 - 19:12
Marneulidə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb22.02.2026 - 19:06
İstanbulda Xocalı soyqırımının qurbanları yad edilib22.02.2026 - 18:54
“Şəhər və region təhsili arasında həm oxşarlıq, həm də fərqlər var” – Region müəllimi ilə müsahibə22.02.2026 - 18:45
Heyva tumunun faydaları: Təbii şəfa mənbəyi22.02.2026 - 18:40
Meteohəssas insanları nə gözləyir?22.02.2026 - 18:36
Ukrayna nəşrində Xocalı soyqırımına dair məqalə dərc edilib22.02.2026 - 18:30
WUF Akademiyasında qısa mühazirə üçün müraciətin son tarixi açıqlanıb22.02.2026 - 18:23
Ülviyyə Fətəliyeva karyerasında ilk dəfə Azərbaycan çempionu olub22.02.2026 - 18:15
Şahmat üzrə Azərbaycan çempionatına yekun vurulub22.02.2026 - 18:10
ABŞ-də uğur qazanmış rəssam Vüqar Quliyev Bakıda fərdi sərgi keçirib22.02.2026 - 18:06
Qazdıqları məzardan qızıl “fışqırdı” - Fotolar22.02.2026 - 18:00
Android" əməliyyat sistemində yeni funksiyalar təqdim olunub22.02.2026 - 17:54
Azərbaycan dili keçmişimiz, bu günümüz və sabahımızdır22.02.2026 - 17:52
Ağ çörəyin hansı faydaları var?22.02.2026 - 17:44
Pişiklər öz sahiblərini uzun müddət yadda saxlaya bilir - Alimlərdən araşdırma22.02.2026 - 17:40
Mingəçevir Dövlət Universitetində dayanıqlı inkişaf məqsədləri üzrə konkret hədəflər müəyyənləşdirilib22.02.2026 - 17:35
Ürək tutması riski ən yüksək olan iki qadın qrupu22.02.2026 - 17:30
NASA Aya ekipajlı missiya göndərmək planlarından imtina edib22.02.2026 - 17:25
Tehranda tələbələrin etiraz aksiyası22.02.2026 - 17:17
Süni intellekt ruhi sağlamlığa təsir edir - ChatGPT təhlükəlidir22.02.2026 - 17:14
Bolnisidə Xocalı faciəsinin ildönümü - “Böyüməyən uşaqlar” kitabının təqdimatı22.02.2026 - 17:10
XI siniflər üçün monitorinqi keçirilib22.02.2026 - 17:05
BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdləri üçün esse müsabiqəsi – “Mənim şəhərim”22.02.2026 - 17:00
Həm faydasızdı, həm də ziyanlı22.02.2026 - 16:53
Qar yağacaq - Xəbərdarlıq22.02.2026 - 16:47
Təzyiqi salan təbii güc - dərman yox, banan!22.02.2026 - 16:37
Ən təhlükəli bişirmə üsulu - Bağırsaq xərçəngi riskini artırır22.02.2026 - 16:30
Qan şəkərinin stabilləşdirilməsi üçün ən yaxşı qida açıqlandı22.02.2026 - 16:21
İndoneziyada yarasalarda Nipah virusuna qarşı antitellər aşkarlanıb22.02.2026 - 16:16
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir22.02.2026 - 16:10
Marneulidə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb22.02.2026 - 16:00
Həkim Rasif Bağırov: Vitamin çatışmazlığını təbii yollarla aradan qaldırmaq mümkündür22.02.2026 - 15:51
Gürcüstanın Bolnisi şəhərində Xocalı faciəsinin ildönümü qeyd olunub22.02.2026 - 15:43
Şüşə üzərində məlumat saxlama ixtirası: Bəşəriyyət üçün dönüş nöqtəsidir?22.02.2026 - 15:30
Hamının yediyi bu qidalar görün orqanizmə necə zərər vurur22.02.2026 - 15:21
Bakıda Davud Kazımovun anadan olmasının 100 illiyinə həsr olunmuş sərgi açılıb22.02.2026 - 15:15
Azərbaycan və Avstriya arasında musiqi təhsili sahəsində əməkdaşlıq müzakirə edilib22.02.2026 - 15:07
Tədqiqat: Qışda Günəş işığı çatışmazlığı yuxunu pozur və əhvali-ruhiyyəni aşağı salır22.02.2026 - 15:00
Windows 11-də yeni funksiya: İnternet sürətiniz artacaq22.02.2026 - 09:58
Günəşin səthindəki bütün ləkələr yoxa çıxıb? - FOTO22.02.2026 - 09:45
Ramazan ayında nə yemək olmaz? - AQTA22.02.2026 - 09:40
Davud Kazımovun 100 illiyinə həsr olunmuş sərgi22.02.2026 - 09:27
Bakıda birinci kurs tələbəsi faciəvi şəkildə həlak olub 22.02.2026 - 09:20