Təhsil 365 - Logo Mobile

Həkim Rasif Bağırov: Vitamin çatışmazlığını təbii yollarla aradan qaldırmaq mümkündür

9622.02.2026 - 15:51
Həkim Rasif Bağırov: Vitamin çatışmazlığını təbii yollarla aradan qaldırmaq mümkündür

Bağırov bildirib ki, insanların təxminən 90 faizi gündəlik qidalanma ilə lazım olan vitaminləri qəbul edir.

Həkim Rasif Bağırov “Tehsil365”ə verdiyi açıqlamasında insanların gündəlik qəbul etdikləri qidaların tərkibində demək olar ki, bütün vitaminlərin mövcud olduğunu vurğulayıb. Onun sözlərinə görə, əsas məsələ hansı vitaminin çatışmazlığının olduğunu dəqiqləşdirməkdir. Çatışmazlıq müəyyən edildikdən sonra həmin vitaminin daha çox olduğu meyvə, tərəvəz və digər qida məhsullarından istifadə etməklə balansı bərpa etmək mümkündür.

Lakin bəzi hallarda orqanizmdə müəyyən vitaminlərin miqdarı az ola bilər. Bu zaman həmin vitaminin mənbəyi olan qidaların seçilməsi vacibdir. Məsələn, C vitamini daha çox sitrus meyvələrində, A vitamini kök və ispanaqda, B qrupu vitaminləri isə taxıl məhsullarında və paxlalılarda bol miqdarda mövcuddur.

Həkim xüsusi olaraq D vitamini mövzusuna toxunaraq bildirib ki, bu vitamin qidaların tərkibində olmur. D vitamini yalnız günəş işığı vasitəsilə orqanizmə daxil olur. Onun sözlərinə görə, dərman preparatlarından istifadə etmək istəməyən insanlar üçün ən yaxşı yol günəş şüalarından bol şəkildə faydalanmaqdır. Günəş vannaları qəbul etmək, açıq havada vaxt keçirmək bu vitaminin çatışmazlığının qarşısını almağın ən təbii üsuludur.

Bağırov əlavə edib ki, düzgün qidalanma və təbii mənbələrdən istifadə etməklə vitamin çatışmazlığının qarşısını almaq mümkündür. Bu yanaşma həm sağlamlığın qorunmasına, həm də dərmanlardan asılılığın azalmasına kömək edir. Onun sözlərinə görə, vitamin balansının qorunması immunitetin güclənməsinə, enerji səviyyəsinin artmasına və ümumi sağlamlığın yaxşılaşmasına səbəb olur.

Rasif Bağırov insanların sağlamlığını qorumaq üçün ilk növbədə vitamin çatışmazlığını dəqiqləşdirməyi, daha sonra isə həmin vitaminin təbii mənbələrini gündəlik qidalanmaya daxil etməyi tövsiyə edib.

Mehriban İbadova

Xəbər Lenti

Fireland Azərbaycanlılar Birliyi Belçikada beynəlxalq şahmat turniri təşkil edib22.02.2026 - 19:35
Hyustonda Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş beynəlxalq konfrans keçirilib22.02.2026 - 19:25
Məktəbəqədər təhsil uşağın gələcək akademik və sosial inkişafına nə qədər təsir göstərir? – Ekspert açıqladı22.02.2026 - 19:20
Şahmat üzrə Azərbaycan çempionatının bağlanış mərasimi keçirilib22.02.2026 - 19:12
Marneulidə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb22.02.2026 - 19:06
İstanbulda Xocalı soyqırımının qurbanları yad edilib22.02.2026 - 18:54
“Şəhər və region təhsili arasında həm oxşarlıq, həm də fərqlər var” – Region müəllimi ilə müsahibə22.02.2026 - 18:45
Heyva tumunun faydaları: Təbii şəfa mənbəyi22.02.2026 - 18:40
Meteohəssas insanları nə gözləyir?22.02.2026 - 18:36
Ukrayna nəşrində Xocalı soyqırımına dair məqalə dərc edilib22.02.2026 - 18:30
WUF Akademiyasında qısa mühazirə üçün müraciətin son tarixi açıqlanıb22.02.2026 - 18:23
Ülviyyə Fətəliyeva karyerasında ilk dəfə Azərbaycan çempionu olub22.02.2026 - 18:15
Şahmat üzrə Azərbaycan çempionatına yekun vurulub22.02.2026 - 18:10
ABŞ-də uğur qazanmış rəssam Vüqar Quliyev Bakıda fərdi sərgi keçirib22.02.2026 - 18:06
Qazdıqları məzardan qızıl “fışqırdı” - Fotolar22.02.2026 - 18:00
Android" əməliyyat sistemində yeni funksiyalar təqdim olunub22.02.2026 - 17:54
Azərbaycan dili keçmişimiz, bu günümüz və sabahımızdır22.02.2026 - 17:52
Ağ çörəyin hansı faydaları var?22.02.2026 - 17:44
Pişiklər öz sahiblərini uzun müddət yadda saxlaya bilir - Alimlərdən araşdırma22.02.2026 - 17:40
Mingəçevir Dövlət Universitetində dayanıqlı inkişaf məqsədləri üzrə konkret hədəflər müəyyənləşdirilib22.02.2026 - 17:35
Ürək tutması riski ən yüksək olan iki qadın qrupu22.02.2026 - 17:30
NASA Aya ekipajlı missiya göndərmək planlarından imtina edib22.02.2026 - 17:25
Tehranda tələbələrin etiraz aksiyası22.02.2026 - 17:17
Süni intellekt ruhi sağlamlığa təsir edir - ChatGPT təhlükəlidir22.02.2026 - 17:14
Bolnisidə Xocalı faciəsinin ildönümü - “Böyüməyən uşaqlar” kitabının təqdimatı22.02.2026 - 17:10
XI siniflər üçün monitorinqi keçirilib22.02.2026 - 17:05
BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdləri üçün esse müsabiqəsi – “Mənim şəhərim”22.02.2026 - 17:00
Həm faydasızdı, həm də ziyanlı22.02.2026 - 16:53
Qar yağacaq - Xəbərdarlıq22.02.2026 - 16:47
Təzyiqi salan təbii güc - dərman yox, banan!22.02.2026 - 16:37
Ən təhlükəli bişirmə üsulu - Bağırsaq xərçəngi riskini artırır22.02.2026 - 16:30
Qan şəkərinin stabilləşdirilməsi üçün ən yaxşı qida açıqlandı22.02.2026 - 16:21
İndoneziyada yarasalarda Nipah virusuna qarşı antitellər aşkarlanıb22.02.2026 - 16:16
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir22.02.2026 - 16:10
Marneulidə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb22.02.2026 - 16:00
Gürcüstanın Bolnisi şəhərində Xocalı faciəsinin ildönümü qeyd olunub22.02.2026 - 15:43
"Adsız qəhrəman" filminin təqdimatı olub22.02.2026 - 15:37
Şüşə üzərində məlumat saxlama ixtirası: Bəşəriyyət üçün dönüş nöqtəsidir?22.02.2026 - 15:30
Hamının yediyi bu qidalar görün orqanizmə necə zərər vurur22.02.2026 - 15:21
Bakıda Davud Kazımovun anadan olmasının 100 illiyinə həsr olunmuş sərgi açılıb22.02.2026 - 15:15
Azərbaycan və Avstriya arasında musiqi təhsili sahəsində əməkdaşlıq müzakirə edilib22.02.2026 - 15:07
Tədqiqat: Qışda Günəş işığı çatışmazlığı yuxunu pozur və əhvali-ruhiyyəni aşağı salır22.02.2026 - 15:00
Windows 11-də yeni funksiya: İnternet sürətiniz artacaq22.02.2026 - 09:58
Günəşin səthindəki bütün ləkələr yoxa çıxıb? - FOTO22.02.2026 - 09:45
Ramazan ayında nə yemək olmaz? - AQTA22.02.2026 - 09:40
Davud Kazımovun 100 illiyinə həsr olunmuş sərgi22.02.2026 - 09:27
Bakıda birinci kurs tələbəsi faciəvi şəkildə həlak olub 22.02.2026 - 09:20