Azərbaycanda hava şəraiti dəyişəcək.
“Tehsil365“ Qafqazinfo-ya istinadən xəbər verir ki,Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Azərbaycanın rayonlarında fevralın 23-də əsasən gecə və axşam saatlarında, 24-də bəzi yerlərdə hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə intensivləşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

