Təhsil 365 - Logo Mobile

ABŞ-də uğur qazanmış rəssam Vüqar Quliyev Bakıda fərdi sərgi keçirib

7222.02.2026 - 18:06
ABŞ-də uğur qazanmış rəssam Vüqar Quliyev Bakıda fərdi sərgi keçirib

Bakıda azərbaycanlı-amerikalı rəssam Vüqar Quliyevin "Dönüş nöqtəsi" adlı fərdi sərgisinin açılışı baş tutub.

“Tehsil365” xəbər verir ki, sərgi "Nine Senses" incəsənət mərkəzində keçirilib.

Sərginin kuratoru Sofiya Frank qeyd edib ki, son illər narahatlıq və sarsıntılar dövrü olub, dünya münaqişələr dalğası ilə üz-üzə qalıb – Qarabağdan Ukraynaya, Qəzza zolağından Kəşmirə, Kosovodan Tayvana qədər. Üçüncü Dünya müharibəsi ifadəsi getdikcə daha çox səslənir və müharibə yenidən insan talelərini müəyyən edən əsas amilə çevrilir:

"Мüharibə yaşamış insanlar artıq heç vaxt əvvəlki kimi olmurlar. Hər kəsin həyatında dönüş nöqtəsi yaranır – elə bir an ki, ondan sonra keçmişə qayıtmaq mümkün deyil. Bu nöqtə itki ola bilər – evin, yaxın insanın, insanlığa inamın itirilməsi. Amma bu həm də qazanc ola bilər – yeni hisslər, münasibətlər, dərk etmələr. Müharibə insan təcrübəsinin ən ekstremal forması kimi həm cəhənnəmi, həm də ilahi duyğuları üzə çıxarır. Kritik anda biz insanlıq adlandırdığımız anlayışı tanıya bilirik – saf, müqəddəs və dəyərli".

Rəssam Vüqar Quliyev zaman keçdikcə hadisələrin qavranılmasının necə dəyişdiyini, xatirələrin şəraitin, ideologiyaların və şəxsi yaşantıların təzyiqi altında necə transformasiya olunduğunu araşdırır. Sərgidə təqdim olunan hər bir əsər yaddaşda dirçəldilən, yenidən düşünülən, lakin unudulmayan vizuallaşdırılmış dönüş nöqtəsidir.

Çoxqatlı texnika, rəng kontrastı və nöqtələrin ritmi vasitəsilə Quliyev xatirələrimizdə zamanın izini təsvir edir. Onun əsərləri həm xronika, həm də düşüncədir. Bu işlərdə itki ağrısı ilə yanaşı, işığın əksi, içimizdəki müqəddəsin təzahürü də var.

Vüqar Quliyev ABŞ-də mükafatlara layiq görülmüş rəssamdır. O, 1984-cü ildə Azərbaycanda anadan olub və yaradıcılıq yoluna uşaqlıqdan başlayıb. 1999-cu ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbnə daxil olub. 2003-cü ildə təhsilini Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında davam etdirib.

Quliyev tələbəlik illərindən etibarən Bakı şəhərində keçirilən bir çox sərgidə iştirak edib, tanınmış kurator Leyla Axundzadənin layihələrində yer alıb, Cənubi Koreya, Almaniya və Fransada keçirilən qrup sərgilərində ekspozisiya olunub. 2016-cı ildə isə Paris şəhərində onun fərdi sərgisi keçirilib. Son bir neçə ildə rəssamın əsərləri ABŞ-nin müxtəlif qalereyalarında fəal şəkildə nümayiş etdirilir. Diqqətəlayiq haldır ki, o, Amerikada keçirilən sərgilərdə dörd dəfə birinci yerə layiq görülüb. Bu ilin yanvar ayında onun "Astral Drift" əsəri Hill Mərkəzində keçirilən "Regional Juried Exhibition" sərgisində ən yaxşı əsər kimi tanınıb. Kuratorlar bu əsəri Vaşinqton paytaxt regionu (Kolumbiya ştatı), Virciniya və Merilenddən olan rəssamların 800-dən çox əsəri arasından seçiblər. 2025-ci ilin iyulunda Vüqar Quliyevin "Xəyal Meşəsi: Nömrə 02" əsəri "The Art League" qalereyasında keçirilən sərgidə baş mükafatı qazanıb. Həmin ilin aprelində keçirilən "miniMAX" sərgisində "Pıçıldayan Atəş" əsəri də baş mükafatı qazanıb. Eyni rəssamın bu qalereyada qısa müddət ərzində növbəti dəfə qalib gəlməsi unikal hadisədir. Mükafat qazanan rəsmlər arasında V. Quliyevin 2024-cü ilin oktyabrında ABŞ-nin "Arlington Artist Alliance" qalereyasında keçirilən sərgidə birinci yeri tutan "Absurd Gecə Gəzintisi" də olub.

Hazırda onun bir neçə əsəri Müasir İncəsənət Muzeyində daimi ekspozisiyada nümayiş olunur.

"Dönüş nöqtəsi" sərgisi 21 mart tarixinədək davam edəcək. Sərgidə Vüqar Quliyevin 10 əsəri təqdim olunur ki, onların arasında yuxarıda adı çəkilən "Whispering Fire" əsəri də var. Qeyd edək ki, bu sərgidə nümayiş olunan əsərlərin əksəriyyəti ilk dəfə təqdim edilir.

Nərmin Mustafayeva

Xəbər Lenti

Fireland Azərbaycanlılar Birliyi Belçikada beynəlxalq şahmat turniri təşkil edib22.02.2026 - 19:35
Hyustonda Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş beynəlxalq konfrans keçirilib22.02.2026 - 19:25
Məktəbəqədər təhsil uşağın gələcək akademik və sosial inkişafına nə qədər təsir göstərir? – Ekspert açıqladı22.02.2026 - 19:20
Şahmat üzrə Azərbaycan çempionatının bağlanış mərasimi keçirilib22.02.2026 - 19:12
Marneulidə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb22.02.2026 - 19:06
İstanbulda Xocalı soyqırımının qurbanları yad edilib22.02.2026 - 18:54
“Şəhər və region təhsili arasında həm oxşarlıq, həm də fərqlər var” – Region müəllimi ilə müsahibə22.02.2026 - 18:45
Heyva tumunun faydaları: Təbii şəfa mənbəyi22.02.2026 - 18:40
Meteohəssas insanları nə gözləyir?22.02.2026 - 18:36
Ukrayna nəşrində Xocalı soyqırımına dair məqalə dərc edilib22.02.2026 - 18:30
WUF Akademiyasında qısa mühazirə üçün müraciətin son tarixi açıqlanıb22.02.2026 - 18:23
Ülviyyə Fətəliyeva karyerasında ilk dəfə Azərbaycan çempionu olub22.02.2026 - 18:15
Şahmat üzrə Azərbaycan çempionatına yekun vurulub22.02.2026 - 18:10
Qazdıqları məzardan qızıl “fışqırdı” - Fotolar22.02.2026 - 18:00
Android" əməliyyat sistemində yeni funksiyalar təqdim olunub22.02.2026 - 17:54
Azərbaycan dili keçmişimiz, bu günümüz və sabahımızdır22.02.2026 - 17:52
Ağ çörəyin hansı faydaları var?22.02.2026 - 17:44
Pişiklər öz sahiblərini uzun müddət yadda saxlaya bilir - Alimlərdən araşdırma22.02.2026 - 17:40
Mingəçevir Dövlət Universitetində dayanıqlı inkişaf məqsədləri üzrə konkret hədəflər müəyyənləşdirilib22.02.2026 - 17:35
Ürək tutması riski ən yüksək olan iki qadın qrupu22.02.2026 - 17:30
NASA Aya ekipajlı missiya göndərmək planlarından imtina edib22.02.2026 - 17:25
Tehranda tələbələrin etiraz aksiyası22.02.2026 - 17:17
Süni intellekt ruhi sağlamlığa təsir edir - ChatGPT təhlükəlidir22.02.2026 - 17:14
Bolnisidə Xocalı faciəsinin ildönümü - “Böyüməyən uşaqlar” kitabının təqdimatı22.02.2026 - 17:10
XI siniflər üçün monitorinqi keçirilib22.02.2026 - 17:05
BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdləri üçün esse müsabiqəsi – “Mənim şəhərim”22.02.2026 - 17:00
Həm faydasızdı, həm də ziyanlı22.02.2026 - 16:53
Qar yağacaq - Xəbərdarlıq22.02.2026 - 16:47
Təzyiqi salan təbii güc - dərman yox, banan!22.02.2026 - 16:37
Ən təhlükəli bişirmə üsulu - Bağırsaq xərçəngi riskini artırır22.02.2026 - 16:30
Qan şəkərinin stabilləşdirilməsi üçün ən yaxşı qida açıqlandı22.02.2026 - 16:21
İndoneziyada yarasalarda Nipah virusuna qarşı antitellər aşkarlanıb22.02.2026 - 16:16
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir22.02.2026 - 16:10
Marneulidə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb22.02.2026 - 16:00
Həkim Rasif Bağırov: Vitamin çatışmazlığını təbii yollarla aradan qaldırmaq mümkündür22.02.2026 - 15:51
Gürcüstanın Bolnisi şəhərində Xocalı faciəsinin ildönümü qeyd olunub22.02.2026 - 15:43
"Adsız qəhrəman" filminin təqdimatı olub22.02.2026 - 15:37
Şüşə üzərində məlumat saxlama ixtirası: Bəşəriyyət üçün dönüş nöqtəsidir?22.02.2026 - 15:30
Hamının yediyi bu qidalar görün orqanizmə necə zərər vurur22.02.2026 - 15:21
Bakıda Davud Kazımovun anadan olmasının 100 illiyinə həsr olunmuş sərgi açılıb22.02.2026 - 15:15
Azərbaycan və Avstriya arasında musiqi təhsili sahəsində əməkdaşlıq müzakirə edilib22.02.2026 - 15:07
Tədqiqat: Qışda Günəş işığı çatışmazlığı yuxunu pozur və əhvali-ruhiyyəni aşağı salır22.02.2026 - 15:00
Windows 11-də yeni funksiya: İnternet sürətiniz artacaq22.02.2026 - 09:58
Günəşin səthindəki bütün ləkələr yoxa çıxıb? - FOTO22.02.2026 - 09:45
Ramazan ayında nə yemək olmaz? - AQTA22.02.2026 - 09:40
Davud Kazımovun 100 illiyinə həsr olunmuş sərgi22.02.2026 - 09:27
Bakıda birinci kurs tələbəsi faciəvi şəkildə həlak olub 22.02.2026 - 09:20