Şahmat üzrə Azərbaycan çempionatının bağlanış mərasimi keçirilib.
"Tehsil365" in məlumatına görə, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov, şahmatçılar, məşqçilər və digər rəsmi şəxslər iştirak ediblər.
Tədbir çərçivəsində qaliblərin mükafatlandırma mərasimi baş tutub.
Qeyd edək ki, kişilər arasında Məhəmməd Muradlı, qadınlarda isə Ülviyyə Fətəliyeva Azərbaycan çempionu olub.
Yarışın mükafat fondu 92 min manat təşkil edib. Bu məbləğdən 62 min manat kişilərin, 30 min manat isə qadınların çempionatına aiddir.

