Bu gün Azərbaycan ədəbiyyatı tarixinin görkəmli tədqiqatçısı, akademik Həmid Araslının doğum günüdür. O, 1909-cu ildə anadan olub, 1983-cü ildə vəfat edib.
“Tehsil365” xəbər verir ki, Həmid Araslı Azərbaycan ədəbiyyatşünaslıq elminin inkişafında mühüm xidmətlər göstərmiş görkəmli alimlərdən biri olub. O, xüsusilə orta əsrlər Azərbaycan ədəbiyyatının dərin tədqiqatçısı kimi tanınıb və bu sahədə fundamental elmi əsərlər müəllifi kimi çıxış edib.
Alim eyni zamanda elm təşkilatçısı kimi də fəaliyyət göstərərək ədəbiyyatşünaslıq istiqamətində elmi məktəbin formalaşmasına töhfə verib, bir sıra gənc tədqiqatçıların yetişməsində mühüm rol oynayıb.
Qeyd edək ki, Həmid Araslının zəngin elmi irsi Azərbaycan ədəbiyyatı tarixinin öyrənilməsi və təbliği baxımından bu gün də aktuallığını qoruyur.

