1700-cü ildə Rusiya ilə İsveç arasında Şimal müharibəsi başlayıb. Müharibə 1721-ci ilə qədər davam edərək Şimali və Şərqi Avropada siyasi qüvvələr nisbətinin dəyişməsi ilə nəticələnib.
“Tehsil365” xəbər verir ki, münaqişə İsveç imperiyasının Baltik regionundakı üstünlüyünə qarşı yaradılmış koalisiyanın — Rusiya, Danimarka-Norveç və Saksoniya-Polşa ittifaqının iştirakı ilə baş verib.
Uzunmüddətli döyüşlər nəticəsində İsveç regiondakı mövqelərini xeyli zəiflədib, Rusiya isə Baltik dənizinə çıxış əldə edərək Avropanın aparıcı dövlətlərindən birinə çevrilib. 1721-ci ildə imzalanan Niştadt sülh müqaviləsi müharibəyə son qoyub.

