Təhsil 365 - Logo Mobile

BDU tələbələri və özbəkistanlı doktorantların iştirakı ilə təcrübə proqramı təşkil olunub - FOTO

9123.02.2026 - 10:41
BDU tələbələri və özbəkistanlı doktorantların iştirakı ilə təcrübə proqramı təşkil olunub - FOTO

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin təşəbbüsü ilə Özbəkistanın Buxara Tibb Universitetindən təcrübə keçmək üçün gəlmiş doktorantların, eləcə də fakültənin magistrant və biotexnologiya ixtisası üzrə təhsil alan I kurs tələbələrinin elmi-praktiki təcrübə proqramı təşkil olunub.

BDU-dan “Tehsil365"ə bildirilib ki, proqramın məqsədi iştirakçıların müasir laborator texnologiyaları, tətbiqi analiz metodları və aktual tədqiqat istiqamətləri ilə birbaşa tanışlığını təmin etmək olub.

Təcrübə proqramı çərçivəsində iştirakçılar BDU-nun Biologiya fakültəsinin ixtisaslaşmış laboratoriyalarında aparılan elmi-tədqiqat işləri ilə tanış olublar. Molekulyar biologiya, biokimya, genetik analiz və bitki biotexnologiyası istiqamətləri üzrə icra olunan layihələr barədə məlumat verilib, laborator avadanlıqların iş prinsipi, nümunələrin hazırlanması mərhələləri və analiz nəticələrinin interpretasiyası praktiki şəkildə izah edilib. Bu mərhələ tələbələrin nəzəri biliklərinin praktik mühitdə möhkəmləndirilməsi baxımından əhəmiyyətli olub.

İştirakçılar Molekulyar biologiya və biotexnologiyalar kafedrasının müəllimi dosent Roza Məmmədovanın rəhbərliyi ilə Azərbaycan Tibb Universitetinin Biokimya kafedrasında və klinik laboratoriyalarında olublar. Burada klinik laborator diaqnostikanın təşkili, molekulyar-bioloji metodların tibbdə tətbiqi və tam avtomatlaşdırılmış analiz sistemləri barədə təqdimat keçirilib. Klinik-diaqnostik laboratoriyada nümunələrin barkod sistemi ilə identifikasiyası və yüksək məhsuldarlıqlı analiz prosesi nümayiş etdirilib.

Təcrübə proqramı Əkinçilik Elmi-Tədqiqat İnstitutunda davam etdirilib. İnstitutda aparılan aqrar-bioloji tədqiqat istiqamətləri və laborator analiz metodları haqqında məlumat verilib. Təcrübə çərçivəsində “QIAGEN” şirkətinin elm və innovasiya üzrə direktoru İsmail Hakkı Taş tərəfindən “Glacial Advance” kapilyar elektroforez sistemi üzrə praktiki təlim keçirilib, cihazın iş prinsipi və nəticələrin analizi izah olunub.

Aydan Ələkbərova

Xəbər Lenti

Tariyel Vəliyev haqqında xəbər24.02.2026 - 05:06
Cəmil Müfidzadə haqqında xəbər24.02.2026 - 04:54
Bahadur Əliyev haqqında xəbər24.02.2026 - 04:36
Abbasqulu bəy Şadlinski haqqında xəbər24.02.2026 - 04:18
Abdulla Şaiq haqqında xəbər24.02.2026 - 04:00
Bakıda Davud Kazımovun anadan olmasının 100 illiyinə həsr olunmuş sərgi açılıb23.02.2026 - 19:55
Fransada aktyorlar süni intellektdən istifadəni məhdudlaşdırmağa çağırdılar23.02.2026 - 19:42
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi "WUF13"ə hazırlıq barədə məlumatlandırılıb23.02.2026 - 19:33
Məktəbəqədər təhsilin psixoloji inkişafda rolu nədir? – Psixoloq açıqladı23.02.2026 - 19:26
RFO-da iştirak edənlərin nəzərinə - buraxılış vərəqələri verilir23.02.2026 - 19:20
İçərişəhərdə turizm bələdçiləri üçün elmi-praktik təlim keçirilir23.02.2026 - 19:13
BDU tələbələrinə sığorta sahəsində qərarvermə mexanizmləri izah olunub23.02.2026 - 19:06
Ümumdünya Şəhərsalma Forumunun Azərbaycan ünvanı23.02.2026 - 19:00
Xankəndidə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb23.02.2026 - 18:52
Xocalıda törədilmiş qətliam insanlıq əleyhinə ən qatı cinayətdir23.02.2026 - 18:44
Bakıda media nümayəndələri üçün WUF13-lə bağlı məlumatlandırma sessiyası keçirilib23.02.2026 - 18:35
Prezident BMT-nin "Kibercinayətkarlığa qarşı" Konvensiyası üzrə səlahiyyətli orqanları müəyyən edib23.02.2026 - 18:24
Azərbaycan eksponatları Özbəkistanda nümayiş olunacaq23.02.2026 - 18:15
Səməd Vurğunun 120 illik yubileyi qeyd ediləcək23.02.2026 - 18:06
Məktəblərdə təlim və tərbiyə: valideyn–müəllim–şagird münasibətlərinin rolu23.02.2026 - 18:00
Xaricdə təhsil almış şəxslər üçün imtahan olacaq23.02.2026 - 17:56
"WhatsApp"a çoxdan gözlənilən funksiya gəldi23.02.2026 - 17:52
Gömrük Akademiyasına qəbul: qaydalar və şərtlər23.02.2026 - 17:47
ABŞ universiteti UNEC alimi haqqında məqalə dərc edib: “UNEC-dən Vaşinqton Universitetinə”23.02.2026 - 17:44
Azərbaycan qabaqcıl şəhərsalma modellərini uğurla tətbiq edir23.02.2026 - 17:40
Azərbaycan-Serbiya əməkdaşlığında təhsil və elmin yeri23.02.2026 - 17:38
Məskunlaşma Proqramının nümayəndəsi: Qax, Lənkəran, Şəki və Gəncədə WUF13 tədbirləri keçiriləcək23.02.2026 - 17:33
Sumqayıt Teatrında yeni tamaşanın premyerası olacaq23.02.2026 - 17:29
BMU-da Mikroskopik tədqiqatlar və Mikrobiologiya laboratoriyaları istifadəyə verilib23.02.2026 - 17:26
“Xocalı - qanımızdan keçən dirçəliş” - anım tədbiri23.02.2026 - 17:20
İsgəndər Sərdarlı: “Yaddaş sandığı” layihəsi xalqımızın mədəniyyət ənənələrini dərindən təhlil edəcək23.02.2026 - 17:17
Birinci Türkoloji Qurultayın materialları mətbuat kontekstində23.02.2026 - 17:12
Azərbaycan eksponatları Özbəkistanda nümayiş olunacaq23.02.2026 - 17:10
Təhsil İnstitutu və ADPU arasında əməkdaşlıq haqqında memorandum imzalanıb23.02.2026 - 17:05
Brüsseldə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçirilib23.02.2026 - 17:00
Professor Qafar Cəbiyev: “Tarixi abidələri qorumaq hər bir vətəndaşın borcudur”23.02.2026 - 16:52
Psixoloq Mətanət Əliyeva: “Sosial mediada yayılan qəlibləşmiş gözəllik standartları qadın psixologiyasına ciddi təsir göstərir”23.02.2026 - 16:46
Azərbaycanlı tələbə beynəlxalq “IT bootcamp” proqramına seçilib23.02.2026 - 16:40
Sankt-Peterburqda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb23.02.2026 - 16:34
Türk xalqlarının elmi-mədəni birliyində Birinci Türkoloji Qurultayın yeri: Naxçıvanda elmi müzakirələr23.02.2026 - 16:29
Runik yazıdan Kiril əlifbasına: türk dillərinin inkişafında dönüş mərhələləri23.02.2026 - 16:22
UNEC türk dövlətlərində ən yaxşı 14-cü universitetdir23.02.2026 - 16:17
Türk alimləri Ay və Mars torpağına bənzər mühitdə pomidor yetişdiriblər23.02.2026 - 16:08
“Xocalı - qanımızdan keçən dirçəliş” - anım tədbiri23.02.2026 - 16:00
AQTA: Bakı-Abşeron və Sumqayıtda quş cəsədləri nümunələrində xüsusi xəstəlik aşkarlanmayıb23.02.2026 - 15:51
BDU-da bitkilərin stresə davamlılığı üzrə elmi nəticələr əldə olunub23.02.2026 - 15:43
Sofiya Frank: Rəssamlar ekoloji problemlərə diqqət yönəldilməsi üçün nə etməlidirlər?23.02.2026 - 15:39
AMEA-da ortaq türk əlifbası ilə ilk poeziya antologiyası nəşr olunub23.02.2026 - 15:32