Təhsil 365 - Logo Mobile

İsrailin Hayfa Universiteti magistratura proqramları üzrə müraciətləri qəbul edir

8523.02.2026 - 11:21
İsrailin Hayfa Universiteti magistratura proqramları üzrə müraciətləri qəbul edir

İsrailin Hayfa Universiteti magistratura proqramları üzrə tələbə müraciətlərini (bakalavr və magistr) qəbul edir.

Bakı Dövlət Universitetindən (BDU) “Tehsil365"ə bildirilib ki, “Dəniz sivilizasiyaları (Maritime Civilizations)” üzrə magistr proqramı (1 yer) arxeologiya sahəsi üzrə ixtisaslaşmış, dəniz və sahil mühitində formalaşmış cəmiyyətlərin maddi mədəniyyətinin, iqtisadiyyatının və sosial strukturlarının elmi-arxeoloji metodlarla tədqiqinə yönəlib. Məzunlara humanitar elmlər sahəsi üzrə magistr dərəcəsi veriləcək. Təhsil müddəti 1+1 il olan proqramın əsas istiqaməti dəniz arxeologiyası, sahil arxeologiyası və sualtı arxeoloji tədqiqatlar üzərində qurulub. Tədris prosesi dənizlə bağlı arxeoloji abidələrin – liman qurğularının, batmış yaşayış yerlərinin, gəmi qalıqlarının, sahil infrastrukturlarının və dəniz ticarəti ilə əlaqəli maddi-mədəniyyət nümunələrinin öyrənilməsini əhatə edir.

Bu proqramın mühüm üstünlüklərindən biri Hayfa Universitetinin dəniz arxeologiyası sahəsində beynəlxalq nüfuza malik elmi mərkəzlər ilə əlaqəsidir. Burada tələbələr sualtı arxeologiya, sahil tədqiqatları və dəniz mədəni irsinin qorunması üzrə praktiki təlimlər keçəcək və Aralıq dənizi regionunda aparılan real arxeoloji layihələrdə iştirak imkanı qazanacaqlar.

Proqrama arxeologiya, tarix, antropologiya, klassik tədqiqatlar, Yaxın Şərq araşdırmaları (arxeologiya üzrə baza biliklərinə malik olanlar) üzrə bakalavr və ya magistr dərəcəsi olan namizədlər qəbul edilə bilər.

“Arxeometriya (Archaeological Science)” üzrə magistr proqramı (1 yer) arxeoloji tədqiqatlarda dəqiq və təbiət elmlərinin metodlarının tətbiqinə əsaslanır və yüksək elmi-analitik yöndədir. Məzunlara dəqiq elmlər sahəsi üzrə magistr dərəcəsi veriləcək. Təhsil müddəti 2+1 il olan proqramın əsas tədris istiqaməti kimya və fizika elmlərinə söykənir. Tədris prosesi arxeoloji materialların (keramika, metal, şüşə, daş və s.) tərkib analizi, istehsal texnologiyalarının öyrənilməsi, yaş təyini üsulları, izotop analizləri və laboratoriya əsaslı elmi interpretasiya bacarıqlarının formalaşdırılmasını nəzərdə tutur.

Proqramın mühüm üstünlüklərindən biri Texnion – İsrail Texnologiya İnstitutu ilə əməkdaşlıqdır. Tələbələr yüksək texnoloji laboratoriyalarda praktiki kurslara qoşulacaq, Texnion bazasının yüksək dəqiqlikli SEM mikroskopları, konfokal mikroskoplar, eləcə də digər müasir fiziki-kimyəvi analiz metodlarından istifadə imkanı əldə edəcəklər.

Bu proqrama kimya, fizika, materialşünaslıq, geologiya, arxeologiya (dəqiq elmlər üzrə baza biliklərinə malik olanlar) üzrə bakalavr və ya magistr dərəcəsi olan namizədlər qəbul edilə bilər. Onlardan analitik düşünmə bacarığı, laboratoriya tədqiqatlarına maraq və elmi potensial tələb olunur.

Tədris ödənişsizdir. Tələbələr yataqxana və təqaüdlə təmin olunacaq.

Əlaqə üçün [email protected] [email protected] ünvanlarına yazmaq olar.

Aydan Ələkbərova

Xəbər Lenti

Cəmil Müfidzadə haqqında xəbər24.02.2026 - 04:54
Bahadur Əliyev haqqında xəbər24.02.2026 - 04:36
Abbasqulu bəy Şadlinski haqqında xəbər24.02.2026 - 04:18
Abdulla Şaiq haqqında xəbər24.02.2026 - 04:00
Bakıda Davud Kazımovun anadan olmasının 100 illiyinə həsr olunmuş sərgi açılıb23.02.2026 - 19:55
Fransada aktyorlar süni intellektdən istifadəni məhdudlaşdırmağa çağırdılar23.02.2026 - 19:42
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi "WUF13"ə hazırlıq barədə məlumatlandırılıb23.02.2026 - 19:33
Məktəbəqədər təhsilin psixoloji inkişafda rolu nədir? – Psixoloq açıqladı23.02.2026 - 19:26
RFO-da iştirak edənlərin nəzərinə - buraxılış vərəqələri verilir23.02.2026 - 19:20
İçərişəhərdə turizm bələdçiləri üçün elmi-praktik təlim keçirilir23.02.2026 - 19:13
BDU tələbələrinə sığorta sahəsində qərarvermə mexanizmləri izah olunub23.02.2026 - 19:06
Ümumdünya Şəhərsalma Forumunun Azərbaycan ünvanı23.02.2026 - 19:00
Xankəndidə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb23.02.2026 - 18:52
Xocalıda törədilmiş qətliam insanlıq əleyhinə ən qatı cinayətdir23.02.2026 - 18:44
Bakıda media nümayəndələri üçün WUF13-lə bağlı məlumatlandırma sessiyası keçirilib23.02.2026 - 18:35
Prezident BMT-nin "Kibercinayətkarlığa qarşı" Konvensiyası üzrə səlahiyyətli orqanları müəyyən edib23.02.2026 - 18:24
Azərbaycan eksponatları Özbəkistanda nümayiş olunacaq23.02.2026 - 18:15
Səməd Vurğunun 120 illik yubileyi qeyd ediləcək23.02.2026 - 18:06
Məktəblərdə təlim və tərbiyə: valideyn–müəllim–şagird münasibətlərinin rolu23.02.2026 - 18:00
Xaricdə təhsil almış şəxslər üçün imtahan olacaq23.02.2026 - 17:56
"WhatsApp"a çoxdan gözlənilən funksiya gəldi23.02.2026 - 17:52
Gömrük Akademiyasına qəbul: qaydalar və şərtlər23.02.2026 - 17:47
ABŞ universiteti UNEC alimi haqqında məqalə dərc edib: “UNEC-dən Vaşinqton Universitetinə”23.02.2026 - 17:44
Azərbaycan qabaqcıl şəhərsalma modellərini uğurla tətbiq edir23.02.2026 - 17:40
Azərbaycan-Serbiya əməkdaşlığında təhsil və elmin yeri23.02.2026 - 17:38
Məskunlaşma Proqramının nümayəndəsi: Qax, Lənkəran, Şəki və Gəncədə WUF13 tədbirləri keçiriləcək23.02.2026 - 17:33
Sumqayıt Teatrında yeni tamaşanın premyerası olacaq23.02.2026 - 17:29
BMU-da Mikroskopik tədqiqatlar və Mikrobiologiya laboratoriyaları istifadəyə verilib23.02.2026 - 17:26
“Xocalı - qanımızdan keçən dirçəliş” - anım tədbiri23.02.2026 - 17:20
İsgəndər Sərdarlı: “Yaddaş sandığı” layihəsi xalqımızın mədəniyyət ənənələrini dərindən təhlil edəcək23.02.2026 - 17:17
Birinci Türkoloji Qurultayın materialları mətbuat kontekstində23.02.2026 - 17:12
Azərbaycan eksponatları Özbəkistanda nümayiş olunacaq23.02.2026 - 17:10
Təhsil İnstitutu və ADPU arasında əməkdaşlıq haqqında memorandum imzalanıb23.02.2026 - 17:05
Brüsseldə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçirilib23.02.2026 - 17:00
Professor Qafar Cəbiyev: “Tarixi abidələri qorumaq hər bir vətəndaşın borcudur”23.02.2026 - 16:52
Psixoloq Mətanət Əliyeva: “Sosial mediada yayılan qəlibləşmiş gözəllik standartları qadın psixologiyasına ciddi təsir göstərir”23.02.2026 - 16:46
Azərbaycanlı tələbə beynəlxalq “IT bootcamp” proqramına seçilib23.02.2026 - 16:40
Sankt-Peterburqda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb23.02.2026 - 16:34
Türk xalqlarının elmi-mədəni birliyində Birinci Türkoloji Qurultayın yeri: Naxçıvanda elmi müzakirələr23.02.2026 - 16:29
Runik yazıdan Kiril əlifbasına: türk dillərinin inkişafında dönüş mərhələləri23.02.2026 - 16:22
UNEC türk dövlətlərində ən yaxşı 14-cü universitetdir23.02.2026 - 16:17
Türk alimləri Ay və Mars torpağına bənzər mühitdə pomidor yetişdiriblər23.02.2026 - 16:08
“Xocalı - qanımızdan keçən dirçəliş” - anım tədbiri23.02.2026 - 16:00
AQTA: Bakı-Abşeron və Sumqayıtda quş cəsədləri nümunələrində xüsusi xəstəlik aşkarlanmayıb23.02.2026 - 15:51
BDU-da bitkilərin stresə davamlılığı üzrə elmi nəticələr əldə olunub23.02.2026 - 15:43
Sofiya Frank: Rəssamlar ekoloji problemlərə diqqət yönəldilməsi üçün nə etməlidirlər?23.02.2026 - 15:39
AMEA-da ortaq türk əlifbası ilə ilk poeziya antologiyası nəşr olunub23.02.2026 - 15:32
“SGS Azerbaijan” MMC-nin nümayəndə heyəti ADNSU-da olub23.02.2026 - 15:25