Təhsil 365 - Logo Mobile

Dövlət Gömrük Komitəsinin Akademiyasına qəbul şərtləri və tədris ixtisasları açıqlandı

15823.02.2026 - 12:44
Dövlət Gömrük Komitəsinin Akademiyasına qəbul şərtləri və tədris ixtisasları açıqlandı

Azərbaycanda fəaliyyət göstərən bir neçə ali təhsil müəssisəsi xüsusi təyinatlı hesab olunur.

Bu müəssisələrdən biri də Dövlət Gömrük Komitəsinin Akademiyasıdır.

“Tehsil365" sözügedən akademiyaya qəbul qaydalarımı təqdim edir:

Akademiyaya bakalavriat səviyyəsinə tam orta təhsil pilləsini bitirmiş və müvafiq attestat almış Azərbaycan Respublikasının vətəndaşı olan oğlan və qız abituriyentlər qəbul ola bilərlər:

Ölkəmizin əmək bazarının inkişafının perspektivlərini nəzərə almaqla, müasir biliklərə yiyələnmiş kadrlar hazırlamağı, dövlətçiliyə və milli-mənəvi dəyərlərə sadiq olan sağlam düşüncəli vətəndaş yetişdirməyi qarşısına məqsəd qoyan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2012-ci il tarixli 1972 nömrəli Sərəncamına əsasən yaradılıb. Dövlət Gömrük Komitəsinin Akademiyasına bakalavriat, magistratura, təkrar ali təhsil istiqaməti üzrə qəbul aparılır.

Akademiyaya qəbul Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən həyata keçirilən mərkəzləşdirilmiş qəbul imtahanları vasitəsilə aparılır. Qəbul üçün Akademiyadaxili xüsusi prosedur, komissiya və ya öncədən sənəd qəbulu nəzərdə tutulmayıb. Dövlət Gömrük Komitəsinin Akademiyasına bakalavriat səviyyəsi üzrə imtahanlarda ixtisasdan asılı olmayaraq xarici dil seçimində yalnız ingilis dilini seçən fiziki sağlam abituriyentlər qəbul oluna bilərlər.

Bakalavriat səviyyəsində Akademiyada aşağıdakı ixtisaslar üzrə mütəxəssis hazırlanır:

I ixtisas qrupu üzrə - İnformasiya texnologiyaları (tədris ingilis dilində), İnformasiya təhlükəsizliyi (tədris Azərbaycan dilində);

II ixtisas qrupu üzrə - İqtisadiyyat (tədris Azərbaycan dilində), Beynəlxalq ticarət və logistika (tədris Azərbaycan və ingilis dillərində);

III ixtisas qrupu üzrə - Hüquqşünaslıq (tədris Azərbaycan dilində) tədris olunur.

Keçid balları ilə bağlı məlumatlar isə “Abituriyent” jurnalının müvafiq sayında dərc olunur.

Akademiyada tələbə yataqxanası yoxdur. Tələbələr xüsusi geyim forması ilə təmin olunurlar:

Akademiyada tədris dili, Azərbaycan və ingilis dilləridir. Bakalavriat səviyyəsində təhsil müddəti 4 ildir. Bundan əlavə akademiyada təhsil almaq hərbi mükəlləfiyyətli oğlan tələbələri bu mükəlləfiyyətdən azad etmir. Tələbələrin beynəlxalq mübadilə və təqaüd proqramları ilə xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaları Akademiya tərəfindən daim təşviq edilir və dəstəklənir. Akademiyanın nüfuzlu xarici ali təhsil müəssisələri ilə əməkdaşlığı nəticəsində müvafiq ixtisas sahələri üzrə tələbə mübadilələri həyata keçirilir. Akademiyanın bütün məzunları işlə təmin etmə öhdəliyi yoxdur.

Aydan Ələkbərova

Xəbər Lenti

Bakıda ənənəvi “Avropa Təamları” Kulinariya Festivalının 4-cü buraxılışı keçirilir03.10.2026 - 14:17
Odlar Yurdu Universiteti maliyyə vəziyyətini açıqlayıb03.10.2026 - 14:14
Suqovuşanın azad edilməsindən 6 il ötür03.10.2026 - 14:11
3 Oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür03.10.2026 - 14:06
Bişkekdə iki məktəbdə Azərbaycan dili tədris olunacaq03.10.2026 - 10:01
Həftəsonu intensiv yağış yağacaq03.10.2026 - 09:38
“Şəhidin səsi” proqramının növbəti buraxılışı şəhid Zamin Rəhimova həsr olunacaq03.10.2026 - 09:30
"Şuşa Bəyannaməsindən Türk Dövlətləri Təşkilatına" mövzusunda konfrans təşkil olunub03.10.2026 - 08:54
Fransada lisey şagirdləri etiraz edib03.10.2026 - 08:27
Prezident İlham Əliyev və Beynəlxalq Cüdo Federasiyasının prezidentinin görüşü keçirilib03.10.2026 - 08:19
Baxçakürd məktəbində Pedaqoji Şura iclası kecirilib.02.10.2026 - 19:46
Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub02.10.2026 - 19:45
Nəriman Nərimanovun Xatirə Muzeyini xarici qonaqlar ziyarət edib02.10.2026 - 19:40
Spotify və TikTok Azərbaycanda vergi uçotuna alındı02.10.2026 - 19:15
ADA Universitetinin rektoru Hafiz Paşayev təltif edildi02.10.2026 - 19:02
Bakıda Üzgüçülük üzrə ikinci yarış günü yekunlaşıb02.10.2026 - 18:32
Prokurorluğa qəbul imtahanının vaxtı açıqlanıb02.10.2026 - 18:03
Təhsil işçilərinə təltiflər təqdim edilib02.10.2026 - 17:54
DTX kiberdələduzluqla bağlı növbəti xəbərdarlıq yaydı02.10.2026 - 17:21
Xəzər Universitetinin tələbələri ADEX 2026-da innovativ layihələri ilə diqqət çəkdi02.10.2026 - 17:11
BDU-da müəllimlərə süni intellekt öyrədiləcək02.10.2026 - 17:05
ADNSU tələbələri beş ölkədə təhsil alacaq 02.10.2026 - 16:58
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edilib02.10.2026 - 16:50
Qarabağ Universitetində yeni təşəbbüslər təqdim edilib02.10.2026 - 16:31
İndiyə qədər 7 minə yaxın müəllimin MİQ üzrə müsahibəsi yekunlaşıb02.10.2026 - 16:17
Azərbaycanlı gənc rəssam Oksford Universitetinin rəsm müsabiqəsinin qalibi olub02.10.2026 - 15:44
Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb02.10.2026 - 15:37
Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur02.10.2026 - 15:27
Elm və təhsil naziri Naxçıvanda vətəndaşları qəbul edəcək02.10.2026 - 15:20
Azərbaycan Dünya Bankı ilə biznes kreditləri üçün yeni mexanizm hazırlayır02.10.2026 - 15:15
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib02.10.2026 - 15:10
Məktəbdə nöqsanlar aşkarlandı, direktor işdən çıxarıldı02.10.2026 - 15:01
Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq02.10.2026 - 14:54
Tanımış jurnalist, səyyah Azər Qərib BDU tələbələri ilə görüşüb02.10.2026 - 14:45
Rektor BP-nin AzMİU-ya dəstəyindən danışdı: “6-7 laboratoriya yaradılıb”02.10.2026 - 14:38
Təhsil işçilərinə təltiflər təqdim edilib02.10.2026 - 14:21
BDU-da elmi resurslardan səmərəli istifadə və elmi nəşrlərin beynəlxalq təsirinin artırılması üzrə təlim02.10.2026 - 13:34
AzTU-da “Almaniyada təqaüdlü təhsil fürsətləri” mövzusunda məlumatlandırma sessiyası keçirilib02.10.2026 - 13:20
ADPU-da insan alveri ilə mübarizəyə aid seminar keçirilib02.10.2026 - 13:07
Dövlət qulluğunda A və B növü vəzifələr üzrə test imtahanına qeydiyyat başlayıb02.10.2026 - 13:02
Ötən ay BŞTİ-yə 19 897 müraciət daxil olub02.10.2026 - 12:55
ADU və Ege Universiteti arasında əməkdaşlıq imkanları müzakirə olunub02.10.2026 - 12:40
BDU EIFL-in Baş Assambleyasında təmsil olunub02.10.2026 - 12:37
Kimya İnstitutunda Rusiya Elmlər Akademiyası ilə elmi əməkdaşlıq imkanları müzakirə olunub02.10.2026 - 12:30
UNEC-dən yeni əməkdaşlıq02.10.2026 - 12:24
MDU Elmi Şurasının növbədənkənar toplantısı baş tutub02.10.2026 - 12:20
1 Oktyabr Beynəlxalq Musiqi Günüdür01.10.2026 - 19:00
1 Oktyabr Ahıllar günüdür01.10.2026 - 18:35