Təhsil 365 - Logo Mobile

Türk xalqlarının elmi-mədəni birliyində Birinci Türkoloji Qurultayın yeri: Naxçıvanda elmi müzakirələr

9523.02.2026 - 16:29
Türk xalqlarının elmi-mədəni birliyində Birinci Türkoloji Qurultayın yeri: Naxçıvanda elmi müzakirələr

Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində “Birinci Türkoloji Qurultay: türk xalqlarının elmi-mədəni birliyində yeri və rolu” mövzusunda elmi konfrans keçirilib.

“Tehsil365“ AZƏRTAC- a istinadən xəbər verir ki, bölmənin mətbuat xidmətindən bildirilib ki, konfransda AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının əhəmiyyətindən söz açıb. Qeyd edib ki, Prezident İlham Əliyevin bu Sərəncamı təkcə tarixi hadisənin yubileyinin qeyd olunması deyil, həm də Türk dünyasının ortaq elmi-mədəni irsinin yenidən dəyərləndirilməsi, müasir mərhələdə inteqrasiya proseslərinin dərinləşdirilməsi baxımından mühüm siyasi və mənəvi məna daşıyır.

Akademik vurğulayıb ki, 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk xalqlarının tarixində dönüş nöqtəsi olub. Qurultayın əsas məqsədi ortaq ədəbi dilin formalaşdırılması, ümumi terminoloji bazanın müəyyənləşdirilməsi, əlifba və orfoqrafiya məsələlərində vahid mövqenin ortaya qoyulması idi. Onun sözlərinə görə, bu vəzifələr yalnız elmi xarakter daşımırdı, eyni zamanda, türk xalqlarının mədəni həmrəyliyinə, milli özünüdərkin güclənməsinə xidmət edirdi.

İsmayıl Hacıyev bildirib ki, Birinci Türkoloji Qurultay türk xalqlarının tarixinin, etnogenezinin, dil və ədəbiyyatının sistemli şəkildə araşdırılmasına geniş imkanlar açıb, sonrakı onilliklərdə aparılan tədqiqatlar üçün fundamental elmi baza formalaşdırıb.

Sonra İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyev “Birinci Türkoloji Qurultay və dil məsələləri” mövzusunda məruzə edib. O, Prezidentin yubileylə bağlı Sərəncamının elmi ictimaiyyət üçün mühüm stimul olduğunu qeyd edərək, qurultayın fəaliyyət dövrü, beynəlxalq miqyası və müzakirə edilən məsələlər barədə ətraflı məlumat verib. Məruzədə bildirilib ki, qurultay türk xalqlarının tarixi, etnoqrafiyası, dili, ədəbiyyatı və mədəniyyətinə həsr olunmuş mötəbər beynəlxalq elmi məclis idi. Əsas müzakirə istiqamətləri sırasında dil, ədəbiyyat, orfoqrafiya və terminologiya məsələləri xüsusi yer tuturdu.

Əlyazmalar Fondunun direktoru, filologiya elmləri doktoru, dosent Fərman Xəlilov “Birinci Türkoloji Qurultayın Naxçıvanda əks-sədası” mövzusunda məruzə edib. O, Naxçıvanda qurultaya hazırlıq çərçivəsində keçirilən ilk iclas, yerli ziyalıların təşəbbüsləri və maarifçilik fəaliyyəti barədə danışıb. Qeyd olunub ki, həmin dövrdə təşkil edilən mühazirələrdə türk tayfalarının ibtidai tarixi, inam və inancları, əlifba məsələləri, tədris üsulları və digər dillərlə əlaqələr kimi mövzular geniş şəkildə işıqlandırılıb.

İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Firudin Rzayev “Birinci Türkoloji Qurultayın Azərbaycanda keçirilməsində hökumət dairələrinin siyasi məqsədi haqqında” mövzusunda məruzə edərək arxiv sənədləri əsasında məsələyə aydınlıq gətirib, dövrün ictimai-siyasi reallıqları fonunda qurultayın təşkili məsələlərini təhlil edib.

İnstitutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayıl isə “Birinci Türkoloji Qurultaydakı dil məsələlərinin Cəlil Məmmədquluzadə yaradıcılığında əksi” mövzusunda məruzə edib. O, Ümummilli Lider Heydər Əliyevin qurultayı böyük tarixi hadisə kimi qiymətləndirdiyini xatırladaraq, Cəlil Məmmədquluzadənin ana dilinin saflığının qorunması uğrunda apardığı mübarizəni təhlil edib. Qeyd olunub ki, ədibin “Molla Nəsrəddin” jurnalındakı publisistikası, “Sizi deyib gəlmişəm”, “Təzə əlifba”, “Yeni əlifba nə istəyir?” kimi məqalələri, həmçinin “Anamın kitabı”, “Saqqallı uşaq”, “Sirkə” əsərləri ana dili və əlifba məsələlərinin bədii və publisistik müstəvidə dolğun ifadəsidir.

Konfransda vurğulanıb ki, Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin qeyd olunması milli-mənəvi yaddaşın möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Mehriban İbadova

Xəbər Lenti

Bakıda Davud Kazımovun anadan olmasının 100 illiyinə həsr olunmuş sərgi açılıb23.02.2026 - 19:55
Fransada aktyorlar süni intellektdən istifadəni məhdudlaşdırmağa çağırdılar23.02.2026 - 19:42
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi "WUF13"ə hazırlıq barədə məlumatlandırılıb23.02.2026 - 19:33
Məktəbəqədər təhsilin psixoloji inkişafda rolu nədir? – Psixoloq açıqladı23.02.2026 - 19:26
RFO-da iştirak edənlərin nəzərinə - buraxılış vərəqələri verilir23.02.2026 - 19:20
İçərişəhərdə turizm bələdçiləri üçün elmi-praktik təlim keçirilir23.02.2026 - 19:13
BDU tələbələrinə sığorta sahəsində qərarvermə mexanizmləri izah olunub23.02.2026 - 19:06
Ümumdünya Şəhərsalma Forumunun Azərbaycan ünvanı23.02.2026 - 19:00
Xankəndidə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb23.02.2026 - 18:52
Xocalıda törədilmiş qətliam insanlıq əleyhinə ən qatı cinayətdir23.02.2026 - 18:44
Bakıda media nümayəndələri üçün WUF13-lə bağlı məlumatlandırma sessiyası keçirilib23.02.2026 - 18:35
Prezident BMT-nin "Kibercinayətkarlığa qarşı" Konvensiyası üzrə səlahiyyətli orqanları müəyyən edib23.02.2026 - 18:24
Azərbaycan eksponatları Özbəkistanda nümayiş olunacaq23.02.2026 - 18:15
Səməd Vurğunun 120 illik yubileyi qeyd ediləcək23.02.2026 - 18:06
Məktəblərdə təlim və tərbiyə: valideyn–müəllim–şagird münasibətlərinin rolu23.02.2026 - 18:00
Xaricdə təhsil almış şəxslər üçün imtahan olacaq23.02.2026 - 17:56
"WhatsApp"a çoxdan gözlənilən funksiya gəldi23.02.2026 - 17:52
Gömrük Akademiyasına qəbul: qaydalar və şərtlər23.02.2026 - 17:47
ABŞ universiteti UNEC alimi haqqında məqalə dərc edib: “UNEC-dən Vaşinqton Universitetinə”23.02.2026 - 17:44
Azərbaycan qabaqcıl şəhərsalma modellərini uğurla tətbiq edir23.02.2026 - 17:40
Azərbaycan-Serbiya əməkdaşlığında təhsil və elmin yeri23.02.2026 - 17:38
Məskunlaşma Proqramının nümayəndəsi: Qax, Lənkəran, Şəki və Gəncədə WUF13 tədbirləri keçiriləcək23.02.2026 - 17:33
Sumqayıt Teatrında yeni tamaşanın premyerası olacaq23.02.2026 - 17:29
BMU-da Mikroskopik tədqiqatlar və Mikrobiologiya laboratoriyaları istifadəyə verilib23.02.2026 - 17:26
“Xocalı - qanımızdan keçən dirçəliş” - anım tədbiri23.02.2026 - 17:20
İsgəndər Sərdarlı: “Yaddaş sandığı” layihəsi xalqımızın mədəniyyət ənənələrini dərindən təhlil edəcək23.02.2026 - 17:17
Birinci Türkoloji Qurultayın materialları mətbuat kontekstində23.02.2026 - 17:12
Azərbaycan eksponatları Özbəkistanda nümayiş olunacaq23.02.2026 - 17:10
Təhsil İnstitutu və ADPU arasında əməkdaşlıq haqqında memorandum imzalanıb23.02.2026 - 17:05
Brüsseldə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçirilib23.02.2026 - 17:00
Professor Qafar Cəbiyev: “Tarixi abidələri qorumaq hər bir vətəndaşın borcudur”23.02.2026 - 16:52
Psixoloq Mətanət Əliyeva: “Sosial mediada yayılan qəlibləşmiş gözəllik standartları qadın psixologiyasına ciddi təsir göstərir”23.02.2026 - 16:46
Azərbaycanlı tələbə beynəlxalq “IT bootcamp” proqramına seçilib23.02.2026 - 16:40
Sankt-Peterburqda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb23.02.2026 - 16:34
Runik yazıdan Kiril əlifbasına: türk dillərinin inkişafında dönüş mərhələləri23.02.2026 - 16:22
UNEC türk dövlətlərində ən yaxşı 14-cü universitetdir23.02.2026 - 16:17
Türk alimləri Ay və Mars torpağına bənzər mühitdə pomidor yetişdiriblər23.02.2026 - 16:08
“Xocalı - qanımızdan keçən dirçəliş” - anım tədbiri23.02.2026 - 16:00
AQTA: Bakı-Abşeron və Sumqayıtda quş cəsədləri nümunələrində xüsusi xəstəlik aşkarlanmayıb23.02.2026 - 15:51
BDU-da bitkilərin stresə davamlılığı üzrə elmi nəticələr əldə olunub23.02.2026 - 15:43
Sofiya Frank: Rəssamlar ekoloji problemlərə diqqət yönəldilməsi üçün nə etməlidirlər?23.02.2026 - 15:39
AMEA-da ortaq türk əlifbası ilə ilk poeziya antologiyası nəşr olunub23.02.2026 - 15:32
“SGS Azerbaijan” MMC-nin nümayəndə heyəti ADNSU-da olub23.02.2026 - 15:25
Yeni təyin olunmuş məktəb direktorları ilə görüş keçirilib23.02.2026 - 15:18
Postmodern ədəbiyyatımız beynəlxalq nəşrdə: azərbaycanlı alimin yeni tədqiqatı23.02.2026 - 15:10
Həkim Aydın Əliyev: “Yanlış qidalanma və texnologiyadan sui-istifadə gənclərdə sağlamlıq problemlərini artırır23.02.2026 - 15:00
Metodist hazırlığı müsabiqəsinə qeydiyyat davam edir23.02.2026 - 14:58