Təhsil 365 - Logo Mobile

Region məktəblərində yüksəliş var, amma problemlər qalır — Təhsil eksperti Ramin Nurəliyev

11124.02.2026 - 09:55
Region məktəblərində yüksəliş var, amma problemlər qalır — Təhsil eksperti Ramin Nurəliyev

“Son illərdə region məktəblərində qəbul imtahanlarında yüksək nəticə göstərən abituriyentlərin sayının artması təhsildə müsbət dinamikanın göstəricisidir.”

Bu sözləri “Tehsil365”ə açıqlamasında təhsil eksperti Ramin Nurəliyev bildirib.

Ekspert qeyd edib ki, əvvəlki illərlə müqayisədə regionlarda erkən nikah və təhsildən yayınma hallarının azalması aparılan tədbirlərin nəticə verdiyini göstərir.

“Əgər əvvəllər bölgələrdə gənclərin təhsildən uzaqlaşdırılması və erkən nikaha cəlb olunması halları daha çox idisə, bu gün artıq operativ tədbirlər öz bəhrəsini verməkdədir”, — deyə o vurğulayıb.

Onun sözlərinə görə, qəbul imtahanlarında yüksək bal toplayan qız abituriyentlərin artması regionlarda ailələrin düşüncəsinin dəyişdiyini göstərir.

“Bu gün yüksək nəticə göstərən qızlarımızın sayının artması onu deməyə əsas verir ki, artıq bölgələrdə qız uşaqlarının təhsili prioritet məsələyə çevrilib”, — deyə ekspert bildirib.

Bununla belə, Ramin Nurəliyev region məktəblərində hələ də müəyyən problemlərin qaldığını qeyd edib. Onun fikrincə, xüsusilə ucqar və dağlıq ərazilərdə müəllim çatışmazlığı və maddi-texniki bazanın zəifliyi əsas çətinliklərdəndir.

“Müəllimlərin regionlara cəlb olunması üçün əlavə imtiyazlar tətbiq edilməlidir. Yol xərclərinin ödənilməsi, əməkhaqqına əlavələrin verilməsi kimi təşviq mexanizmləri bölgələrdə təhsilin keyfiyyətinə müsbət təsir göstərə bilər”, — deyə o qeyd edib.

Ekspert əlavə edib ki, hazırda müəllimlərin və abituriyentlərin daha çox şəhərlərə üz tutması da narahatlıq doğuran məqamlardandır. Onun sözlərinə görə, maddi-texniki bazanın gücləndirilməsi və internet resurslarına əlçatanlığın artırılması region məktəblərinin inkişafını sürətləndirə bilər.

Ramin Nurəliyev hesab edir ki, sistemli və davamlı islahatlar həyata keçirilərsə, region məktəbləri də şəhər məktəbləri ilə rəqabət apara biləcək səviyyəyə yüksələ bilər.

Zeynəb Quluyeva

Xəbər Lenti

Görkəmli dilçi-türkoloq Həsən Mirzəyev yad edilir25.02.2026 - 05:06
Olimpiyaçı güllə atıcısı İradə Aşumovanın doğum günü qeyd olunur25.02.2026 - 04:54
Görkəmli qoboyçu və alim Azər Abdullayevin xatirəsi anılır25.02.2026 - 04:36
Azərbaycanın tanınmış dövlət xadimi Tofiq Bağırovun xatirəsi yad olunur25.02.2026 - 04:18
Bakıda realist teatr-dekorasiya sənətinin banilərindən olan Rüstəm Mustafayevin xatirəsi anılır25.02.2026 - 04:00
Diplom və attestatlarla bağlı vacib dəyişiklik: Əvvəlki kimi verilməyəcək24.02.2026 - 19:57
İstiqlal Muzeyində Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb24.02.2026 - 19:55
Məktəblilər əməyin mühafizəsinə dair maarifləndirilir24.02.2026 - 19:52
Gənc müəllimlər texnologiyanı daha tez mənimsəyir24.02.2026 - 19:47
DİM ictimaiyyət üçün açıq görüş keçirəcək24.02.2026 - 19:43
2900-dən çox məktəb sürətli internetlə təmin olunub24.02.2026 - 19:38
“Təhsilin rəqəmsallaşdırılması” mövzusunda brifinq keçirilib24.02.2026 - 19:32
myGov-la təhsil xidmətlərinə daha asan çıxış təmin edilir24.02.2026 - 19:25
Elektron resurslar müəllimlərin dərs keçməsini asanlaşdırır24.02.2026 - 19:19
Təhsil müəssisələrində kağız daşıyıcıları tarixə qovuşacaq24.02.2026 - 19:15
Davamlı qiymətləndirmə şagirdlərdə təzyiq hissini artırır? – Psixoloqdan açıqlama24.02.2026 - 19:10
37 özəl təhsil müəssisəsi lisenziyalaşdırılmada iştirak edib24.02.2026 - 19:04
Hansı ölkədə internet yoxdur və harada “kilid altında”dır?24.02.2026 - 19:00
“Clothes and Colours” açıq dərsindən pedaqoji qeydlər24.02.2026 - 18:54
Nizami Kino Mərkəzində “Xocalı. Üç faciə – bir ağrı” sənədli filmi təqdim olunub24.02.2026 - 18:53
Xalq şairi Nəriman Həsənzadəyə “Heydər Əliyev” ordeni təqdim edilib24.02.2026 - 18:50
Buraxılış imtahanında iştirak edəcək abituriyentlərin nəzərinə!24.02.2026 - 18:49
Parlamentdə kibercinayətkarlıqla bağlı cəzaların sərtləşdirilməsi təklif edilib24.02.2026 - 18:45
Direktorların işə qəbulu: 975 nəfər müsahibədə iştirak edəcək24.02.2026 - 18:43
Naxçıvanda yeni imtahan mərkəzləri yaradılacaq 24.02.2026 - 18:43
"Rəqəmsal məktəb" istifadəçiləri 900 mini keçib 24.02.2026 - 18:38
Direktorların işə qəbulu üzrə 975 nəfər müsahibədə iştirak hüququ qazanıb24.02.2026 - 18:35
Rəqəmsal dərsliklərlə məktəb çantaları yüngülləşir24.02.2026 - 18:32
“SGS Azerbaijan” MMC-nin nümayəndə heyəti ADNSU-da olub24.02.2026 - 18:26
Latviyada təqaüd proqramı elan edilib24.02.2026 - 18:21
Azərbaycan Universitetində “Süni zəka” mövzusunda təlim təşkil olunub24.02.2026 - 18:17
AzMİU-nun 50 illiyində dövlət mükafatları təqdim olunub24.02.2026 - 18:13
ADNSU ərazi partiya təşkilatına sədr seçilib24.02.2026 - 18:06
Azərbaycan dilinin İKT sahəsində mövcud problemləri araşdırılır24.02.2026 - 18:00
WUF13 çərçivəsində yaşıl enerji təminatı üzrə “AzərEnerji” ilə memorandum imzalanıb24.02.2026 - 18:00
Kəlbəcər şəhərində 33 il sonra çərşənbə tonqalı24.02.2026 - 18:00
Pişiklər insanları necə “müalicə edir”?24.02.2026 - 17:55
Şəkidə şəhid Elnur İsmayılovun 25 illik yubileyi qeyd olunub24.02.2026 - 17:55
ABŞ-nin Corc Vaşinqton Universitetində Azərbaycana aid sərgi təşkil edilib24.02.2026 - 17:52
Latviyada Xocalı faciəsinin 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib24.02.2026 - 17:51
Fevralın 25-də qar yağacaq, duman olacaq - Proqnoz24.02.2026 - 17:47
Qarabağın Cavanşirlər nəslindən olan pakistanlı qonaqlar Ədəbiyyat Muzeyini ziyarət ediblər24.02.2026 - 17:45
BDU-nun tələbələri “Holberton School”un təqaüd proqramının qalibidir24.02.2026 - 17:40
Müharibəyə gedən əsgərlər istifadə edirmiş - Faydası saymaqlq bitmir24.02.2026 - 17:39
Məktəb direktorlarının işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi davam edir24.02.2026 - 17:35
Nizami Kino Mərkəzində “Xocalı. Üç faciə – bir ağrı” sənədli filmi təqdim olunub24.02.2026 - 17:32
BDU ilə İƏT-in Təmiz Enerji Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanıb24.02.2026 - 17:30
Nərəkimilərin akvakultura şəraitində yetişdirilməsi aqrar sektorun şaxələndirilməsinə töhfə verə bilər24.02.2026 - 17:26