Təhsil 365 - Logo Mobile

BMU-da Mikroskopik tədqiqatlar və Mikrobiologiya laboratoriyaları istifadəyə verilib

7223.02.2026 - 17:26
BMU-da Mikroskopik tədqiqatlar və Mikrobiologiya laboratoriyaları istifadəyə verilib

Bakı Mühəndislik Universitetinin (BMU) Biologiya laboratoriyalarının maddi-texniki bazası əhəmiyyətli dərəcədə gücləndirilib və fəaliyyəti müasir çağırışlara uyğunlaşdırılaraq yenidən qurulub. Artıq Mikroskopik tədqiqatlar və Mikrobiologiya adı altında fəaliyyət göstərəcək bu elmi müəssisələr tələbələr və əməkdaşlar üçün daha geniş spektrdə elmi tədqiqatlar və praktiki məşğələlər aparmaq imkanı yaradacaq.

Universitetdən “Tehsil365"ə bildirilib ki, rektor Yaqub Piriyev və Səhiyyə Nazirliyi V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru Adil Allahverdiyev laboratoriyalarla tanış olub, burada aparılan elmi-tədqiqat və praktiki məşğələlər barədə məlumat alıb, həmçinin tələbələrlə söhbət edərək onların elmi fəaliyyəti ilə maraqlanıblar.

Yaqub Piriyev son illər BMU-nun laboratoriyalarında tədqiqatların və praktiki məşğələlərin yüksək səviyyədə təşkili üçün görülən işlərə diqqət çəkib. Tələbələrin və gənc tədqiqatçıların elmi fəaliyyətinin dəstəklənməsinin universitetin əsas prioritetlərindən biri olduğunu qeyd edib. Bildirib ki, maddi-texniki bazanın gücləndirilməsi tələbələr və elmi işçilərin tədqiqat imkanlarını genişləndirir. Bu, onlara müasir bioloji və biotexnoloji tədqiqat metodlarını öyrənmək, elmi bacarıqlarını praktik şəkildə inkişaf etdirmək, müəyyən layihələr hazırlamaq imkanı verir, eyni zamanda, BMU-nun elmi potensialını artıraraq innovativ tədris mühiti yaradır.

İnstitutun direktoru Adil Allahverdiyev isə laboratoriyanın yenidən qurulması və müasir avadanlıqlarla təchiz olunmasının elmi tədqiqatların səmərəliliyini artıracağını önə çəkib. O, tələbələrin praktiki, eksperimental bacarıqlarının inkişafının əhəmiyyətini vurğulayıb və laboratoriya şəraitinin tələbələr, tədqiqatçılar üçün əlverişli olduğunu söyləyib.

Laboratoriyalar ilə tanışlıq zamanı bildirilib ki, burada tələbələrə toxuma, hüceyrə, mikroorqanizmlərin struktur və funksiyalarını yüksək dəqiqliklə öyrənmək imkanı təmin edilir. Elmi müəssisələr tələbələr üçün treninqlərin, seminarların və müxtəlif sahələrə uyğun tədqiqatların aparılmasına imkan verəcək şəkildə dizayn olunub. Eyni zamanda, bioloji fənlərin təcrübi eksperimental bölmələri və tələbələrin müstəqil elmi-tədqiqat işləri üçün ən müasir cihaz və avadanlıqlar mövcuddur. Belə ki, laboratoriyalar mikroorqanizmlərin və hüceyrə kulturlarının yetişdirilməsi üçün sabit temperatur rejimini təmin edən istilik inkubatoru, qidalı mühitlərin və istifadə olunan laboratoriya vasitələrinin sterilizasiyası məqsədilə şaquli avtoklav, flüoresent trinokulyar mikroskop və digər ən son texnoloji avadanlıqlarla təchiz edilib. Tədqiqat mühitinin sterilliyini qorumaq üçün laminar axın sistemi tətbiq olunduğu laboratoriyalar aparılan elmi layihələrin miqyasının genişlənməsi, beynəlxalq standartlara uyğun tədqiqat mühitinin formalaşdırılması və tələbələrin praktiki bacarıqlarının artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Bundan başqa, çalışma masalarının xüsusi işıqlandırılması, mərkəzi elektrik təchizatı sistemi, rəflərin dizaynı və laboratoriya komplektlərinin optimal yerləşdirilməsi praktiki məşğələlərin səmərəliliyini təmin edir.

Qeyd olunub ki, son illərdə BMU-da biotexnologiya və qida mühəndisliyi kimi bir sıra yeni ixtisaslar açılıb və bu ixtisaslara yüksəkballı tələbələrin marağı daha da artmaqdadır. Biologiya laboratoriyalarının yenilənmiş infrastrukturu həmin ixtisasların tələbələrinin praktiki bacarıqlarının inkişafına töhfə verəcək.

Nərmin Mustafayeva

Xəbər Lenti

Bakıda Davud Kazımovun anadan olmasının 100 illiyinə həsr olunmuş sərgi açılıb23.02.2026 - 19:55
Fransada aktyorlar süni intellektdən istifadəni məhdudlaşdırmağa çağırdılar23.02.2026 - 19:42
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi "WUF13"ə hazırlıq barədə məlumatlandırılıb23.02.2026 - 19:33
Məktəbəqədər təhsilin psixoloji inkişafda rolu nədir? – Psixoloq açıqladı23.02.2026 - 19:26
RFO-da iştirak edənlərin nəzərinə - buraxılış vərəqələri verilir23.02.2026 - 19:20
İçərişəhərdə turizm bələdçiləri üçün elmi-praktik təlim keçirilir23.02.2026 - 19:13
BDU tələbələrinə sığorta sahəsində qərarvermə mexanizmləri izah olunub23.02.2026 - 19:06
Ümumdünya Şəhərsalma Forumunun Azərbaycan ünvanı23.02.2026 - 19:00
Xankəndidə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb23.02.2026 - 18:52
Xocalıda törədilmiş qətliam insanlıq əleyhinə ən qatı cinayətdir23.02.2026 - 18:44
Bakıda media nümayəndələri üçün WUF13-lə bağlı məlumatlandırma sessiyası keçirilib23.02.2026 - 18:35
Prezident BMT-nin "Kibercinayətkarlığa qarşı" Konvensiyası üzrə səlahiyyətli orqanları müəyyən edib23.02.2026 - 18:24
Azərbaycan eksponatları Özbəkistanda nümayiş olunacaq23.02.2026 - 18:15
Səməd Vurğunun 120 illik yubileyi qeyd ediləcək23.02.2026 - 18:06
Məktəblərdə təlim və tərbiyə: valideyn–müəllim–şagird münasibətlərinin rolu23.02.2026 - 18:00
Xaricdə təhsil almış şəxslər üçün imtahan olacaq23.02.2026 - 17:56
"WhatsApp"a çoxdan gözlənilən funksiya gəldi23.02.2026 - 17:52
Gömrük Akademiyasına qəbul: qaydalar və şərtlər23.02.2026 - 17:47
ABŞ universiteti UNEC alimi haqqında məqalə dərc edib: “UNEC-dən Vaşinqton Universitetinə”23.02.2026 - 17:44
Azərbaycan qabaqcıl şəhərsalma modellərini uğurla tətbiq edir23.02.2026 - 17:40
Azərbaycan-Serbiya əməkdaşlığında təhsil və elmin yeri23.02.2026 - 17:38
Məskunlaşma Proqramının nümayəndəsi: Qax, Lənkəran, Şəki və Gəncədə WUF13 tədbirləri keçiriləcək23.02.2026 - 17:33
Sumqayıt Teatrında yeni tamaşanın premyerası olacaq23.02.2026 - 17:29
“Xocalı - qanımızdan keçən dirçəliş” - anım tədbiri23.02.2026 - 17:20
İsgəndər Sərdarlı: “Yaddaş sandığı” layihəsi xalqımızın mədəniyyət ənənələrini dərindən təhlil edəcək23.02.2026 - 17:17
Birinci Türkoloji Qurultayın materialları mətbuat kontekstində23.02.2026 - 17:12
Azərbaycan eksponatları Özbəkistanda nümayiş olunacaq23.02.2026 - 17:10
Təhsil İnstitutu və ADPU arasında əməkdaşlıq haqqında memorandum imzalanıb23.02.2026 - 17:05
Brüsseldə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçirilib23.02.2026 - 17:00
Professor Qafar Cəbiyev: “Tarixi abidələri qorumaq hər bir vətəndaşın borcudur”23.02.2026 - 16:52
Psixoloq Mətanət Əliyeva: “Sosial mediada yayılan qəlibləşmiş gözəllik standartları qadın psixologiyasına ciddi təsir göstərir”23.02.2026 - 16:46
Azərbaycanlı tələbə beynəlxalq “IT bootcamp” proqramına seçilib23.02.2026 - 16:40
Sankt-Peterburqda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb23.02.2026 - 16:34
Türk xalqlarının elmi-mədəni birliyində Birinci Türkoloji Qurultayın yeri: Naxçıvanda elmi müzakirələr23.02.2026 - 16:29
Runik yazıdan Kiril əlifbasına: türk dillərinin inkişafında dönüş mərhələləri23.02.2026 - 16:22
UNEC türk dövlətlərində ən yaxşı 14-cü universitetdir23.02.2026 - 16:17
Türk alimləri Ay və Mars torpağına bənzər mühitdə pomidor yetişdiriblər23.02.2026 - 16:08
“Xocalı - qanımızdan keçən dirçəliş” - anım tədbiri23.02.2026 - 16:00
AQTA: Bakı-Abşeron və Sumqayıtda quş cəsədləri nümunələrində xüsusi xəstəlik aşkarlanmayıb23.02.2026 - 15:51
BDU-da bitkilərin stresə davamlılığı üzrə elmi nəticələr əldə olunub23.02.2026 - 15:43
Sofiya Frank: Rəssamlar ekoloji problemlərə diqqət yönəldilməsi üçün nə etməlidirlər?23.02.2026 - 15:39
AMEA-da ortaq türk əlifbası ilə ilk poeziya antologiyası nəşr olunub23.02.2026 - 15:32
“SGS Azerbaijan” MMC-nin nümayəndə heyəti ADNSU-da olub23.02.2026 - 15:25
Yeni təyin olunmuş məktəb direktorları ilə görüş keçirilib23.02.2026 - 15:18
Postmodern ədəbiyyatımız beynəlxalq nəşrdə: azərbaycanlı alimin yeni tədqiqatı23.02.2026 - 15:10
Həkim Aydın Əliyev: “Yanlış qidalanma və texnologiyadan sui-istifadə gənclərdə sağlamlıq problemlərini artırır23.02.2026 - 15:00
Metodist hazırlığı müsabiqəsinə qeydiyyat davam edir23.02.2026 - 14:58