Qərbi Azərbaycan Televiziyasının “Yaddaş sandığı” adlı yeni layihəsi milli mədəni kimliyimizin bərpası və tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində əhəmiyyətlidir.
“Tehsil365“ AZƏRTAC-a istinadən xəbər verir ki,bu barədə layihənin müəllifi, araşdırmaçı tətbiqi sənət ustası, Azərbaycan Rəssamlar İttifaqının üzvü İsgəndər Sərdarlı məlumat verib. O bildirib ki, verilişin məqsədi tarixi torpaqlarımızda formalaşmış bütün mədəniyyət ənənələrini - söz, musiqi, sənətkarlıq və memarlıq xəzinələrini, eləcə də bu zəngin irsi yetişdirən mühiti dərindən təhlil edərək gələcək nəsillərə ötürməkdir.
İsgəndər Sərdarlının sözlərinə görə, “Yaddaş sandığı” verilişi hər buraxılışında müxtəlif mövzular ətrafında mütəxəssislərlə müzakirələr apararaq xalqımızın minillik tarixini və mədəni ləyaqətini gələcək nəsillərə sarsılmaz yaddaş kimi miras qoymağı hədəfləyir.

