Təhsil 365 - Logo Mobile

Bakıda media nümayəndələri üçün WUF13-lə bağlı məlumatlandırma sessiyası keçirilib

8523.02.2026 - 18:35
Bakıda media nümayəndələri üçün WUF13-lə bağlı məlumatlandırma sessiyası keçirilib

Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasını (WUF13) işıqlandıracaq media nümayəndələri üçün məlumatlandırma sessiyası keçirilib.

“Tehsil365" xəbər verir ki, görüş Medianın İnkişafı Agentliyi ilə WUF13 Azərbaycan Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirinin məqsədi jurnalistləri foruma hazırlığın gedişatı, gündəliyi, prioritet mövzuları və gözlənilən nəticələri barədə məlumatlandırmaq olub. Beynəlxalq tədbirinin keçirildiyi günlərdə mətbuatın iş formatına və təşkilati məsələlərə xüsusi diqqət ayrılıb.

WUF13 üzrə Milli Əlaqələndiricinin müavini Gülşən Rzayeva qeyd edib ki, Azərbaycanın forumun ev sahibi seçilməsi həyata keçirilən dövlət siyasətinin effektivliyindən və ölkənin beynəlxalq nüfuzunun güclənməsindən xəbər verir. Onun sözlərinə görə, WUF13-ün Bakıda keçirilməsi xüsusi əhəmiyyət daşıyır, çünki forum ilk dəfə Cənubi Qafqaz regionunda baş tutacaq.

BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Ölkə Ofisinin rəhbəri Anna Soave əlavə edib ki, WUF13-ə hazırlıq məhsuldar şəkildə həyata keçirilir:

"COP29 Azərbaycanı qlobal iqlim xəritəsində möhkəm şəkildə təsbit etdi. WUF13 isə ölkənin strateji rolunu təsdiqləyə bilər - həm münaqişədən sonrakı bərpa şərtlərinin dərk edilməsində, həm də həqiqətən innovativ siyasətin formalaşdırılmasında. Bu, can atmağa dəyər bir irsdir. Kütləvi informasiya vasitələri (KİV) bu prosesdə həlledici rol oynayır", - A.Soave bildirib.

Azərbaycan Medianın İnkişaf Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli isə öz növbəsində, böyük beynəlxalq tədbirlərin keçirilməsində KİV-in rolunu xüsusi vurğulayıb. O qeyd edib ki, COP29 yerli jurnalistlər üçün dəyərli təcrübə olub.

N.Məmmədli əminliyini ifadə edib ki, toplanmış praktikanı nəzərə alaraq, WUF13-də media nümayəndələrinin işləməsi daha asan olacaq. Bundan əlavə, o, şəhərsalma sahəsində profilli ekspertlərin çatışmazlığına işarə edib və qeyd edib ki, bu cür təlimlər jurnalistlərin bu sahədə məlumatlılığının artırılmasına kömək edir.

Daha sonra WUF13 Azərbaycan Əməliyyat Şirkətinin substantiv məzmun üzrə meneceri (Substantive Content Manager) Cəmilə İsmayılzadə jurnalistlərə qarşıdakı sessiyanın proqramı haqqında ətraflı məlumat təqdim edib.

O bildirib ki, WUF13-ə hazırlıq çərçivəsində 11-17 may tarixlərində "Bakı şəhərsalma həftəsi" keçiriləcək.

KİV nümayəndələri üçün interaktiv proqram təşkil edilib: iştirakçılar qruplara bölünüb və onlara tematik keyslərdə işləmək təklif olunub. Hər komanda təkcə göstərilən problemləri müzakirə etməli deyil, həm də praktiki həll yolları hazırlamalı, onları mini-təqdimat formatında təqdim etməli, eləcə də ictimai əhəmiyyət və media yanaşması baxımından əsaslandırmalı idi.

Bundan əlavə, tədbirə şəhərsalma məsələlərini işıqlandırma sahəsində geniş təcrübəyə malik beynəlxalq jurnalist Laura Puttkamer onlayn formatda qoşulub. O, bu mövzunun işıqlandırılması üzrə öz təcrübəsini bölüşüb.

Qeyd edək ki, WUF13 17-22 may tarixlərində Bakıda keçiriləcək.

Nərmin Mustafayeva

Xəbər Lenti

“Zəkaların mübarizəsi” olimpiadasının regional mərhələsi keçiriləcək15.04.2026 - 13:34
Türkiyədən gəlmiş şagirdlər BMU-nun tədrisvə tədqiqat infrastrukturu ilə tanış olublar15.04.2026 - 13:21
Elmi konfrans: “Milli ruhun təntənəsi - Məhəmmədhüseyn Şəhriyar”15.04.2026 - 13:03
“Azərbaycanın gənc aqroliderləri” təqaüd proqramının qalibləri müəyyənləşib15.04.2026 - 12:46
Sinifdə ünsiyyət problemi uşağın dərs uğuruna necə təsir edir? - Aytən Ələkbərova15.04.2026 - 12:43
“Heydər Əliyev Ensiklopediyası” üzərində işlər tamamlanıb15.04.2026 - 12:38
Azərbaycan fəlsəfəsində yeni mərhələ: “Sufi fenomenologiya” dünya oxucusuna təqdim edilib15.04.2026 - 12:26
Aprelin 19-da 37 mindən çox şagird imtahan verəcək15.04.2026 - 12:10
Valideyn-məktəb əməkdaşlığı şagirdin inkişafında əsas rol oynayır - Pedaqoqdan açıqlama 15.04.2026 - 09:55
Tələbə beynəlxalq robot yarışmasında birinci oldu15.04.2026 - 09:50
BDU-da Zəngəzurun etno-mədəni irsi araşdırılır15.04.2026 - 09:40
Nazir müavini Qubada pedaqoji heyətlə görüşüb15.04.2026 - 09:31
ADU-da professor Nurəddin Kazımovun 100 illik yubileyinə həsr olunan beynəlxalq konfrans keçirilib 15.04.2026 - 09:20
İnfarktın qarşısını almaq üçün yeni tövsiyələr15.04.2026 - 09:10
Qazaxıstanın Abay Universitetinin magistrantları BDU-nun Fizika fakültəsində təcrübə keçiblər15.04.2026 - 09:00
ADU-da WUF13-ə həsr olunmuş tədbir keçirilib15.04.2026 - 08:50
“Rəqəmsal hüquqlar və təhlükəsiz internet” mövzusunda maarifləndirici görüş15.04.2026 - 08:41
Atırau Dövlət Universitetinin nümayəndə heyəti LDU-dadır15.04.2026 - 08:30
Qədim insanların kosmosla əlaqə qurduğuna dair dəlillər tapılıb15.04.2026 - 08:21
Bu gün hava necə olacaq? - PROQNOZ15.04.2026 - 08:12
Şəkidə Respublika fənn olimpiadalarının finalına vəsiqə qazanan şagirdlərlə görüş olub15.04.2026 - 08:00
Artemida-2” missiyası kosmonavtikada yeni mərhələnin əsasını qoyub15.04.2026 - 07:52
Xəzər dənizində zəlzələ olub15.04.2026 - 07:41
ADU-da Frankofoniya Gününə həsr olunmuş müsabiqə keçirilib15.04.2026 - 07:30
ADU-da Macar Mərkəzi tərəfindən Pasxa ənənələrinə həsr olunmuş tədbir keçirilib15.04.2026 - 07:21
Magistraturaya qeydiyyat başa çatdı: bu qədər bakalavrın ərizəsi təsdiqləndi15.04.2026 - 07:10
Nur paylayan alim: Zərifə Əliyevanın həyat yolu və mənəvi dünyası15.04.2026 - 06:11
Mingəçevirdə trolleybus sistemi yaradıldı15.04.2026 - 05:42
Azərbaycan və Fələstin arasında diplomatik münasibətlərin əsası qoyuldu15.04.2026 - 05:18
Bakıda Gənclik Mall ticarət mərkəzi istifadəyə verildi15.04.2026 - 05:06
Telman Adıgözəlov – səhnə və ekranın sevilən siması15.04.2026 - 04:54
Vəli Qədimov – klarnet sənətinin ustadı kimi yadda qaldı15.04.2026 - 04:36
Zərifə Əliyeva – Azərbaycan tibb elminin görkəmli nümayəndəsi15.04.2026 - 04:18
Sadıq Dadaşov – Azərbaycan memarlığının görkəmli simalarından biri15.04.2026 - 04:00
Sabaha yenə yağış gözlənilir14.04.2026 - 19:56
Alimlərdən yeni açıqlama: Kainatın sonu daha tez gələ bilər14.04.2026 - 19:48
DİM məktəblərə 105 mindən çox tədris vəsaiti göndərib14.04.2026 - 19:42
Azərbaycan Özbəkistanda keçirilən təhsil sərgisində təmsil olunur14.04.2026 - 19:35
Təhsilin İnkişafı Fondu 332 nəfərin IELTS xərcini qarşıladı14.04.2026 - 19:26
Titanikdən 114 il keçir: bir gecənin dəyişdirdiyi minlərlə həyat14.04.2026 - 19:21
Məktəb menyularında sağlamlıq islahatı: qızardılmış yeməklər çıxarılır14.04.2026 - 19:16
Azərbaycan alimi beynəlxalq elmi müsabiqənin qalibi olub14.04.2026 - 19:10
PIRLS 2026 ilə bağlı maarifləndirici görüşlər keçirilir14.04.2026 - 19:06
Bağçalarda erkən akademik yük nə dərəcədə doğrudur? – Məktəbəqədər təhsil eksperti açıqladı14.04.2026 - 19:02
Balakəndə “Oyunla oxuyaq” layihəsi: Süni intellekt və erkən inkişaf bir arada14.04.2026 - 19:00
BMU-da gənclərin fövqəladə hallarda roluna həsr olunan tədbir keçirilib14.04.2026 - 18:54
Evdə təhsil alan şagirdlərə dəstək layihəsinin icrasına başlanılıb14.04.2026 - 18:50
Silahlı hücum baş verən liseydə dərslər 4 gün dayandırıldı14.04.2026 - 18:46