Bakı, 24 fevral – 1992-ci il fevralın 24-də Azərbaycan Respublikası və Səudiyyə Ərəbistanı Krallığı arasında diplomatik əlaqələr rəsmi olaraq qurulub.
“Tehsil365” xəbər verir ki, Bu tarix iki ölkə arasında siyasi, iqtisadi və mədəni əməkdaşlığın başlanğıcı kimi qəbul edilir.
1992-ci ildən bəri Azərbaycan və Səudiyyə Ərəbistanı arasında diplomatik münasibətlər davamlı şəkildə inkişaf etmiş, qarşılıqlı səfərlər, iqtisadi investisiyalar və mədəni layihələr həyata keçirilmişdir. Hər iki ölkə strateji tərəfdaşlıq münasibətlərini daha da gücləndirmək üçün bir sıra sahələrdə əməkdaşlığı genişləndirmişdir.
Ekspertlər qeyd edirlər ki, bu diplomatik əlaqələr Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsində, Səudiyyə Ərəbistanı ilə ikitərəfli əməkdaşlıq imkanlarının genişlənməsində mühüm rol oynayıb.

