Təhsil 365 - Logo Mobile

İçərişəhərdə turizm bələdçiləri üçün elmi-praktik təlim keçirilir

6223.02.2026 - 19:13
İçərişəhərdə turizm bələdçiləri üçün elmi-praktik təlim keçirilir

AMEA Arxeologiya və Antropologiya İnstitutunun İçərişəhərdə yerləşən muzey-sərgi zalında “Milli, maddi-mədəni irsin qorunması və bələdçilik praktikası” mövzusunda elmi-praktik təlim-treninq təşkil olunub.

Bu barədə “Tehsil365"ə institutdan məlumat verilib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) ilə birgə təşkil edilən tədbirin əsas məqsədi turizm bələdçilərinin peşəkar fəaliyyətinin əhəmiyyətini vurğulamaq, mədəni irsin elmi əsaslarla şərhini təşviq etmək və müasir bələdçilik yanaşmalarını ictimai müzakirəyə çıxarmaqdır. Təlimlər gənclərin inkişafını və praktiki təcrübə qazanmasını dəstəkləyən “Könüllülük Proqramı” çərçivəsində institutun yeni yaradılmış Arxeoloji Dərnəyinin fəal iştirakı ilə keçirilib.

Tədbirin mahiyyəti və aktuallığı barədə məlumat verən institutun Elmi ekspozisiyanın təşkili şöbəsinin müdiri Orxan Zamanov maddi-mədəni irsin qorunması, elmi əsaslarla təqdim olunması və cəmiyyətə düzgün çatdırılması məsələlərini vurğulayıb.

İnstitutun elmi katibi tarix üzrə fəlsəfə doktoru, dosent Ellada Bəkirova, ADMİU-nun Muzeyşünaslıq və turizm kafedrasının professoru Lətifə Summerer, ADMİU-nun Muzeyşünaslıq və turizm kafedrasının baş müəllimi Əli Abuzərov turizm bələdçilərinin milli kimliyin təbliği və ölkənin beynəlxalq imicinin formalaşdırılmasındakı rolunu xüsusi vurğulayıblar.

Tədbirdə “Arxeoloji qazıntıdan arxeoturizmə və muzey arxeologiyasına”, “Müasir bələdçilik fəaliyyəti və kommunikasiya bacarıqları”, “Muzeylərdə arxeoloji irsin tədrisi - elmi-metodik yanaşmalar və perspektivlər”, “Muzeylərdə maddi-mədəniyyət nümunələrinin düzgün tanıdılması”, “Tarixin canlı səsi: peşəkar muzey bələdçisi”, Bələdçinin uğur modulu nədir?” mövzularında məruzələr dinlənilib. Çıxışlarda arxeoloji tədqiqatların əhəmiyyəti, arxeoloji irsin turizm potensialı və muzey mühitində təqdimat mexanizmləri barədə geniş elmi məlumat verilib. Bələdçilərin peşəkar etikası, auditoriya ilə effektiv ünsiyyətqurma bacarıqları və beynəlxalq standartlara uyğun fəaliyyət prinsipləri barədə fikirlər bölüşülüb. Qeyd olunub ki, bələdçi yalnız məlumat ötürən şəxs deyil, həm də tarixi yaddaşın daşıyıcısı və auditoriya ilə mədəni dialoq qurmağı bacaran peşəkar kommunikator olmalıdır. Müasir bələdçinin peşəkar inkişaf modeli, kommunikasiya bacarıqları, etik davranış prinsipləri və auditoriya ilə interaktiv əlaqə qurma üsullarından söz açılıb. Məruzələrdə muzeylərin təhsil prosesində rolu, arxeoloji eksponatların elmi-tədris potensialı və “muzey - tədris laboratoriyası” modeli barədə ətraflı məlumat verib. Bildirilib ki, eksponatların elmi interpretasiyası, təqdimat dili və terminoloji dəqiqlik məsələlərinə toxunub.

İştirakçılar arasında turizm bələdçiliyinin elmi-metodik əsasları ətrafında fikir mübadiləsi aparılıb.

Təlim-treninqlər fevralın 24-dək davam edəcək.

Nərmin Mustafayeva

Xəbər Lenti

Bakıda Davud Kazımovun anadan olmasının 100 illiyinə həsr olunmuş sərgi açılıb23.02.2026 - 19:55
Fransada aktyorlar süni intellektdən istifadəni məhdudlaşdırmağa çağırdılar23.02.2026 - 19:42
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi "WUF13"ə hazırlıq barədə məlumatlandırılıb23.02.2026 - 19:33
Məktəbəqədər təhsilin psixoloji inkişafda rolu nədir? – Psixoloq açıqladı23.02.2026 - 19:26
RFO-da iştirak edənlərin nəzərinə - buraxılış vərəqələri verilir23.02.2026 - 19:20
BDU tələbələrinə sığorta sahəsində qərarvermə mexanizmləri izah olunub23.02.2026 - 19:06
Ümumdünya Şəhərsalma Forumunun Azərbaycan ünvanı23.02.2026 - 19:00
Xankəndidə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb23.02.2026 - 18:52
Xocalıda törədilmiş qətliam insanlıq əleyhinə ən qatı cinayətdir23.02.2026 - 18:44
Bakıda media nümayəndələri üçün WUF13-lə bağlı məlumatlandırma sessiyası keçirilib23.02.2026 - 18:35
Prezident BMT-nin "Kibercinayətkarlığa qarşı" Konvensiyası üzrə səlahiyyətli orqanları müəyyən edib23.02.2026 - 18:24
Azərbaycan eksponatları Özbəkistanda nümayiş olunacaq23.02.2026 - 18:15
Səməd Vurğunun 120 illik yubileyi qeyd ediləcək23.02.2026 - 18:06
Məktəblərdə təlim və tərbiyə: valideyn–müəllim–şagird münasibətlərinin rolu23.02.2026 - 18:00
Xaricdə təhsil almış şəxslər üçün imtahan olacaq23.02.2026 - 17:56
"WhatsApp"a çoxdan gözlənilən funksiya gəldi23.02.2026 - 17:52
Gömrük Akademiyasına qəbul: qaydalar və şərtlər23.02.2026 - 17:47
ABŞ universiteti UNEC alimi haqqında məqalə dərc edib: “UNEC-dən Vaşinqton Universitetinə”23.02.2026 - 17:44
Azərbaycan qabaqcıl şəhərsalma modellərini uğurla tətbiq edir23.02.2026 - 17:40
Azərbaycan-Serbiya əməkdaşlığında təhsil və elmin yeri23.02.2026 - 17:38
Məskunlaşma Proqramının nümayəndəsi: Qax, Lənkəran, Şəki və Gəncədə WUF13 tədbirləri keçiriləcək23.02.2026 - 17:33
Sumqayıt Teatrında yeni tamaşanın premyerası olacaq23.02.2026 - 17:29
BMU-da Mikroskopik tədqiqatlar və Mikrobiologiya laboratoriyaları istifadəyə verilib23.02.2026 - 17:26
“Xocalı - qanımızdan keçən dirçəliş” - anım tədbiri23.02.2026 - 17:20
İsgəndər Sərdarlı: “Yaddaş sandığı” layihəsi xalqımızın mədəniyyət ənənələrini dərindən təhlil edəcək23.02.2026 - 17:17
Birinci Türkoloji Qurultayın materialları mətbuat kontekstində23.02.2026 - 17:12
Azərbaycan eksponatları Özbəkistanda nümayiş olunacaq23.02.2026 - 17:10
Təhsil İnstitutu və ADPU arasında əməkdaşlıq haqqında memorandum imzalanıb23.02.2026 - 17:05
Brüsseldə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçirilib23.02.2026 - 17:00
Professor Qafar Cəbiyev: “Tarixi abidələri qorumaq hər bir vətəndaşın borcudur”23.02.2026 - 16:52
Psixoloq Mətanət Əliyeva: “Sosial mediada yayılan qəlibləşmiş gözəllik standartları qadın psixologiyasına ciddi təsir göstərir”23.02.2026 - 16:46
Azərbaycanlı tələbə beynəlxalq “IT bootcamp” proqramına seçilib23.02.2026 - 16:40
Sankt-Peterburqda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb23.02.2026 - 16:34
Türk xalqlarının elmi-mədəni birliyində Birinci Türkoloji Qurultayın yeri: Naxçıvanda elmi müzakirələr23.02.2026 - 16:29
Runik yazıdan Kiril əlifbasına: türk dillərinin inkişafında dönüş mərhələləri23.02.2026 - 16:22
UNEC türk dövlətlərində ən yaxşı 14-cü universitetdir23.02.2026 - 16:17
Türk alimləri Ay və Mars torpağına bənzər mühitdə pomidor yetişdiriblər23.02.2026 - 16:08
“Xocalı - qanımızdan keçən dirçəliş” - anım tədbiri23.02.2026 - 16:00
AQTA: Bakı-Abşeron və Sumqayıtda quş cəsədləri nümunələrində xüsusi xəstəlik aşkarlanmayıb23.02.2026 - 15:51
BDU-da bitkilərin stresə davamlılığı üzrə elmi nəticələr əldə olunub23.02.2026 - 15:43
Sofiya Frank: Rəssamlar ekoloji problemlərə diqqət yönəldilməsi üçün nə etməlidirlər?23.02.2026 - 15:39
AMEA-da ortaq türk əlifbası ilə ilk poeziya antologiyası nəşr olunub23.02.2026 - 15:32
“SGS Azerbaijan” MMC-nin nümayəndə heyəti ADNSU-da olub23.02.2026 - 15:25
Yeni təyin olunmuş məktəb direktorları ilə görüş keçirilib23.02.2026 - 15:18
Postmodern ədəbiyyatımız beynəlxalq nəşrdə: azərbaycanlı alimin yeni tədqiqatı23.02.2026 - 15:10
Həkim Aydın Əliyev: “Yanlış qidalanma və texnologiyadan sui-istifadə gənclərdə sağlamlıq problemlərini artırır23.02.2026 - 15:00
Metodist hazırlığı müsabiqəsinə qeydiyyat davam edir23.02.2026 - 14:58