BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi İqor Qarafuliç "WUF13Azerbaijan"a hazırlıq barədə məlumatlandırılıb.
"Tehsil365" xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev "X"dəki hesabında yazıb.
"Bu gün BMT-nin Azərbaycanda yeni təyin olunan müvəqqəti rezident əlaqələndiricisi İqor Qarafuliç ilə səmərəli görüş keçirdik.
Cənan İqor Qarafuliçə Azərbaycanın milli prioritetləri və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq post-münaqişə dövründə həyata keçirilən bərpa-quruculuq proseslərində əldə olunan irəliləyişlərdən bəhs etdik.
Həmçinin 2026-cı ilin ölkəmizdə "Şəhərsalma və Memarlıq İli" elan olunması və may ayında Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (#WUF13Azerbaijan) hazırlıq barədə ətraflı məlumat verdik", - A.Quliyev qeyd edib.

