Təhsil 365 - Logo Mobile

Bakıda Davud Kazımovun anadan olmasının 100 illiyinə həsr olunmuş sərgi açılıb

7223.02.2026 - 19:55
Bakıda Davud Kazımovun anadan olmasının 100 illiyinə həsr olunmuş sərgi açılıb

Azərbaycan Milli İncəsənət Muzeyində mədəniyyətimizdə əhəmiyyətli iz qoymuş, milli incəsənət məktəbinin ən maraqlı nümayəndələrindən biri, Xalq rəssamı Davud Kazımovun anadan olmasının 100 illiyinə həsr olunmuş sərginin açılış mərasimi keçirilib.

“Tehsil365” xəbər verir ki, tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova, Milli İncəsənət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova, Nizami Gəncəvi adına Azərbaycan Milli Ədəbiyyat Muzeyinin direktoru, akademik Rafael Hüseynov, milli incəsənətin korifeyi, Xalq rəssamı Ömər Eldarov, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru Fuad Salayev və digərləri ustadın zəngin irsindən və milli incəsənətin inkişafına verdiyi töhfələrdən danışıblar.

Muzeyin direktoru vurğulayıb ki, rəssamın Azərbaycan muzeylərində qorunan əsərləri arasında ən böyük kolleksiya məhz Milli İncəsənət Muzeyinə məxsusdur. Bu sərgidə muzeyin daimi ekspozisiyası fondlardan və şəxsi kolleksiyalardan təqdim olunan əsərlərlə zənginləşdirilib.

Açılış mərasimində görkəmli rəssam və pedaqoqun ünvanına çoxsaylı xoş sözlər səsləndirilib. O, təkcə tanınmış sənətkar kimi deyil, həm də gözəl insan, səmimi dost, güclü, nəcib və xeyirxah şəxs kimi yad edilib.

Davud Kazımovun yaradıcılığında öz dövrünün ruhu sanki güzgü kimi əks olunur. Bununla belə, ustadın istedadı, tablolarının enerjisi, portret əsərlərindəki canlı emosiyalar, mənzərələrindəki xüsusi rahatlıq və zərif işıq onun sənətini bu gün də son dərəcə müasir göstərir. Rəssam bu gün də hamı üçün çox maraqlı şəxsiyyətdir - sərgiyə gələn və sənətkarın xatirəsini anmaq istəyən ziyarətçilərin sayı buna əyani sübutdur.

Sərgidə nümayiş olunan natürmortlar səmimi ev ab-havası, istilik və işıqla zəngindir. Gözəl güldanlarda güllər - qızılgüllər, zərif çobanyastığılar, nərgizlər və tünd astra çiçəkləri, parlaq portağallar, şaftalılar, parçalar və mis qablar… Davud Kazımov bu mövzulara böyük həvəslə müraciət edib, onları dönə-dönə təsvir edib. Bu əsərlərdə onun heyrətamiz ustalığı, rəng palitrasının zənginliyi və adi predmetləri əsl şah əsərə çevirmək bacarığı aydın hiss olunur.

Möhtəşəm mənzərələr də laqeyd qoymur. Onlarda işıq, rəng, hava və əhvali-ruhiyyə bolluğu var. Rəssamın kətanlarında meh canlanır, çəmənliklər çiçəklənir, zirvələrdən enən soyuq duman duyulur. Davud Kazımov öz yurdunu və təbiətini o qədər sevirdi ki, hətta gecə vaxtı Əlhambra və Burqas küçələri təsvir olunan mənzərələrində belə Abşeron torpağının istisini hiss etmək mümkündür.

Davud Kazımov kənd qadınlarını, onların həyat tərzini, adət-ənənələrini, etnoqrafik xüsusiyyətlərini və milli geyimlərini də çox təsvir edib. Bu əsərlər dövrün əlamətləri kimi maraqlıdır, lakin ustad üçün əsas olan insandır. Son dərəcə müşahidəçi rəssamın incə psixoloji portretləri qəhrəmanlarına elə parlaq xarakter və emosiyalar bəxş edir ki, onları canlı və fərqli hiss edirsən. Milli geyimli, al yaylıqlı bolqar qadının gözlərində nə qədər məna oxumaq mümkündür!..

Portretlərdən danışarkən qeyd edilməlidir ki, uşaqları təsvir etmək olduqca çətindir. Bəzən elə olur ki, hətta böyük rəssamlar belə onların səmimiliyini və mimikalarının ani dəyişkənliyini tam çatdıra bilmirlər. Davud Kazımov isə oğullarının heyrətamiz uşaq portretlərini yaradaraq, onları saf və səmimi emosiyalarla dolu şəkildə bizə miras qoyub.

Sərgi zallarını gəzərək ekspozisiyanın ilk tablosuna yenidən qayıtmaq olar - onun xoş enerjisi dərhal hiss olunur. Üç obrazın hər biri son dərəcə canlı və xarakterlidir. Gözlərini bir qədər yummuş qadın sakitcə istirahət anından zövq alır, rəfiqəsinin baxışlarında isə dünyaya qarşı səmimi maraq duyulur. Lakin ən təsirlisi arxası tamaşaçıya tərəf oturan oğlandır - onun duruşunda və hərəkətində həyatın gözəlliyinə olan saf və sevincli inam aydın hiss edilir. Onlara baxarkən insan həmin havanı dərindən udmaq və uşaqlığın ən gözəl günlərindəki kimi yenidən xoşbəxt olmaq istəyir.

Rəssamın oğulları atalarının xatirəsinə göstərilən ehtirama görə iştirakçılara təşəkkür ediblər. Biz isə rəngi, işıq, hava və ruh bayramını bizə bəxş etdiyi üçün böyük sənətkara minnətdarlığımızı bildiririk.

Sərgi martın 31-dək davam edəcək.

Nərmin Mustafayeva

Xəbər Lenti

Fransada aktyorlar süni intellektdən istifadəni məhdudlaşdırmağa çağırdılar23.02.2026 - 19:42
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi "WUF13"ə hazırlıq barədə məlumatlandırılıb23.02.2026 - 19:33
Məktəbəqədər təhsilin psixoloji inkişafda rolu nədir? – Psixoloq açıqladı23.02.2026 - 19:26
RFO-da iştirak edənlərin nəzərinə - buraxılış vərəqələri verilir23.02.2026 - 19:20
İçərişəhərdə turizm bələdçiləri üçün elmi-praktik təlim keçirilir23.02.2026 - 19:13
BDU tələbələrinə sığorta sahəsində qərarvermə mexanizmləri izah olunub23.02.2026 - 19:06
Ümumdünya Şəhərsalma Forumunun Azərbaycan ünvanı23.02.2026 - 19:00
Xankəndidə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb23.02.2026 - 18:52
Xocalıda törədilmiş qətliam insanlıq əleyhinə ən qatı cinayətdir23.02.2026 - 18:44
Bakıda media nümayəndələri üçün WUF13-lə bağlı məlumatlandırma sessiyası keçirilib23.02.2026 - 18:35
Prezident BMT-nin "Kibercinayətkarlığa qarşı" Konvensiyası üzrə səlahiyyətli orqanları müəyyən edib23.02.2026 - 18:24
Azərbaycan eksponatları Özbəkistanda nümayiş olunacaq23.02.2026 - 18:15
Səməd Vurğunun 120 illik yubileyi qeyd ediləcək23.02.2026 - 18:06
Məktəblərdə təlim və tərbiyə: valideyn–müəllim–şagird münasibətlərinin rolu23.02.2026 - 18:00
Xaricdə təhsil almış şəxslər üçün imtahan olacaq23.02.2026 - 17:56
"WhatsApp"a çoxdan gözlənilən funksiya gəldi23.02.2026 - 17:52
Gömrük Akademiyasına qəbul: qaydalar və şərtlər23.02.2026 - 17:47
ABŞ universiteti UNEC alimi haqqında məqalə dərc edib: “UNEC-dən Vaşinqton Universitetinə”23.02.2026 - 17:44
Azərbaycan qabaqcıl şəhərsalma modellərini uğurla tətbiq edir23.02.2026 - 17:40
Azərbaycan-Serbiya əməkdaşlığında təhsil və elmin yeri23.02.2026 - 17:38
Məskunlaşma Proqramının nümayəndəsi: Qax, Lənkəran, Şəki və Gəncədə WUF13 tədbirləri keçiriləcək23.02.2026 - 17:33
Sumqayıt Teatrında yeni tamaşanın premyerası olacaq23.02.2026 - 17:29
BMU-da Mikroskopik tədqiqatlar və Mikrobiologiya laboratoriyaları istifadəyə verilib23.02.2026 - 17:26
“Xocalı - qanımızdan keçən dirçəliş” - anım tədbiri23.02.2026 - 17:20
İsgəndər Sərdarlı: “Yaddaş sandığı” layihəsi xalqımızın mədəniyyət ənənələrini dərindən təhlil edəcək23.02.2026 - 17:17
Birinci Türkoloji Qurultayın materialları mətbuat kontekstində23.02.2026 - 17:12
Azərbaycan eksponatları Özbəkistanda nümayiş olunacaq23.02.2026 - 17:10
Təhsil İnstitutu və ADPU arasında əməkdaşlıq haqqında memorandum imzalanıb23.02.2026 - 17:05
Brüsseldə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçirilib23.02.2026 - 17:00
Professor Qafar Cəbiyev: “Tarixi abidələri qorumaq hər bir vətəndaşın borcudur”23.02.2026 - 16:52
Psixoloq Mətanət Əliyeva: “Sosial mediada yayılan qəlibləşmiş gözəllik standartları qadın psixologiyasına ciddi təsir göstərir”23.02.2026 - 16:46
Azərbaycanlı tələbə beynəlxalq “IT bootcamp” proqramına seçilib23.02.2026 - 16:40
Sankt-Peterburqda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb23.02.2026 - 16:34
Türk xalqlarının elmi-mədəni birliyində Birinci Türkoloji Qurultayın yeri: Naxçıvanda elmi müzakirələr23.02.2026 - 16:29
Runik yazıdan Kiril əlifbasına: türk dillərinin inkişafında dönüş mərhələləri23.02.2026 - 16:22
UNEC türk dövlətlərində ən yaxşı 14-cü universitetdir23.02.2026 - 16:17
Türk alimləri Ay və Mars torpağına bənzər mühitdə pomidor yetişdiriblər23.02.2026 - 16:08
“Xocalı - qanımızdan keçən dirçəliş” - anım tədbiri23.02.2026 - 16:00
AQTA: Bakı-Abşeron və Sumqayıtda quş cəsədləri nümunələrində xüsusi xəstəlik aşkarlanmayıb23.02.2026 - 15:51
BDU-da bitkilərin stresə davamlılığı üzrə elmi nəticələr əldə olunub23.02.2026 - 15:43
Sofiya Frank: Rəssamlar ekoloji problemlərə diqqət yönəldilməsi üçün nə etməlidirlər?23.02.2026 - 15:39
AMEA-da ortaq türk əlifbası ilə ilk poeziya antologiyası nəşr olunub23.02.2026 - 15:32
“SGS Azerbaijan” MMC-nin nümayəndə heyəti ADNSU-da olub23.02.2026 - 15:25
Yeni təyin olunmuş məktəb direktorları ilə görüş keçirilib23.02.2026 - 15:18
Postmodern ədəbiyyatımız beynəlxalq nəşrdə: azərbaycanlı alimin yeni tədqiqatı23.02.2026 - 15:10
Həkim Aydın Əliyev: “Yanlış qidalanma və texnologiyadan sui-istifadə gənclərdə sağlamlıq problemlərini artırır23.02.2026 - 15:00
Metodist hazırlığı müsabiqəsinə qeydiyyat davam edir23.02.2026 - 14:58