Təhsilverənlər üçün “Müəllim” mobil tətbiqi istifadəyə verilir.
“Tehsil365" xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov “Təhsilin rəqəmsallaşması” mövzusunda keçirilən brifinqdə deyib. O bildirib ki, tətbiq müəllimlərin gündəlik işini asanlaşdırmaq, təhsil prosesində rəqəmsal idarəetməni təmin etmək məqsədilə hazırlanmış rəsmi platformadır. Vüqar Xanlarov sistem vasitəsilə müəllimlərin dərs prosesini daha operativ şəkildə idarə edə, məlumat mübadiləsini sürətləndirə biləcəklərini vurğulayıb.

