Təhsil 365 - Logo Mobile

“İslam mədəniyyətində birgəyaşayış təcrübəsi” mövzusunda IV beynəlxalq simpozium keçiriləcək

11024.02.2026 - 11:30
“İslam mədəniyyətində birgəyaşayış təcrübəsi” mövzusunda IV beynəlxalq simpozium keçiriləcək

Azərbaycan İlahiyyat İnstitutu, Mənəvi Dəyərlərin Təbliği Fondu, Türkiyənin Kilis 7 Aralık Universiteti və İndoneziyanın Sunan Kalijaga Dövlət İslam Universitetinin birgə təşkilatçılığı ilə bu il mayın 7–9-da Türkiyənin Kilis şəhərində “İslam mədəniyyətində birgəyaşayış təcrübəsi” mövzusunda IV beynəlxalq simpozium keçiriləcək.

Bu barədə “Tehsil365"ə İlahiyyat İnstitutdan məlumat verilib.

Simpoziumda “Cəmiyyət” mövzusu çərçivəsində İslam mədəniyyətində birgəyaşayış prinsipinin konseptual çərçivəsi, onun vacibliyi və bu mədəniyyəti gücləndirən amillər, fərqli cəmiyyətlərdə birgəyaşayış təcrübəsi və bu sahəyə töhfə verən nümunəvi şəxsiyyətlər, birgəyaşayış qarşısında duran maneələr, müsəlman təfəkküründə “cəmiyyət” anlayışı, qloballaşmanın birgəyaşayışa təsiri (irqçilik, gender ayrı-seçkiliyi, zorakılıq, gəlirlərin qeyri-bərabər bölgüsü), incəsənətin ictimai şüurun formalaşmasına təsiri və İndoneziyada birgəyaşayışın əsas dinamikliyi müzakirə olunacaq.

“Təhsil” mövzusu çərçivəsində təhsilin birgəyaşayış mədəniyyətinə töhfəsi, təhsil proqramlarının (məktəbəqədər, ibtidai, orta və ali təhsil dövrləri üzrə) birgəyaşayış mədəniyyətinin formalaşdırılmasındakı rolu, təhsildə şagird və müəllim fəallıqları, din təhsilinin və ali dini təhsilin birgəyaşayışa töhfəsi, məktəblərdə din təhsilinin bu prosesdəki rolu, müxtəlif elm sahələrində birgəyaşayış təcrübəsi və İndoneziyada din təhsilinin xüsusiyyətləri təhlil ediləcək.

“İslam” mövzusu çərçivəsində İslamın birləşdirici xüsusiyyətləri və məzhəblər, siyasi və etiqadı İslam məzhəblərinin birgəyaşayış mədəniyyətinə töhfələri, fiqh elminin (əhliyyət, məşvərət, əmanət, ədalət və s.) birgəyaşayışa təsiri, İslam tarixində birgəyaşayışa dair nümunələr, kəlam elminin dinin düzgün başa düşülməsində rolu (“qəzavü-qədər”, “Tanrı” və “kainat” anlayışları), xurafat, fanatizm və təkfirin birgəyaşayışa mənfi təsirləri, Quranda birgəyaşayışın əhəmiyyəti, hədis ədəbiyyatında bu mövzunun vurğulanması və İslam ədəbiyyatının (fundamental mətnlər, şairlər, ozanlar) cəmiyyətlərarası inteqrasiyaya təsiri müzakirə olunacaq.

Simpoziuma məqalələrin qəbulu aprelin 30-dək davam edəcək.

Aydan Ələkbərova

Xəbər Lenti

Geopoetika Kitabı Təqdimatı baş tutdu26.10.2026 - 19:19
Müəllimlərə Esse Təlimi keçirildi26.10.2026 - 19:14
Bakıda Dünya Dialoq Forumu keçirilib26.10.2026 - 19:09
DİA Müəllimi İstanbulda Təlimdə26.10.2026 - 19:03
LDU-da Maarifləndirici Görüş Keçirildi26.10.2026 - 19:00
Hüseynova İzmirdə Məruzə Oxudu26.10.2026 - 18:52
İki Fakültə Bir Dərsdə26.10.2026 - 18:48
Raqif Rauf Tələbələrlə Görüşdü26.10.2026 - 18:45
“Qorxular” adlı kitabının səsli versiyası təqdim edilib26.10.2026 - 18:39
Gözdən Əlillər Kitabxanası Sərgidə26.10.2026 - 18:21
250 azərbaycanlı tələbə Niderland universitetlərinə qəbul olunub26.10.2026 - 18:12
ADU-da Sport Pulse Yayımlandı26.10.2026 - 18:08
Universitet tələbələri elektrik stansiyasında praktiki təcrübə keçiblər26.10.2026 - 18:00
Leyla Əliyeva və Alyona Əliyeva Şamaxıda uşaq baxçasının açılışında olublar26.10.2026 - 17:54
Qarabağ Universitetinin 5 tələbəsinə 1000 manat təqaüd veriləcək26.10.2026 - 17:50
“Mədəniyyət rüzgarı” layihəsi təlimləri təşkil edilib26.10.2026 - 17:48
Çanaqqaladan Bakıya - Ortaq mədəniyyət” sərgisinin açılışı olub26.10.2026 - 17:44
Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb26.10.2026 - 17:38
Azərbaycan Universitetində yeni elmi kitab təqdim olunub26.10.2026 - 17:30
Gənclərin ictimai-siyasi fəallığı cəmiyyətin inkişafının əsas dayaqlarındandır26.10.2026 - 17:27
İnformasiya və rabitə sektoruna investisiyalar 57,3 faiz artıb26.10.2026 - 17:13
Elnarə Baxış Milli Kibertəhlükəsizlik Agentliyindəki işindən ayrılıb26.10.2026 - 17:09
Jurnalist Zakirə Zakirqızına yeni vəzifə verildi26.10.2026 - 17:05
BMU Çinin nüfuzlu universiteti ilə elmi əməkdaşlığa başlayır26.10.2026 - 17:00
Hərbi vəzifəlilərin cəlb edildiyi təlim toplanışları başa çatıb26.10.2026 - 16:59
“Əlaçı” təqaüdünün qalibləri açıqlandı: UNEC-dən 32 tələbə seçildi26.10.2026 - 16:58
Şagirdlər “MiniBoss” proqramında öz layihələrini hazırlayır və təqdim edirlər26.10.2026 - 16:52
MDU tələbələri STEAM Mərkəzində müasir texnologiyalarla tanış olublar26.10.2026 - 16:49
UNEC-də süni intellektin iqtisadiyyata təsiri müzakirə olunub26.10.2026 - 16:43
Azərbaycanda süni intellektli robotların hazırlanması istiqamətində tədqiqatlar aparılır26.10.2026 - 16:34
Məktəblərdə hər şagirdə düşən illik təhsil xərcləri müəyyənləşdi – MƏBLƏĞLƏR26.10.2026 - 16:11
Mətanət Əliyeva: "Uşaq aqressiyasına yalnız davranış problemi kimi yanaşmaq düzgün deyil" 26.10.2026 - 15:19
Bakı Beynəlxalq İncəsənət Festivalının paralel proqramı elan edilib26.10.2026 - 14:58
Beynəlxalq Muğam Mərkəzində Cefri Verbokunun 75 illik yubileyi qeyd olunub26.10.2026 - 14:55
UNAOC-un ali nümayəndəsi: “Bakı Prosesi”nin əhəmiyyəti ildən-ilə artır26.10.2026 - 14:52
“Xalçalarda xoşbəxtlik” kitabı Azərbaycan xalçasına fərqli baxış təqdim edir26.10.2026 - 14:50
Mikayıl Ruhandın kitabı işıq üzü görüb26.10.2026 - 14:48
“Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş yeni nəşr və elektron məlumat bazası təqdim edilib26.10.2026 - 14:46
Bakı Kitab Sərgisində Mirvarid Dilbazinin poeziya dünyası və milli kəlağayı irsimiz tanıdılıb26.10.2026 - 14:44
Bakıda Gennadi Xazanovun solo gecəsi keçiriləcək26.10.2026 - 14:42
“Mədəniyyət rüzgarı” layihəsi çərçivəsində silsilə təlimlər təşkil edilib26.10.2026 - 14:40
Elbay Qasımzadə: “Şəhərsalma və Memarlıq İli” biblioqrafiyası memarlıq tarixinin öyrənilməsi üçün əhəmiyyətlidir26.10.2026 - 14:38
“İranda Azərbaycan dilində tədris aparılan bir məktəb belə yoxdur”26.10.2026 - 14:34
Son tədris ilində 250 azərbaycanlı Niderland universitetlərinə daxil olub26.10.2026 - 14:23
Bəzi marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib26.10.2026 - 14:22
Məktəblilər “Bilim Bakı”da təlimlərə cəlb olunur26.10.2026 - 14:18
Tədqiqatçı və doktorantlar üçün təlimat sənədi hazırlanıb26.10.2026 - 14:17
QHT-lər üçün qrant müsabiqəsi elan edilib26.10.2026 - 14:15