Təhsil 365 - Logo Mobile

DİM abituriyentlərə çağırış etdi

7924.02.2026 - 14:30
DİM abituriyentlərə çağırış etdi

Şagirdlər özlərinin imtahana buraxılış vərəqəsini çap edə bilərlər. Təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər.

“Tehsil365" xəbər verir ki,  2026-cı il martın 9-da Bakı şəhərinin Nərimanov, Sabunçu, Xəzər, Səbail, Nəsimi, Nizami, Pirallahı, Abşeron (I hissə), Sumqayıt (I hissə), Gəncə (I hissə), Goranboy, Yevlax, Naftalan, Şəmkir, Ağstafa, Şirvan, Hacıqabul, Neftçala, Salyan, Ucar, Ağdaş, Zərdab, Kürdəmir, Lənkəran, Cəlilabad, Bərdə, Tərtər, Füzuli (o cümlədən M.Uluqbəy adına 1 №-li tam orta məktəb), Zəngilan (Ağalı kənd tam orta məktəbi), Cəbrayıl (M.Mehdizadə adına məktəb, Horovlu), Ağdərə (Talış, Göyarx, Həsənriz, Şıxarx, Suqovuşan kənd tam orta məktəbləri), Şəki, Oğuz, Qəbələ, Xaçmaz, Siyəzən, Şabranda Dövlət İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək. Martın 9-da tədrisi ingilis dilində olan məktəblərin  şagirdləri də imtahan verirlər.

Buraxılış imtahanında iştirak edəcək şagirdlər //e-gov.az/az/services/read/2516/2 linkindən istifadə etməklə özlərinin imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər. Şagirdlər iş nömrəsini buradan öyrənə bilərlər.

Buraxılış vərəqəsini çap etmək üçün kompüterə Adobe Reader proqramı quraşdırılmalıdır və brauzerin “Pop-up blocked” sahəsindən qeyd işarəsi götürülməlidir. Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından  yükləyə bilərlər.

Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

-İmtahana buraxılış vərəqəsi; 

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

-Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

Qeydlər:

-Şagirdlər bitirdikləri məktəbin yerləşdiyi yerə uyğun rayonda (şəhərdə) imtahan verirlər.

-Məcburi köçkün rayonlarının məktəblərində təhsil alan şagirdlər bitirdikləri təhsil müəssisəsinin yerləşdiyi şəhər və rayonların imtahan gününə uyğun tarixdə imtahan verirlər.

-Peşə liseylərinin məzunları liseyin yerləşdiyi şəhər və rayonların imtahan gününə uyğun tarixlərdə imtahan verirlər. (Sumqayıt və Abşeronda yerləşən peşə liseylərinin məzunları  martın 9-da imtahan verəcəklər).

Aydan Ələkbərova

Xəbər Lenti

Ürəyə xeyirli 12 qida11.04.2026 - 09:12
TəhsilPlus kartları ilə bağlı regional təhsil idarələrinin direktorları ilə görüş keçirilib11.04.2026 - 09:00
Sertifikatlaşdırılma prosesinə cəlb olunacaq fənlər - SİYAHI11.04.2026 - 08:51
Naxçıvan Təhsil Nazirliyi və bp əməkdaşlığa başlayır11.04.2026 - 08:42
"Yaxşı hüquqşünas olmaq üçün nəyə görə tarixi riyaziyyatdan yaxşı bilmək lazımdır?"11.04.2026 - 08:33
Vitamin çatışmazlığı Altsheymer xəstəliyinə səbəb ola bilər?11.04.2026 - 08:22
Bakı məktəbliləri üçün BDU-da infosessiya11.04.2026 - 08:10
Azərbaycan Dillər Universitetinin QS beynəlxalq reytinqində əldə etdiyi mühüm nailiyyət11.04.2026 - 07:58
Şəhərdə yaşamaq beyinin qocalmasına necə təsir edir?11.04.2026 - 07:44
Orta əsrlərdə Yer güclü Günəş partlayışı ilə üzləşib11.04.2026 - 07:29
Bu gün 16 dərəcə isti olacaq11.04.2026 - 07:15
Dövlətin müəllim hazırlığı proqramı nəticə verdi: yeni müəllimlərin sayı artdı11.04.2026 - 07:00
İngiltərədə 15 universitetdə tələbələrə maliyyə vəsaitlərini geri qaytarmaq tapşırılıb11.04.2026 - 06:36
Hesabat: Maliyyə riskləri İngiltərə universitetlərini təhdid edir11.04.2026 - 06:18
2018-ci ildə Azərbaycanda prezident seçkiləri keçirildi11.04.2026 - 06:00
Azərbaycan arfa sənətinin banisi Aida Abdullayevanın irsi yaşayır11.04.2026 - 05:42
Yelmar Edilovun qəhrəmanlıq yolu xalqın yaddaşında yaşayır11.04.2026 - 05:18
Azərbaycanın Milli Qəhrəmanı Yevgeni Karlovun igidliyi unudulmur11.04.2026 - 05:06
Qəhrəman zabit Pəhlivan Fərzəliyev Vətən yolunda şəhid oldu11.04.2026 - 04:54
Vətən uğrunda canından keçən qəhrəman: Fəxrəddin Musayev11.04.2026 - 04:36
Milli voleybol komandamızın kapitanı Ayşən Əbdüləzimova11.04.2026 - 04:18
Azərbaycan səhnəsinin görkəmli siması: İsmayıl Osmanlı11.04.2026 - 04:00
AzMİU məzununun layihəsi “Təməl” mükafatına layiq görüldü10.04.2026 - 19:58
İmtahanlarda xarici dilin tətbiqi şagirdlərin biliklərində irəliləyiş yaradıb10.04.2026 - 19:55
Türkiyədə “Azərbaycanın qədim şəhərləri” kitabı çıxıb10.04.2026 - 19:52
Sertifikatlaşdırma ilə bağlı görüşlər davam edir10.04.2026 - 19:45
TDT ölkələrinin imtahan mərkəzləri arasında niyyət protokolu imzalanıb10.04.2026 - 19:40
AzMİU Qazaxıstanda 4 mühüm beynəlxalq müqavilə imzaladı10.04.2026 - 19:34
Tələbələr arasında mühəndislik yarışı keçirilib10.04.2026 - 19:26
PISA və TIMSS təhsildə dəyişikliklərin əsas göstəricisidir10.04.2026 - 19:20
“Süni intellektin qarşısında olmalıyıq”- Hanan Xalifa10.04.2026 - 19:14
Uşağın xoşbəxt böyüməsi üçün daha vacib nədir: azadlıq, yoxsa qayda? – Psixoloq açıqladı10.04.2026 - 19:06
ARTİ rəsmisi: Qiymətləndirmə idarəetmə üçün əsas arqumentdir10.04.2026 - 19:00
AzMİU-da “İnşaatçılar Həftəsi” başladı10.04.2026 - 18:54
Məqsədimiz imtahanı özünüdərk alətinə çevirməkdir – Məleykə Abbaszadə10.04.2026 - 18:50
BMU-nun professoru beynəlxalq konfransda məruzə ilə çıxış edib10.04.2026 - 18:46
İmtahan suallarının real həyatla uyğunluğunun artırılması vacibdir - Nazir10.04.2026 - 18:40
Beynəlxalq olimpiadalara hazırlıq planı açıqlandı10.04.2026 - 18:38
ÖSYM prezidenti: Türk dövlətləri arasında ortaq imtahan sistemi formalaşa bilər10.04.2026 - 18:35
Məktəbəhazırlıq qrupları üzrə şagird yerdəyişməsi dayandırılır10.04.2026 - 18:32
“Süni intellektdən istifadə edərkən tənqidi düşüncəmizi qorumalıyıq” - Misirin Təhsil Komitəsinin sədri10.04.2026 - 18:30
Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi BAŞLAYIR10.04.2026 - 18:24
Ötən ay DİM imtahanında iştirak edən xaricdə təhsil alanların 12%-i uğur qazanıb10.04.2026 - 18:20
Firudin Qurbanov Türkmənistanın təhsil nazirinin müavinləri ilə görüşüb10.04.2026 - 18:16
Naxçıvan Təhsil Nazirliyi ilə bp arasında əməkdaşlıq sazişi imzalanıb10.04.2026 - 18:10
Emin Əmrullayev DİM-in 10 illik yubileyinə həsr iştirak edib10.04.2026 - 18:08
Dünyada məktəblərdə telefon qadağası: hansı ölkə nə edir?10.04.2026 - 18:02
İmtahandan kənarlaşdırılan şagird danışdı10.04.2026 - 18:00